Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür

05 Mart 2020, 12:13 (GMT +4)

Bakı, 5 mart, SalamNews.Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür.

Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Son illərdə Azərbaycanda 50-dək yeni Olimpiya İdman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib. Bir-birinin ardınca istifadəyə verilən Olimpiya idman kompleksləri bölgələrdə idmanın inkişafında da mühüm rol oynayır. Hazırda bir çox rayonlarda yeni Olimpiya İdman kompleksləri inşa olunmaqdadır.
Ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli şəkildə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı tezliklə öz müsbət nəticəsini göstərib.

Azərbaycanda idmanın inkişafını Olimpiya Oyunlarında qazanılan medalların sayından da açıq şəkildə görmək olar. 1996-cı ildə Atlanta Olimpiadasında gənc Azərbaycan Respublikasının yığma komandası cəmi 1 medal, Sidney Olimpiadasında 3 medal qazandığı halda, Afinada idmançılarımızın qazandıqları medalların sayı 5-ə çatmışdı. 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 7 medal qazanmış və dünyanın 200-dən çox ölkəsi arasında 38-ci yeri tutmuşdu. İdmançılarımız London Olimpiadasında rekord sayda – 10 medal, o cümlədən 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışdılar.

London Olimpiadasında Azərbaycan paralimpiyaçıları da yüksək nəticələr göstəriblər. Pekin paralimpiadasında cəmi 2 qızıl medal qazanmış paralimpiyaçılarımız Britaniya paytaxtından Vətənə 12, o cümlədən 4 qızıl medalla qayıdıblar.

Ötən il Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılıb. Belə ki, ölkəmiz “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Avropa Olimpiya Komitəsinin tarixdə ilk dəfə keçirilən bu mötəbər yarışa ev sahibliyi hüququnu ölkəmizə həvalə etməsi Azərbaycanın dünyada güclü idman dövləti kimi tanınmasının parlaq göstəricisi idi. Oyunlara hazırlıq üçün cəmi 2,5 il vaxt ayrılmasına baxmayaraq, Azərbaycan dünyanı heyran qoyaraq qısa müddətdə ən müasir standartlara cavab verən, bir-birindən möhtəşəm idman arenalarını inşa etməklə, yarışa yüksək səviyyədə keçirməklə Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Bu mühüm uğuru Azərbaycan idmançılarının qələbələri daha da zirvəyə çatdırdı. Atletlərimiz birinci Avropa Oyunlarında 18-i qızıl, 18-i gümüş, 20-si isə bürünc olmaqla 56 medal qazandılar. Azərbaycan komanda hesabında 50 ölkə arasında ikinci yeri tutdu.

Zəngin və güclü idman ənənələri, peşəkar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan Azərbaycan daha bir neçə mötəbər idman yarışına ev sahibliyi edəcək. Təkcə cari ildə Azərbaycanda dünya miqyaslı üç böyük yarış təşkil olunacaq. Hazırda Bakı mayda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə, iyunda təşkil olunacaq “Formula-1” Avropa Qran-pri yarışına, sentyabrda baş tutacaq Ümumdünya Şahmat Olimpiadasına ciddi hazırlaşır. Bununla yanaşı, ölkəmiz 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək.

Bütün bu uğurlar onu göstərir ki, hazırda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Azərbaycan idmanın bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunur

Bədən tərbiyəsi və İdman günü ilə bağlı maraqlı peyntboll yarışı keçiriləcək

10 Aprel 2020, 13:30 (GMT +4)
BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir

10 Aprel 2020, 13:16 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

10 Aprel 2020, 13:10 (GMT +4)
ÜST rəhbəri hesabat üçün ABŞ Senatına çağrılıb

10 Aprel 2020, 13:01 (GMT +4)
“Kapital Bank” POS-terminallar üzrə xidmət haqqını ləğv edib

10 Aprel 2020, 12:49 (GMT +4)
İran koronavirusla bağlı sosial təcrid və izolyasiyaya elektron şəkildə nəzarəti bərpa edəcək

10 Aprel 2020, 12:37 (GMT +4)
Kreml Putinin Tramp və Salmanla söhbətinin təfərrüatlarını açıqlayıb

10 Aprel 2020, 12:26 (GMT +4)
Zaqatalada karantin rejimini pozan şəxsdə narkotik vasitə aşkarlanıb

10 Aprel 2020, 12:18 (GMT +4)
OPEK+ ölkələrindən neft hasilatını azaltmayan ölkələrin adı açıqlanıb

10 Aprel 2020, 12:11 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib

10 Aprel 2020, 12:00 (GMT +4)
Azərbaycan Ordusu MiQ-29 və Su-25 təyyarələri ilə təlim keçirib (FOTO, VİDEO)

10 Aprel 2020, 11:46 (GMT +4)
Trampın reytinqi rekord səviyyəyə çatıb

10 Aprel 2020, 11:30 (GMT +4)
Masallıda dövlət qurumunun saxta vəsiqəsini hazırlayan şəxs saxlanılıb

10 Aprel 2020, 11:21 (GMT +4)
Çad Ordusunun əməliyyatı zamanı 52 əsgər və mindən artıq silahlı ölüb

10 Aprel 2020, 11:16 (GMT +4)
Baş həkim: Uşaqlar və gənclər koronavirusu yüngül keçirirlər

10 Aprel 2020, 11:06 (GMT +4)
Boris Conson reanimasiya şöbəsindən çıxarılıb

10 Aprel 2020, 11:00 (GMT +4)
Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir

10 Aprel 2020, 10:48 (GMT +4)
«Əshabi Kəhf» İraqda ABŞ qüvvələrinə hücum edib (VİDEO)

10 Aprel 2020, 10:45 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 1,6 milyonu ötüb

10 Aprel 2020, 10:30 (GMT +4)
Bakıda bəzi işbazlarla bağlı reydlər keçirilir 

10 Aprel 2020, 10:29 (GMT +4)
Tramp Putin və Səudiyyə kralı ilə danışıqlar aparıb

10 Aprel 2020, 10:15 (GMT +4)
Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir

10 Aprel 2020, 10:00 (GMT +4)
BDYPİ: Karantinlə bağlı 11 318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 Aprel 2020, 09:57 (GMT +4)
ABŞ-da son sutka ərzində koronavirusdan 1904 nəfər ölüb

10 Aprel 2020, 09:50 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

10 Aprel 2020, 09:40 (GMT +4)
Azərbaycan neft hasilatını azaldacaq

10 Aprel 2020, 09:39 (GMT +4)
Yəməndə koronavirusa ilk yoluxma halı qeydə alınıb

10 Aprel 2020, 09:30 (GMT +4)
10 min işsiz şəxs üçün birdəfəlik ödəmənin verilməsinə başlanılıb

10 Aprel 2020, 09:21 (GMT +4)
Rusiya XİN: Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır

10 Aprel 2020, 09:16 (GMT +4)
“Azercell” NNTV tətbiqi ilə dünyanın ən çox baxılan televiziya kanallarını təqdim edir

10 Aprel 2020, 09:09 (GMT +4)
OPEK+ ölkələri neft hasilatının 10 milyon barel azaldılmasında razılığa gəliblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66