Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » AVTOİDMAN

BŞH qalib jurnalistləri təltif edib (FOTOLAR)

04 Mart 2020, 17:40 (GMT +4)

Bakı, 4 mart, SalamNews. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 Azərbaycan Qran Prisinin 5 illiyi münasibətilə məqalə, videoreportaj və foto kateqoriyaları üzrə keçirdiyi multimedia müsabiqəsinin qaliblərini dəyərli hədiyələrlə mükafatlandırıb. 

Onlarla yerli media nümayəndəsinin iştirak etdiyi müsabiqənin məqalə kateqoriyasında ilk üçlükdə müvafiq ardıcıllıqla 1news.az informasiya saytının müxbiri Teymur Maksutov, f-1.az avtoidman saytının əməkdaşı Rauf Hacıyev və oxu.az xəbər saytının təmsilçisi Səbuhi Musayev qərarlaşıb.

Müsabiqəyə təqdim olunan videoreportajların ən yaxşıları sırasında ilk üçlükdə CBC TV-nin müxbiri Nailə Həsənova, İctimai TV-nin idman verilişinin aparıcısı Fəridə Abdulla və İdman TV-nin şərhçisi Fərid Ramazanov yer alıb.

Əməliyyat şirkətinin “Gilavar” foto-klubu ilə birgə keçirdiyi foto-müsabiqədə iştirakçılar “trekdə” və “trekdən kənarda” mövzuları üzrə yarışıblar. “Trekdə” mövzusunda 1-ciliyi AzərTAc-ın fotoqrafı Roman İsmayılov ilə “Sputnik Azərbaycan”-ın nümayəndəsi Murad Orucov bölüşüblər. Bu mövzuda ikincilik və üçüncülüyə müvafiq olaraq “Anadolu” xəbər agentliyinin nümayəndəsi Rəsul Rəhimov iləmüstəqil fotoqraf Vəli Şükürov yiyələniblər. “Trekdən kənarda” mövzusunun ən yaxşıları adına isə müvafiq olaraq Roman İsmayılov və müstəqil fotoqraflar Nurlan Tahirli ilə Xaliq Əliyev nail olublar.Multimedia müsabiqəsinin hər bir kateqoriyası üzrə ən yaxşı nəticə göstərmiş qaliblər əməliyyat şirkəti hesabına bu il İspaniya Qran Prisinə səfər edəcəklər.
BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yerli jurnalistlərin avtoidmana olan xüsusi diqqətindən məmnun qaldığını bildirib: “Hər ötən il biz yerli media nümayəndələri ilə daha sıx işləyirik, onlar üçün müxtəlif növ təlimlər və mütəxəssis görüşləri keçiririk. Bunun nəticəsində jurnalistlər arasında Formula 1-ə daha peşəkar yanaşma müşahidə olunur və həmçinin ortaya qoyulan media işlərinin keyfiyyəti də davamlı yaxşılaşır.
Builki müsabiqə medianın hər üç aparıcı istiqamətini əhatə etdi və iştirakçılar bir-birindən məzmunlu əsərləri ilə yarışaraq həm avtoidmanı daha ətraflı işıqlandırdılar, həm də bu sahəyə yeni bir həvəs gətirdilər. İnanıram ki, müsabiqə iştirakçıları bundan əldə etdikləri stimul və xüsusi həvəs ilə növbəti yarışları hər dəfəkindən daha yaxşı şəkildə işıqlandırmağa nail olacaqlar.”

Tədbirin sonununda qonaqlar üçün əməliyyat şirkəti və “Gilavar” klubunun birgə təşkilatçılığı ilə foto-sərgi keçirilib. Sərgidə müsabiqəyə göndərilmiş fotolarla yanaşı klubun Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı təklif etdiyi ən maraqlı şəkillər ziyarətçilərə təqdim olunub.

“Gilavar” foto-klubu haqqında məlumat:

Məqsəd ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, yaradıcı insanların imkanlarından istifadə etmək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır.

Müsabiqələrdə fotoların seçimi və qaliblərin təyin edilməsi peşəkar fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən aparılır. Müsabiqələr xüsusi vebsaytlar vasitəsi ilə təşkil edilir ki, səsvermə zamanı fotoların müəllifləri anonim qalır. Hər bir münsif bəyəndiyi fotolara ballar verir və nəticədə daha çox bal toplamış müəlliflər qalib olur. Bu sistem fotolara düzgün və obyektiv qiymət verilməsinə şərait yaradır.

“Gilavar” foto klubu yeni yaranmasına baxmayaraq, artıq FIAP təşkilatına üzv kimi qəbul edilib və bu təşkilatın Azərbaycanda yerli fərdi klub statusunu əldə edib. Fransız dilindən tərcümədə Beynəlxalq Fotoqrafiya İncəsənəti Federasiyası mənasını verən FIAP dünyada YUNESKO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BŞH: Formula 1 üçün indiyədək alınmış biletlər keçərli sayılır 

BŞH Nəsiminin 650 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Mario İzola: BŞH təkər strategiyası baxımından düzgün proqnozlaşdırılması çətin trekdir

BŞH könüllülər arasında müsabiqə keçirir

BŞH: “Filarmoniya” tribunasına olan biletlərin hamısı satılıb

BŞH media nümayəndələrinin akkreditasiya prosesinin müddətini uzadıb

BŞH “Kommersant” qəzetində yayılan məlumata rəsmi aydınlıq gətirib

BŞH-nin əməkdaşı FIA-nın Baş Assambleyasında məruzə ilə çıxış edib

UNEC və “Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır

BŞH bilet satışı ilə bağlı son məlumatları yayıb

BŞH jurnalistlərə müraciət edib

BŞH akkreditasiyadan keçməyən jurnalistlərə müraciət edib

BŞH media nümayəndələrinin akkreditasiyasına başlayıb

BŞH-nin mediadan gözləntiləri və çağırışları (FOTOLAR)

BŞH-nin təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Günü qeyd olunub

BŞH bir sıra ali təhsil müəssisələrində könüllülər proqramını təqdim edib

Bulvar tribunasına olan biletlərin hamısı satılıb - BŞH

BŞH “Ürəkdən ürəyə” şüarı altında növbəti dəfə xeyriyyə aksiyası keçirir

Bakıda keçiriləcək növbəti Formula 1 yarışına minlərlə turistin gələcəyi gözlənilir - BŞH

BŞH-nin əməkdaşları Bakı marafonunda xeyriyyə üçün qaçacaqlar

10 Aprel 2020, 16:15 (GMT +4)
İspaniyada nazir bir ay davam edən xəstəlikdən sonra koronavirusa qalib gəlib 

10 Aprel 2020, 16:10 (GMT +4)
Jurnalistlər üçün ilk dəfə onlayn mətbuat konfransı təşkil edilib (FOTO)

10 Aprel 2020, 15:45 (GMT +4)
9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir (FOTO)

10 Aprel 2020, 15:44 (GMT +4)
Rusiyada daha 97 koronavirus xəstəsi sağalıb 

10 Aprel 2020, 15:43 (GMT +4)
Əfqanıstanda koronavirusa yoluxanların sayı artıb, Taliban da qabaqlayıcı tədbirlərə başlayıb

10 Aprel 2020, 15:26 (GMT +4)
Ötən gün Bakıda avtobusla 424 mindən çox sərnişin daşınıb (STATİSTİKA)

10 Aprel 2020, 15:23 (GMT +4)
Tacikistan xarici vətəndaşlar üçün sərhədi bağlayıb

10 Aprel 2020, 15:17 (GMT +4)
Bakıda evdən oğurluq edən şəxs tutulub

10 Aprel 2020, 15:00 (GMT +4)
Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

10 Aprel 2020, 14:57 (GMT +4)
Tramp: ABŞ-da koronavirusun yayılması pik həddə çatıb

10 Aprel 2020, 14:48 (GMT +4)
KOBİA sosial təşəbbüsə qoşulub (FOTO)

10 Aprel 2020, 14:41 (GMT +4)
Səbaildə vətəndaşların maarifləndirilməsi ilə bağlı nəzarət gücləndirilib

10 Aprel 2020, 14:25 (GMT +4)
Rusiyada koronavirusa yoluxma hallarının sayı 12 minə çatıb

10 Aprel 2020, 14:24 (GMT +4)
İranda koronavirusa yoluxanlardan yarıdan çoxu sağalıb

10 Aprel 2020, 14:19 (GMT +4)
Azərbaycan “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulub

10 Aprel 2020, 14:14 (GMT +4)
Formula 1 Azərbaycan Qran-Prisinin könüllüləri “Könüllü qonşu” aksiyasına qoşulublar

10 Aprel 2020, 13:56 (GMT +4)
“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının yaradılmasının 25 ili tamam olur

10 Aprel 2020, 13:47 (GMT +4)
Səudiyyə OPEK+ ölkələrinin tarixi razılaşmasının ilk maneəsini açıqlayıb

10 Aprel 2020, 13:30 (GMT +4)
BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir

10 Aprel 2020, 13:16 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

10 Aprel 2020, 13:10 (GMT +4)
ÜST rəhbəri hesabat üçün ABŞ Senatına çağrılıb

10 Aprel 2020, 13:01 (GMT +4)
“Kapital Bank” POS-terminallar üzrə xidmət haqqını ləğv edib

10 Aprel 2020, 12:49 (GMT +4)
İran koronavirusla bağlı sosial təcrid və izolyasiyaya elektron şəkildə nəzarəti bərpa edəcək

10 Aprel 2020, 12:46 (GMT +4)
Putin DİN və Rusiya qvardiyasına koronavirusla bağlı təlimat verib

10 Aprel 2020, 12:37 (GMT +4)
Kreml Putinin Tramp və Salmanla söhbətinin təfərrüatlarını açıqlayıb

10 Aprel 2020, 12:26 (GMT +4)
Zaqatalada karantin rejimini pozan şəxsdə narkotik vasitə aşkarlanıb

10 Aprel 2020, 12:18 (GMT +4)
OPEK+ ölkələrindən neft hasilatını azaltmayan ölkələrin adı açıqlanıb

10 Aprel 2020, 12:11 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib

10 Aprel 2020, 12:00 (GMT +4)
Azərbaycan Ordusu MiQ-29 və Su-25 təyyarələri ilə təlim keçirib (FOTO, VİDEO)

10 Aprel 2020, 11:46 (GMT +4)
Trampın reytinqi rekord səviyyəyə çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66