Türkiyə AB-ni miqrantların hüquqlarına hörmət etməyə çağırır - Ərdoğan04 Mart 2020, 15:53 (GMT +4) Bakı, 4 mart, SalamNews. Türkiyə Avropa İttifaqının miqrantların hüquqlarına hörmət etməyə çağırır. SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxış edərkən deyib.
Ərdoğan, son günlər 130 mindən çox miqrantın Aİ hüdudlarını keçdiyi Türkiyə-Yunanıstan sərhədindəki vəziyyətə də diqqət çəkib.
"Ankara bütün AB ölkələrini, xüsusən Yunanıstanı Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə uyğun hərəkət etməyə, qaçqın və miqrantların hüquqlarına hörmət etməyə çağırır.
Yunanlar miqrant axınının qarşısını almaq üçün ən dəhşətli tədbirlərə əl atırlar. Qaçqınların olduğu gəmiləri batırırlar, insanlar atəşə tutulur, öldürülür. Afina unutmamalıdır ki, onların özləri də şəfqətə və köməyə ehtiyac duya biləcəyi vaxt gələ bilər", o deyib.
Türkiyə Prezidenti, İkinci Dünya Müharibəsi vaxtında faşistlərdən Suriyaya qaçan yunanların əks olunduğu arxiv fotosunu göstərdi.
"Bəlkə də Suriyada yemək və geyim verilən bu uşaqlardan biri Yunanistan Baş naziri Kiriakos Mitsotakisin böyük babası və ya nənəsidir", Ərdoğan qeyd edib.
|