Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq Forum keçirilir

27 Fevral 2020, 17:22 (GMT +4)

Bakı, 27 fevral, SalamNews. Bakıda “Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq Forum keçirilir.

SalamNews xəbər verir ki, Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan forumda xarici, yerli ekspertlər, QHT-lər və dövlət qurumları iştirak edir. 

Tədbirin bolqariyalı iştirakçısı, beynəlxalq ekspert Peter Yanakev bildirdi ki, eşitmişdim Azərbaycanın gözəl və füsunkar təbiəti var. Bu forum da mənə fürsət verdi ki, gəlib bu gözəlliklərin canlı şahidi olum. Bakı çox gözəldir, gözəl havası var, yəqin ki, milli parkları, dağları daha da gözəldir. Fürsət tapıb milli parkları səyahət edəcəm, çünki Azərbaycandakı bu zəngin flora və faunanı çox görmək istəyirəm. Beynəlxalq ekspert bildirib ki, təbiət öz-özünü tənzimləmə mexanizminə malikdir. Əgər populyasiyanın sıxlığı imkan verirsə, ərazidə davamlı və dayanıqlı ov fəaliyyəti ilə məşğul olmaq mümkündür. Bu zaman vəhşi təbiətə ziyan vurmamaq və yaşama yerlərini dağıtmamaq əsas şərtdir. O, öz ölkəsindəki ov təcrübəsini də iştirakçılarla bölüşüb. Beynəlxalq ekspertin sözlərinə görə ovçular ov qanunvericiliyinin tələblərinə ciddi riayət etməli, əvvəlcə düşünməli, sonra atəş açmalıdır. “Bizim ölkəmizdə ov fəaliyyəti ilə məşğul olmaq üçün uzunmüddətli təlim və treninqlər keçirilir. Azərbaycanlı ovçulara ova qənimət kimi deyil, istirahət kimi yanaşmağı tövsiyə edirəm. Ov məsuliyyət və istirahətdir".

Forumda iştirak edən və 12 il Azərbaycanda fəaliyyət göstərən almaniyalı mütəxəssis Hartmurd Müller isə bildirib ki, Azərbaycan zəngin və rəngarəng təbiətə malikdir. Burada işlədiyim illər ərzində Azərbaycanın bütün ərazisini gəzmişəm, flora və faunanın zənginliyini, biomüxtəlifliyini görmüşəm. Ölkənin səfalı təbiətini, zəngin təbiətinin gözəlliyini gəzib görmək lazımdır.
H.Müller qeyd edib ki, azərbaycanlılar təbiəti çox sevir və ona hörmət edirlər. İnanıram ki, Azərbaycan ovçuları da qısa müddətdə fəaliyyətlərində dönüş yaradacaqlar və bu forumdan sonra Azərbaycanda davamlı və dayanıqlı ov mədəniyyəti formalaşacaq, kortəbiilik tez bir zamanda aradan qalxacaq.

Tədbirin iştirakçısı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalovun fikrincə, ovun tamamilə ləğvi düzgün deyil, ova müvafiq normalar çərçivəsində icazə verilməlidir. Ova icazə verilərkən sərt tələb qoyulmalıdır ki, bir və ya iki dənədən artıq canlı vurulmasın. Heyvanların icazə verilən normadan artıq ovlanmasının əleyhinəyəm və düşünürəm ki, ov üçün ayrılmış ərazilərdə, yəni ovçuluq təsərrüfatlarında, qanun-qaydalar çərçivəsində ov edilməlidir. Əsl ovçu hər heyvana, quşa güllə atmamalıdır, təbiətə vicdanla yanaşmalıdır.
Forumda qonaq qismində iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə isə çıxışında qeyd edib ki, ov məsələsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Yəni böyük bir toplum bunu tamamilə qeyri-düzgün, anti-humanist bir fəaliyyət sayır və ovun qadağan olunmasını istəyir, digər qrup isə bunu keçmişdən qalma adət-ənənəmizin bir hissəsi, istirahəti təşkil etmə sferamızdan biri adlandırır və bu sahənin daimi olmasını istəyirlər. ETSN həm ovçuların hüquqlarının müdafiəsi, həm də təbiətin mühafizəsi üçün ortaq bir məxrəc tapmağa çalışır. Həyata keçirdiyimiz strategiya məsuliyyətli ovçuluğun aşılanmasına yönəlib. Ovçu təbiət qarşısında məsuliyyətini dərk etməli, mövcud qaydalara, tələblərə əməl etməlidir. Məqsədimiz məsuliyyətli ovçuluğu təmin etməkdir.
Forumun iştirakçısı olan Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov isə ov qaydalarına əməl olunmasının vacibliyindən, qaydalardan kənar ovun bioloji müxtəlifliyə vurduğu zərərlərdən danışıb.

Tədbirdə İDEA İctimai Birliyinin nümayəndəsi Surxay Şükürov, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun nümayəndəsi Səbinə Bünyadova, Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov və digər iştirakçılar məsuliyyətli ovun vacibliyindən, əhəmiyyətindən danışaraq ovçuları təbiətə laqeyd münasibət bəsləməməyə, qaydalar çərçivəsində ov etməyə çağırıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ETSN: Ağac kəsən şəxs cəzalanıb

ETSN-in işçilərinin say həddi müəyyənləşib

Prezident ETSN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb

ETSN əməkdaşları “Evdə qal” kampaniyasına maraqlı videoçarxla qoşulublar (VİDEO)

ETSN-nin facebook səhifəsində yeni rubrika başlayır

ETSN: Havanın çirklənməsi ötən günlərlə müqayisədə yetərincə azalıb

ETSN: Yaz ağac əkini davam edir

ETSN:Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə monitorinq keçirilib

ETSN-də Latviya səfiri ilə görüş keçirilib

ETSN: Bakıda yaşıllıq sahələrinin artırılması istiqamətində davamlı işlər aparılır

ETSN nümayəndələri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olub

ETSN restoranlara və şadlıq saraylarına xəbərdarlıq edib

Brüssel seminarının ETSN-də canlı yayımı təşkil edilib

ETSN qanunsuz yolla kəsilən meşə materialı aşkarlayıb

AQTA və ETSN birgə məlumat yayıb

ETSN tərəfindən ölkənin 60,4 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib

ETSN ölkə ərazisində müşahidə olunan anomal hava ilə bağlı açıqlama yayıb

ETSN-də könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək

ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

ETSN rəhbər vəzifələrə işçi axtarır

02 Aprel 2020, 21:30 (GMT +4)
Ülvi Mehdiyev: Vətəndaşlar SMS sisteminə bilərəkdən yanlış məlumatlar verməməlidir

02 Aprel 2020, 21:01 (GMT +4)
Qərargah: Yalan məlumat verib küçəyə çıxanlar cəzalandırılacaq

02 Aprel 2020, 20:17 (GMT +4)
Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur

02 Aprel 2020, 19:00 (GMT +4)
Nazirlik: Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 12 minə çatıb

02 Aprel 2020, 18:30 (GMT +4)
Bakıda ticarət mərkəzləri və bazarlar dezinfeksiya edilir (FOTOLAR)

02 Aprel 2020, 18:15 (GMT +4)
Sabiq icra başçısı yeni vəzifəyə təyin edilib

02 Aprel 2020, 18:00 (GMT +4)
Bəhram Bağırzadənin təqdimatında müsabiqə keçiriləcək

02 Aprel 2020, 17:51 (GMT +4)
Vüsal Kərimli: Dövlətin məqsədi vətəndaşı maksimum təhlükədən qorumaqdır

02 Aprel 2020, 17:50 (GMT +4)
Sobyanin karantinin pozulmasına görə cərimələrin məbləğini təsdiqləyib

02 Aprel 2020, 17:44 (GMT +4)
“Regional İnkişaf” İctimai Birliyi və BDU birgə sosial aksiya keçirib

02 Aprel 2020, 17:38 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, pilotlar ölüb

02 Aprel 2020, 17:36 (GMT +4)
Təhsil Nazirliyinin saytı ən çox ziyarət olunan sayt olub

02 Aprel 2020, 17:21 (GMT +4)
Taylandda at vəbası yayılıb

02 Aprel 2020, 17:19 (GMT +4)
“AtaBank” koronavirusla mübarizəyə dəstək olub

02 Aprel 2020, 17:19 (GMT +4)
DİM: Təxirə salınan imtahanların qrafiki Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

02 Aprel 2020, 17:00 (GMT +4)
Neftçalanın icra başçısı şəhidlərin məzarını ziyarət edib

02 Aprel 2020, 16:55 (GMT +4)
2020-ci ilin I rübündə Texniki Şuralara 519 müraciət daxil olub

02 Aprel 2020, 16:55 (GMT +4)
Səudiyyə Ərəbistanı Məkkə və Mədinədə komendant saatı tətbiq edib

02 Aprel 2020, 16:54 (GMT +4)
Baş nazir: İtaliya hələ karantinin zəiflədilməsi barədə danışa bilməz

02 Aprel 2020, 16:48 (GMT +4)
DİN: “WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib

02 Aprel 2020, 16:24 (GMT +4)
İsrailin Baş naziri karantinə yerləşdirilib

02 Aprel 2020, 16:20 (GMT +4)
TƏBİB: Maska məsələsi ən çox bizi narahat edir

02 Aprel 2020, 16:00 (GMT +4)
Oğuzda qanunsuz ağac kəsən şəxsin işi prokurorluğa göndərilib

02 Aprel 2020, 15:44 (GMT +4)
Putin Rusiya xalqına müraciət edəcək

02 Aprel 2020, 15:32 (GMT +4)
Qasim Süleymaninin xələfi Bağdada ilk səfərini edib - KİV

02 Aprel 2020, 15:26 (GMT +4)
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

02 Aprel 2020, 15:00 (GMT +4)
AMADA-nın rəhbəri daha bir vəzifəyə seçilib

02 Aprel 2020, 14:58 (GMT +4)
Azərbaycan vətəndaşlarının bir qismi Yekaterinburqdan xüsusi reyslə gətiriləcək

02 Aprel 2020, 14:45 (GMT +4)
BDYPİ: Karantin qaydalarını pozan 1243 nəfər cərimələnib

02 Aprel 2020, 14:30 (GMT +4)
Türkiyə turizm mövsümünün başlanğıc tarixini təxirə sala bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66