Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BANM Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib

28 Fevral 2020, 10:23 (GMT +4)

Bakı, 28 fevral, SalamNews. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilmiş “Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti- 2020”-də iştirak edib.

Üç gün davam edən sammitə dünyanın müxtəlif universitetlərindən, eləcə də təhsil agentliklərindən 600-ə yaxın iştirakçı qatılıb. Sammitin əsas məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında əməkdaşlığın qurulması, mövcud əlaqələrin genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılması olub.

Rektor səfər zamanı EURAS-a üzv olan ali təhsil müəssisələri ilə BANM arasında tədris və elmi-tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivləri barəsində müzakirələr aparıb.
Elmar Qasımov sammit çərçivəsində təşkil edilmiş sərgidə iştirakı zamanı İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın ilə də görüşüb.

Sammit çərçivəsində panel sessiyaları və sərgi də təşkil olunub. Bakı Ali Neft Məktəbini sammitdə spiker qismində təmsil edən İnfomasiya Təhlükəsizliyi ixtisasının baş müəllimi Xəyyam Məsiyev Rəqəmsallaşdırma və innovasiya paneli üzrə"Blokçeyn texnologiyalarını tətbiq etməklə kibertəhlükəsiz sosial cəmiyyət platforması" mövzusunda çıxış edib. Onun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sərgidə Ali Məktəb rəsmi stendi ilə də təmsil olunub. Stenddə əldə olunan ən son nailiyyətlər təqdim olunub. Tədris metodologiyası, qəbul mexanizmi, geniş əməkdaşlıq və iş imkanları barədə ziyarətçilərə məlumatlar təqdim olunub. ABŞ, Türkiyə, Qazaxıstan, İran və İtaliyadan olan iştirakçılar stendə xüsusi maraq göstəriblər.

Qeyd edək ki, Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti Avrasiya regionunun nüfuzlu ali təhsil müəssisələrinin əməkdaşlarını və dünya miqyasında tanınmış təhsil ekspertlərini bir araya gətirən, dünyanın sayca 3-cü böyük beynəxalq təhsil və sərgi sammitidir. Hər il keçirilən EURAS-ın illik sammiti çərçivəsində sərgilər və konfranslar təşkil olunur, müxtəlif təhsil və innovasiya məsələlərinə həsr olunmuş panellər üzrə spikerlər diskussiyalar aparır. Bu sammit iştirakçılar üçün məlumat mübadiləsi, əlaqələrin genişləndirilməsi, eləcə də gələcək əməkdaşlıq imkanları üçün yaradılmış fürsətdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BANM-də buraxılış işlərinin onlayn müdafiəsinə başlanılıb

BANM-də onlayn final imtahanları davam edir

BANM-ın MBA tələbələri qlobal biznes plaformasında fərqləniblər

Elmar Qasımov BANM-in Avropada təhsil alan tələbələri ilə onlayn görüş keçirib

BANM-in daha 6 tələbəsi diplomsuz işə qəbul olub

BANM-ın 2 komandası “CanSat” müsabiqəsinin əsas mərhələsinə vəsiqə qazanıb

BANM-in rektoru Yay Məktəblərinin pulsuz olmasını təklif edib

BANM-in əcnəbi tələbələri koronavirusla mübarizə aparanlara təşəkkür edib

BANM onlayn imtahanlarda plagiatçılığa qarşı Şərəf Kodeksi hazırlayıb

BANM-in tələbələri qlobal distant təhsil proqramının sertifikatlarını qazanıb

BANM dinləyici qəbulu elan edib

BANM-ın tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

BANM-in tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

BANM nüfuzlu qlobal distant təhsil proqramının lisenziyasını əldə edib

Mehmet Karaca: BANM tezliklə regionda söz sahibi olacaq (MÜSAHİBƏ)

İstanbul Texnik Universitetinin rektoru BANM-də olub

BANM Rusiyada II Beynəlxalq Akademik Neft Konqresində təmsil olunub 

BANM koronavirus əleyhinə dezinfeksiya edilib

BANM Tallin Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb

BANM-də Gənclər günü keçirilib

02 İyun 2020, 18:00 (GMT +4)
İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

02 İyun 2020, 17:58 (GMT +4)
Ukraynada DİN rəhbərinin istefası tələb edilir

02 İyun 2020, 17:46 (GMT +4)
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib

02 İyun 2020, 17:32 (GMT +4)
İŞİD ilə əməkdaşlıq edən Dağıstan sakini üç il müddətinə həbs edilib

02 İyun 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb

02 İyun 2020, 17:26 (GMT +4)
Parlament sosial yardımın 1 illik təyin olunmasını təsdiqləyib

02 İyun 2020, 17:11 (GMT +4)
Azərbaycanda dərslər tədris ilinin sonunadək dayandırılıb

02 İyun 2020, 17:05 (GMT +4)
DİN metroda polis əməkdaşları ilə vətəndaşların mübahisəsinə aydınlıq gətirib

02 İyun 2020, 17:02 (GMT +4)
Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır

02 İyun 2020, 16:57 (GMT +4)
Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb

02 İyun 2020, 16:55 (GMT +4)
Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı ayırıb

02 İyun 2020, 16:52 (GMT +4)
AQTA: Alma, şaftalı və nektarində xəstəliklər aşkarlanıb

02 İyun 2020, 16:40 (GMT +4)
BNA vətəndaşlara tibbi maska paylayıb

02 İyun 2020, 16:32 (GMT +4)
Türkiyədə kütləvi həbslər başlayıb

02 İyun 2020, 16:22 (GMT +4)
Masallı rayon prokuroru tutduğu vəzifədən azad edilib

02 İyun 2020, 16:17 (GMT +4)
“Azərsu” modul tipli qurğuları təmir edəcək

02 İyun 2020, 16:06 (GMT +4)
KİV: Vaşinqtonda etirazçıları dağıtmaq üçün hərbi helikopterlərdən istifadə edilib

02 İyun 2020, 15:54 (GMT +4)
“Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib

02 İyun 2020, 15:42 (GMT +4)
İranda gündəlik koronavirusa yoluxma sayı rekord həddə çatıb

02 İyun 2020, 15:35 (GMT +4)
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb

02 İyun 2020, 15:28 (GMT +4)
Rusiyada son sutka ərzində 8 863 nəfərdə koronavirus aşkar edilib

02 İyun 2020, 15:09 (GMT +4)
Türkiyə XİN: Ankara Aralıq dənizindəki maraqlarını müdafiə etmək əzmindədir

02 İyun 2020, 15:03 (GMT +4)
Nazir: Neft sektorundan asılılığın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülür

02 İyun 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

02 İyun 2020, 14:50 (GMT +4)
“Azərişıq” 3 rayonda hava xəttini yenidən quracaq

02 İyun 2020, 14:48 (GMT +4)
ABŞ-ın Sent-Luis şəhərində etirazlarda atışma zamanı 4 polis yaralanıb (VİDEO)

02 İyun 2020, 14:33 (GMT +4)
“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi sosial aksiya keçirib

02 İyun 2020, 14:20 (GMT +4)
Nazirlər Kabineti koronavirusa görə vəsait ayırıb

02 İyun 2020, 14:15 (GMT +4)
ABŞ-da polislərə atəş açılır

02 İyun 2020, 14:00 (GMT +4)
Salyanda uzunluğu 11 km olan yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66