BMT İdlibdə təcili şəkildə atəşkəsin bərqərar edilməsinə çağırır28 Fevral 2020, 11:48 (GMT +4) Bakı, 28 fevral, SalamNews. BMT-nin baş katibi Antonio Quterreş İdlibdəki deskalasiya zonasında təcili şəkildə atəşkəsin bərqərar edilməsinə çağırıb.
SalamNews -un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Quterreşin çağırışını onun rəsmi nümayəndəsi Stefan Dujarric səsləndirib.
"BMT Suriyanın şimal-qərbində zorakılığın artmasından və onlarla türk hərbçisinin öldüyü barədə xəbərlərdən narahatdır. Baş katib növbəti dəfə təcili şəkildə atəşkəsin bərqərar edilməsinə çağırır. Təcili tədbirlər görülməsə, bölgədəki gərginlik hər saat artacaq "- deyə Dujarrick BMT Baş katibinin açıqlamasını səsləndirərkən deyib.
|