Ərdoğan Merkellə qaçqınlarla bağlı məsuliyyətin ədalətli şəkildə bölüşdürülməsini müzakirə edib03 Mart 2020, 10:54 (GMT +4) Bakı, 3 mart, SalamNews. Türkiyə prezidenti Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkelə telefon danışığında beynəlxalq öhdəliklərə əməl etmənin və qaçqın problemi ilə əlaqədar məsuliyyətin ədalətli şəkildə bölüşdürülməsinə çağırıb.
SalamNews "Habertürk"ə istinadla xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.
"Prezidentimiz Almaniya kansleri Angela Merkel ilə telefon danışığı keçirib. Telefon danışığında ikitərəfli münasibətlər və regional məsələlər, xüsusən İdlibdəki vəziyyət və qaçqınlar problemi müzakirə edilib. Prezident qeyd edib ki, qaçqınlarla bağlı məsuliyyət və öhdəliklərin ədalətli şəkildə bölüşdürülməsi ilə beynəlxalq öhdəliklərə əməl etmək lazımdır", mesajda deyilir.
|