Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir

28 Fevral 2020, 17:32 (GMT +4)

Bakı, 28 fevral, SalamNews. Fevralın 27-si və 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ucar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib.

Ucar rayonunda keçirilən tədbirdə məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gəncləri iştirak ediblər. Seminar-treninqi giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Bayramov bildirib ki, ölkəmiz bütün dini etiqadları və etnik azlıqları ehtiva etməklə dinlərarası, millətlərarası dialoqun kəsişdiyi bir məkan kimi öz varlığını təsdiqləyib. Onun sözlərinə görə, respublikamız daim müxtəlif din və millətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığı bir dövlət modelini sərgiləyib.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov deyib ki, gənclərdə milli-mənəvi dəyərlərin inkişafı, onların qloballaşan dünyada öz istiqamətlərini itirməmələri üçün əvəzsiz rol oynayır. Gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişmələrinin vacibliyini vurğulayan sədr müavini diqqətə çatdırıb ki, onların bu ruhda yetişmələri milli məfkurəmizin gələcək nəsillərə ötürülməsinə, xalqımızın tarixi azərbaycançılıq ideyalarının daha da inkişaf etməsinə gətirib çıxaracaqdır. “Hər xalqın, hər dinin, hətta hər bir insanın əxlaq anlayışına öz yanaşma tərzi var. Azərbaycan xalqı üçün əxlaq onun milli və dini mənsubiyyətindən qaynaqlanan yüksək mənəvi keyfiyyətlər toplusudur. Önəmli məqamlardan biri də odur ki, əsrlərboyu milli və dini dəyərlərimiz bir-biri ilə vəhdət təşkil edib”,-deyə sədr müavini əlavə edib.

Natiq onu da bildirib ki, İslamın mahiyyətində və bünövrəsində əxlaq prinsipləri dayanır və bu dinin əsas məqsədlərindən biri həmin prinsiplərin cəmiyyətdə bərqərar edilməsinə nail olmaqdır.

Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev deyib ki, multikultural və tolerant dəyərləri yaşatmağı hədəf seçən Azərbaycan dövləti dini etiqadından asılı olmayaraq, bütün vətəndaşlara öz inanclarını yaşamaq üçün lazımi şərait yaradıb və xalqın keçmişinə, milli-mənəvi dəyərlərinə qayğı göstərir. Milli bayramlar ilə yanaşı, dini bayramlar da dövlət səviyyəsində qeyd edilir.

Eyni zamanda, natiq vurğulayıb ki, dövlət tərəfindən təmirə ehtiyacı olan bir çox tarixi-dini abidə bərpa olunub, yeni ibadət evləri tikilib. Bundan başqa, dini konfessiyaların dəstəklənməsi və onların maddi durumunun daha da yaxşılaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan mütəmadi olaraq maliyyə vəsaiti ayrılır. Həmçinin, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dövlət hesabına din xadimlərinə maddi dəstək göstərilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gündüz İsmayılov: Radikalizmi doğuran əsas səbəblərdən biri dini biliklərin az olmasıdır

Gündüz İsmayılov: Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib

Gündüz İsmayılov: Ötən il  52 adda dini ədəbiyyatın idxalına icazə verilməyib

Bəzən dini dəyərlərlə dünyəvi dəyərlər qarşılaşdırılır - Gündüz İsmayılov

Dindən sui-istifadə edilərək İslam Azərbaycançılığa qarşı qoyulur - Gündüz İsmayılov

Gənclər arasında dini maarifləndirmə gücləndirilməlidir - Gündüz İsmayılov 

Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyət aparır - Gündüz İsmayılov

Prezidentin çağırışlarını bütün islam çoğrafiyasına çatdırmaq istəyirik - Gündüz İsmayılov

Azərbaycanda dini radikalizmə qarşı görülən işlərin konkret nəticələri var - Gündüz İsmayılov

Vətənpərvərliyin təbliği istiqamətində dini konfessiyalar yaxından iştirak etməlidir - Gündüz İsmayılov

Gündüz İsmayılov: Azərbaycan-Türkiyə qardaşlığı növbəti sınaqdan çıxdı

Gündüz İsmayılov: Ramazan ayında dindarların aktivliyindən istifadə edərək maarifçiliyi yaymağa çalışırıq (MÜSAHİBƏ)

"İslam Həmrəyliyi İli"nin bəşəriyyət üçün böyük önəmi var - Gündüz İsmayılov

Gündüz İsmayılov: "Xocalı soyqırımını törədənlərin beynəlxalq məhkəmə önünə çıxarılmasına nail olmalıyıq"

İslam dini icmaları tərəfindən təqdim edilən 137 layihə maliyyələşdirilib - Gündüz İsmayılov

Azərbaycan İslam dünyası üçün örnək olub - Gündüz İsmayılov

Gündüz İsmayılov: Multikultural dəyərlərə sahib olmayan cəmiyyətdə sabitlik mümkün deyil

İslam din olmaqla yanaşı, həm də mədəniyyətdir - Gündüz İsmayılov

Multikulturalizm siyasəti milli, ideoloji, ictimai təhlükəsizliyimizin əsas elementidir - Gündüz İsmayılov

Dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinə xüsusi önəm verilməlidir - Gündüz İsmayılov

08 Aprel 2020, 18:36 (GMT +4)
Azərbaycanda maskaların pulsuz paylanması gündəmdə deyil

08 Aprel 2020, 18:30 (GMT +4)
“AzerGold” tərəfindən ixrac əməliyyatları həyata keçirilmir

08 Aprel 2020, 18:10 (GMT +4)
Azərbaycanda 1 tibb işçisi koronavirusa yoluxub 

08 Aprel 2020, 18:05 (GMT +4)
TƏBİB: Karantinə riayət etməsələr, ölkə rəhbərinə müraciət edəcəyik

08 Aprel 2020, 18:00 (GMT +4)
Şaban ayının 15-i on ikinci imamın mübarək mövlud günüdür

08 Aprel 2020, 18:00 (GMT +4)
Nazirlik: Sabahın dərs cədvəli açıqlanıb

08 Aprel 2020, 17:59 (GMT +4)
ÜST Belarusun COVID-19 ilə mübarizə üsullarını qiymətləndirəcək

08 Aprel 2020, 17:53 (GMT +4)
Azərbaycanda karantin rejiminin müddəti uzadıla və tədbirlər sərtləşdirilə bilər

08 Aprel 2020, 17:47 (GMT +4)
Koronavirusun aşkarlanması üçün Gəncə və Naxçıvanda laboratoriyalar qurulub

08 Aprel 2020, 17:41 (GMT +4)
Hikmət Hacıyev: Rusiyadan Azərbaycana cənazələrin gətirilməsi təşkil edilib

08 Aprel 2020, 17:38 (GMT +4)
Putin "koronavirus infeksiyası" üzərində qələbə vəd edib

08 Aprel 2020, 17:35 (GMT +4)
“Könüllü donor” kampaniyasına başlanıb

08 Aprel 2020, 17:31 (GMT +4)
UNICEF Azərbaycan COVİD-19-a qarşı mübarizə aparan ailələr üçün praktiki təlimatları açıqlayıb

08 Aprel 2020, 17:20 (GMT +4)
“AccessBank” tender elan edib

08 Aprel 2020, 17:12 (GMT +4)
ÜST Trampın vəsaitin dayandırılmasının mümkünlüyü barədəki fikirlərinə münasibət bildirib

08 Aprel 2020, 17:08 (GMT +4)
Azərbaycanda 822 nəfər koronavirusa yoluxub, 63 nəfər sağalıb, 8 nəfər vəfat edib

08 Aprel 2020, 17:07 (GMT +4)
İran Heydər Əliyev Mərkəzinin koronavirusla mübarizədə dəstəyini yüksək qiymətləndirib

08 Aprel 2020, 17:04 (GMT +4)
Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb

08 Aprel 2020, 16:57 (GMT +4)
Kreml Putinin böyük çıxışının anonsunu verib

08 Aprel 2020, 16:44 (GMT +4)
Bakıda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir

08 Aprel 2020, 16:37 (GMT +4)
Misir koronavirusa görə komendant saatı rejiminin müddətini artırıb

08 Aprel 2020, 16:30 (GMT +4)
Dövlət Komitəsi Həcc ziyarətinə getmək istəyənlərə çağırış edib

08 Aprel 2020, 16:10 (GMT +4)
"Twitter" qurucusu COVID-19 ilə mübarizə aparmaq üçün 1 milyard dollar bağışlayıb

08 Aprel 2020, 16:07 (GMT +4)
Gənclərlə iş sahəsində çalışan təlimçilərə müraciət edilib

08 Aprel 2020, 15:57 (GMT +4)
Azərbaycanda ünvanlı yardım alan ailələrin sayı artıb

08 Aprel 2020, 15:37 (GMT +4)
Sahibkarlara veriləcək ödənişlərin qaydaları açıqlanıb

08 Aprel 2020, 15:33 (GMT +4)
ABŞ ÜST-ün maliyyələşdirilməsini dayandıra bilər

08 Aprel 2020, 15:21 (GMT +4)
Azərbaycan Beynəlxalq Bankı özünüməşğulluq proqramına qoşulub

08 Aprel 2020, 15:17 (GMT +4)
 “Aşıq Şəmşir”  Mədəniyyət Ocağı İctimai Birliyi anım mərasimi təşkil edib (VİDEO)

08 Aprel 2020, 15:04 (GMT +4)
İran XİN rəhbəri Azərbaycan və ermənistanlı həmkarları ilə telefonla danışıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66