4 milyon insan Türkiyə sərhədlərinə doğru irəliləyir - Ərdoğan29 Fevral 2020, 13:47 (GMT +4) Bakı, 29 fevral, SalamNews. 3,7 milyon suriyalı qaçqını ölkəmizdə saxlayırıq. Yeni köç dalğasının məsuliyyətini götürəcək vəziyyətdə deyilik. SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
"Suriya məsələsi Türkiyə üçün macəra və ya sərhədlərini genişləndirmək təşəbbüsü deyil. Ölkəmizin Suriyada mübazirəsinin anlamını hələ də başa düşməyənlər var. Bizim nə neft, nə də torpaq dərdimiz var. Biz güvənli bölgə yaradaraq sərhədlərimizi təhlükəsizlik altına almaq istəyirik", o deyib.
Onun sözlərinə görə, hazırda 4 milyon insan Suriya rejiminin qanlı hücumları səbəbi ilə Türkiyə sərhədlərinə doğru irəliləyir: "1.5 milyonu hazırda sərhədlərimizdədir".
|