Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DGK narkotik vasitələrin realizə edilməsinin qarşısını alıb

29 Fevral 2020, 16:39 (GMT +4)

Bakı, 29 fevral, SalamNews.Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə qabaqcadan əlbir olan bir qrup şəxsin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirdiyi külli miqdarda narkotik vasitələrin ölkə ərazisində realizə ediləcəyi barədə məlumat daxil olub.

SalamNews DGK-ya istinadən xəbər verir ki, həmin məlumat əsasında, Bakı şəhəri, Binəqədi rayonu, Məmməd Səid Ordubadi küçəsində yerləşən otelin qarşısında Dövlət Gömrük Komitəsi və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları birgə əməliyyat tədbiri keçirib.

Əməliyyat tədbiri zamanı Azərbaycan Respublikasının vətəndaşı Quliyev Elnur Baloğlan oğlu narkotik vasitələrin alqı-satqısını həyata keçirmək üçün "Lada" markalı, 10-SX-776 qeydiyyat nişanlı minik avtomobili ilə həmin yerə gəlib.

O, özü ilə gətirdiyi sellofan torbanın içərisindəki 1 bağlamada 183 qram heroini, 2 bağlamada isə ümumilikdə 1960 qram tiryəki şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.

Vətəndaşın üzərində şəxsi axtarış zamanı isə gödəkçəsinin cibində 1 bükümdə 16,4 qram heroin, 2 bükümdə isə ümumilikdə 12,5 qram tiryək aşkar edilib.

İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Quliyev Elnur Baloğlan oğlu bu il fevralın əvvəllərində külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş şəxslə telefon vasitəsilə, ölkə ərazisində isə tanışı Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəhrad Xaliq oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib.

Quliyev Elnur Baloğlan oğlu və Abbasov Fəhrad Xaliq oğlu törətdikləri əməlləri etiraf edib və onlar şübhəli şəxs qismində tutulub.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilən həmin şəxslərə müvafiq maddələrlə ittiham elan edilib və barələrində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətkar qrupun digər üzvlərinin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat axtarış tədbirləri davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGK: Siqaret və dərmanların qanunsuz dövriyyəsinin qarşısı alınıb

DGK bəyan olunmayan məhsulların ölkəyə keçirilməsinin qarşısını alıb

DGK elektron xidmətlərinin sayını artıracaq

DGK: 200 kiloqram heroinin ölkəyə keçirilməsinin qarşısı alınıb

DGK: Altı ayda dəniz nəqliyyatı ilə 470,8 min ton yük daşınıb

DGK sədri İspaniyanın müvəqqəti olaraq Qərb altqrupunda təmsil olunmasını təklif edib

DGK: Meyvə-tərəvəz idxalı artıb

DGK: Keçən ay dəmir yolu ilə 225 milyon dollarlıq yük daşınıb

DGK: Alüminium və ondan hazırlanan məmulatların ixracı azalıb

DGK mayda ölkəyə gətirilən avtomobillərin sayını açıqlayıb

DGK: Keçən ay avtomobil nəqliyyatı ilə ölkədən 147,1 min ton yük göndərilib

DGK: Tomat ixracı artıb

DGK: Ölkəyə qanunsuz gətirilən siqaretlər müsadirə olunub

DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

DGK: Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz

DGK sədri Ümumdünya Gömrük Təşkilatının videokonfransına qatılıb

DGK-də vətəndaşların qəbulunda müəyyən məhdudiyyətlər olacaq

DGK və Caspian European Club-un birgə işçi qrupunun növbəti iclası keçirilib

DGK: Yanvarda əczaçılıq məhsullarının idxalı artıb

"Könüllü gömrükçü"lər DGK-nin müxtəlif strukturlarında fəaliyyətə başlayıblar

01 Oktyabr 2020, 18:05 (GMT +4)
Nazirlik: Ermənistan enerji infrastrukturu obyektlərini atəşə tutmaqda davam edir

01 Oktyabr 2020, 18:03 (GMT +4)
MN: Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən raket atəşinə tutulub

01 Oktyabr 2020, 18:03 (GMT +4)
Mariya Zaxarova: Rusiya Qarabağda baş verənlərə laqeyd yanaşmır

01 Oktyabr 2020, 18:00 (GMT +4)
Azercell Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat köçürüb

01 Oktyabr 2020, 17:50 (GMT +4)
Milli Məclisin Sədri Küveytin Azərbaycandakı səfirliyində olub

01 Oktyabr 2020, 17:48 (GMT +4)
Nazarbayev Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsindən narahatdır 

01 Oktyabr 2020, 17:35 (GMT +4)
Məktəbəhazırlıq qrupları - ilk addım, ilk sevinc (FOTOREPORTAJ)

01 Oktyabr 2020, 17:25 (GMT +4)
Türkiyə Azərbaycanın tərəfində olub və olacaq - TBMM sədri

01 Oktyabr 2020, 17:17 (GMT +4)
Azad Rəhimov beynəlxalq təşkilatlara məktub ünvanlayıb

01 Oktyabr 2020, 17:07 (GMT +4)
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb

01 Oktyabr 2020, 16:41 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib (VİDEO)

01 Oktyabr 2020, 16:41 (GMT +4)
Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat qəbul edib

01 Oktyabr 2020, 16:20 (GMT +4)
Azərbaycanda daha 80 yeni yoluxma faktı qeydə alınıb

01 Oktyabr 2020, 16:10 (GMT +4)
Türkiyə prezidenti: Dağlıq Qarabağın işğalına laqeyd qalmaq ikiüzlülükdür

01 Oktyabr 2020, 16:08 (GMT +4)
MN: Azərbaycan HHQ-nin döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb

01 Oktyabr 2020, 16:06 (GMT +4)
KOBİA sahibkarlara müraciət edib

01 Oktyabr 2020, 16:01 (GMT +4)
ARDNF valyuta satışı ilə bağlı açıqlama yayıb

01 Oktyabr 2020, 15:56 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını artırıb

01 Oktyabr 2020, 15:52 (GMT +4)
Beynəlxalq Əhli-Beyt Konqresi Azərbaycanı dəstəklədiyini bildirib

01 Oktyabr 2020, 15:45 (GMT +4)
Rusiya, ABŞ və Fransa liderləri Dağlıq Qarabağla bağlı bəyanat hazırlayır

01 Oktyabr 2020, 15:39 (GMT +4)
Argentinada son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

01 Oktyabr 2020, 15:25 (GMT +4)
İranda son sutkada 211 nəfərin koronavirusdan ölümü qeydə alınıb

01 Oktyabr 2020, 15:17 (GMT +4)
Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir (RƏSMİ)

01 Oktyabr 2020, 15:16 (GMT +4)
Daha bir şirkət Azərbaycan Ordusuna dəstək olub

01 Oktyabr 2020, 15:04 (GMT +4)
Fələstinin maraqlarını qorumaq bütün İslam dünyasının problemidir- Çavuşoğlu

01 Oktyabr 2020, 14:52 (GMT +4)
Nazir: Pandemiya dövrü üçün Təhsil Nazirliyinin 4 tədris planı var

01 Oktyabr 2020, 14:32 (GMT +4)
Qurban Qurbanov: Varşavada olsaq da ürəyimiz Azərbaycandadır

01 Oktyabr 2020, 14:27 (GMT +4)
İsrail son gündə İordan çayının qərbində 22 fələstinlini həbs edib

01 Oktyabr 2020, 14:23 (GMT +4)
Azərbaycan Ermənistana növbəti xəbərdarlıq edib: Hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək

01 Oktyabr 2020, 14:20 (GMT +4)
Kanadada 24 saatda koronavirusa yoluxanların sayı yazdakı göstəricilərə çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66