Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan və Rusiyanın Rostov vilayəti arasında biznes forum keçirilib (FOTOLAR)

04 Mart 2020, 18:10 (GMT +4)

Bakı, 4 mart, SalamNews. Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində martın 4-də Azərbaycan və Rostov vilayəti arasında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın inkişafına dair biznes forum keçirilib.

SalamNews xəbər verir ki, biznes forumda hər iki ölkədən ticarət, sənaye, təhsil, səhiyyə, kənd təsərrüfatı, logistika, sığorta, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səylərinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaratdığını, bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edən Azərbaycan və Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri də ticarət-investiya əməkdaşlığıdır və hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi bu məqsədə nail olunmasında mühüm rol oynayır. Azərbaycan Rusiyanın 70-dən çox federal subyekti, o cümlədən Rostov vilayəti ilə sıx əməkdaşlıq edir. Bununla yanaşı, sənaye, kənd təsərrüfatı maşınqayırması, alternativ enerji, humanitar və s. sahələrdə Rostov vilayəti ilə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar vardır. Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar barədə forum iştirakçılarına məlumat verib, Rostov vilayətinin sahibkarlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya imkanlarından yararlanmağa dəvət edib.

Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin, biznes forumların ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətini qeyd edib. Vasili Qolubev Rostov vilayətinin iqtisadi-investisiya imkanları barədə məlumat verib, Azərbaycanla əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artırılması üçün potensialı diqqətə çatdırıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin Azərbaycan və Rusiya əlaqələrinin inkişafına verilən böyük önəmin göstəricisi olduğunu qeyd ediblər.

Biznes forum çərçivəsində Rusiyanın Rostov vilayətinin investisiya-turizm imkanları barədə təqdimat keçirilib.

Tədbirdə Azərbaycan və Rusiyanın Rostov vilayətində birgə həyata keçirdiyi layihələr barədə məlumat verilib, “Voterfoll PRO” MMC-nin rəhbəri Konstantin Kuzin, “Aviakompaniya Azimut” SC-nin icraçı direktoru Eduard Tepliçkiy və “Cənub Universiteti (İdarəetmə, biznes və hüquq İnstitutu)”nun rektoru İmran Əkbərov təmsil etdikləri müəssisələrin fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.

Biznes forum çərçivəsində sənaye, turizm, konsaltinq, humanitar və s. sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.

Tədbir sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu ayın sonu Rostov-Bakı aviareysi açılacaq

Prezident İlham Əliyev Rusiyanın Rostov vilayətinin qubernatorunu qəbul edib

Rusiyanın Rostov bölgəsində azərbaycanlıların olduğu mikroavtobus qəzaya düşüb, ölənlər var 

Rostov hava limanında Azərbacanlı saxlanılıb

Dünyaşöhrətli opera müğənnisi Dmitri Xvorostovski vəfat edib

Rostov-Donda yanan hoteldə 2 nəfər ölüb,400 nəfər təxliyə edilib

Rusiyanın Rostov şəhərindəki irimiqyaslı yanğının səbəbi açıqlanıb 

Rostovda partlayışdan sonra güclü yanğın başlayıb

Rostov-na-Donuda məktəb yaxınlığında partlayış baş verib, xəsarət alan var

Rostovda "Boeing"in qəzaya uğramasının səbəbi pilotlar arasındakı mübahisə ola bilər

Rostov-na-Donuda Beynəlxalq Mədəniyyət, İncəsənət və Folklor konfransı keçirləcək

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

30 May 2020, 14:17 (GMT +4)
Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

30 May 2020, 14:15 (GMT +4)
DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

30 May 2020, 14:01 (GMT +4)
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

30 May 2020, 13:40 (GMT +4)
Moskvada daha 3599 nəfər koronavirusdan sağalıb

30 May 2020, 13:30 (GMT +4)
Sabah Milli Məclisin plenar iclası keçiriləcək

30 May 2020, 13:22 (GMT +4)
Almaniyada koronavirusdan təxminən 8,5 min nəfər ölüb

30 May 2020, 13:20 (GMT +4)
Dahi satirik şair Mirzə Ələkbər Sabirin doğum tarixidir

30 May 2020, 13:15 (GMT +4)
Su hovuzunda və yaşadığı evdə narkotik becərənlər saxlanılıb

30 May 2020, 13:04 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanib

30 May 2020, 12:45 (GMT +4)
Zaxarova ABŞ-ın ÜST-lə bağlı qərarına münasibət bildirib

30 May 2020, 12:45 (GMT +4)
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq

30 May 2020, 12:25 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib

30 May 2020, 12:15 (GMT +4)
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66