Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BANM Rusiyada II Beynəlxalq Akademik Neft Konqresində təmsil olunub 

06 Mart 2020, 12:35 (GMT +4)

Bakı, 6 mart, SalamNews.Bakı Ali Neft Məktəbi (BANM) Rusiyanın Nijnevartovsk şəhərində keçirilmiş Fərman Salmanov adına II Beynəlxalq Akademik Neft Konqresində təmsil olunub.

BANM-dən SalamNews-a verilən məlumata görə, konqresin plenar iclasında Bakı Ali Neft Məktəbini təmsil edən BANM-in Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı İradə Əhmədova beynəlxalq əməkdaşlıq, akademik əlaqələr, tədqiqat və innovasiyaların təşviqi, yüksəkixtisaslı gənc mühəndislərin yetişdirilməsi istiqamətində Bakı Ali Neft Məktəbinin təcrübəsini bölüşüb.

O vurğulayıb ki, BANM təhsilə ən istedadlı tələbələri cəlb edir. Eyni zamanda, qeyd edilib ki, Ali Məktəb xüsusi texniki biliklərin verilməsi, akademik göstəricilərin təcrübəyə uyğunlaşdırılması, eləcə də emosional zəkanın inkişaf etdirilməsi və bununla da məzunlarının 100%-lik işlə təmin olunması üçün müxtəlif təhsil imkanları təklif edir.

Bakı Ali Neft Məktəbi qabaqcıl beynəlxalq universitetlərin təklif etdiyi müxtəlif mübadilə və ikili proqramlardan yararlanmaqla yanaşı, beynəlxalq tələbələrin qəbul edilməsində tətbiq etdiyi təcrübə konqres iştirakçılarında xüsusi maraq doğurub.

Məlumat verilib ki, bu il Yuqra Dövlət Universiteti ilə mübadilə proqramı çərçivəsində ilk tələbə qrupu Bakı Ali Neft Məktəbində təhsil almağa başlayıb. Yaxın gələcəkdə tələbə sayının artırılması, xüsusilə daha çox qız tələbələrin cəlb olunması gələcək ikitərəfli əməkdaşlığın prioritetidir.

Qeyd edək ki, Qərbi Sibirdə 130-dan artıq nəhəng neft-qaz yatağını kəşf etmiş Azərbaycanın görkəmli geoloqu Fərman Salmanovun şərəfinə adlandırılmış Surqutdakı beynəlxalq hava limanı ilə yanaşı, onun adını daşıyan Beynəlxalq Akademik Neft Konqresi hər il Rusiyanın Xanti-Mansi Muxtar Dairəsində keçirilir.

Konqres Yuqra Dövlət Universitetinin təşəbbüsü ilə ``Neft Paytaxtı” adlı Beynəlxalq Gənclərin Tədqiqat Forumu çərçivəsində təşkil edilir.

Forumda enerji sektoru və tədqiqat infrastrukturunun inkişafı problemləri və perspektivləri, dayanıqlı resurs idarəçiliyinin inkişafı və yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi kimi mövzular müzakirə edilir. Beynəlxalq Akademik Neft Konqresinin əsas məqsədi isə ilk növbədə universitetlər, elm sahəsi və neft-qaz sənayesi arasında sinerji yaratmaqdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BANM-də buraxılış işlərinin onlayn müdafiəsinə başlanılıb

BANM-də onlayn final imtahanları davam edir

BANM-ın MBA tələbələri qlobal biznes plaformasında fərqləniblər

Elmar Qasımov BANM-in Avropada təhsil alan tələbələri ilə onlayn görüş keçirib

BANM-in daha 6 tələbəsi diplomsuz işə qəbul olub

BANM-ın 2 komandası “CanSat” müsabiqəsinin əsas mərhələsinə vəsiqə qazanıb

BANM-in rektoru Yay Məktəblərinin pulsuz olmasını təklif edib

BANM-in əcnəbi tələbələri koronavirusla mübarizə aparanlara təşəkkür edib

BANM onlayn imtahanlarda plagiatçılığa qarşı Şərəf Kodeksi hazırlayıb

BANM-in tələbələri qlobal distant təhsil proqramının sertifikatlarını qazanıb

BANM dinləyici qəbulu elan edib

BANM-ın tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

BANM-in tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

BANM nüfuzlu qlobal distant təhsil proqramının lisenziyasını əldə edib

Mehmet Karaca: BANM tezliklə regionda söz sahibi olacaq (MÜSAHİBƏ)

İstanbul Texnik Universitetinin rektoru BANM-də olub

BANM Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib

BANM koronavirus əleyhinə dezinfeksiya edilib

BANM Tallin Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb

BANM-də Gənclər günü keçirilib

03 İyun 2020, 07:32 (GMT +4)
İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından 31 il keçir

02 İyun 2020, 18:00 (GMT +4)
İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

02 İyun 2020, 17:58 (GMT +4)
Ukraynada DİN rəhbərinin istefası tələb edilir

02 İyun 2020, 17:46 (GMT +4)
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib

02 İyun 2020, 17:32 (GMT +4)
İŞİD ilə əməkdaşlıq edən Dağıstan sakini üç il müddətinə həbs edilib

02 İyun 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb

02 İyun 2020, 17:26 (GMT +4)
Parlament sosial yardımın 1 illik təyin olunmasını təsdiqləyib

02 İyun 2020, 17:11 (GMT +4)
Azərbaycanda dərslər tədris ilinin sonunadək dayandırılıb

02 İyun 2020, 17:05 (GMT +4)
DİN metroda polis əməkdaşları ilə vətəndaşların mübahisəsinə aydınlıq gətirib

02 İyun 2020, 17:02 (GMT +4)
Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır

02 İyun 2020, 16:57 (GMT +4)
Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb

02 İyun 2020, 16:55 (GMT +4)
Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı ayırıb

02 İyun 2020, 16:52 (GMT +4)
AQTA: Alma, şaftalı və nektarində xəstəliklər aşkarlanıb

02 İyun 2020, 16:40 (GMT +4)
BNA vətəndaşlara tibbi maska paylayıb

02 İyun 2020, 16:32 (GMT +4)
Türkiyədə kütləvi həbslər başlayıb

02 İyun 2020, 16:22 (GMT +4)
Masallı rayon prokuroru tutduğu vəzifədən azad edilib

02 İyun 2020, 16:17 (GMT +4)
“Azərsu” modul tipli qurğuları təmir edəcək

02 İyun 2020, 16:06 (GMT +4)
KİV: Vaşinqtonda etirazçıları dağıtmaq üçün hərbi helikopterlərdən istifadə edilib

02 İyun 2020, 15:54 (GMT +4)
“Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib

02 İyun 2020, 15:42 (GMT +4)
İranda gündəlik koronavirusa yoluxma sayı rekord həddə çatıb

02 İyun 2020, 15:35 (GMT +4)
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb

02 İyun 2020, 15:28 (GMT +4)
Rusiyada son sutka ərzində 8 863 nəfərdə koronavirus aşkar edilib

02 İyun 2020, 15:09 (GMT +4)
Türkiyə XİN: Ankara Aralıq dənizindəki maraqlarını müdafiə etmək əzmindədir

02 İyun 2020, 15:03 (GMT +4)
Nazir: Neft sektorundan asılılığın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülür

02 İyun 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

02 İyun 2020, 14:50 (GMT +4)
“Azərişıq” 3 rayonda hava xəttini yenidən quracaq

02 İyun 2020, 14:48 (GMT +4)
ABŞ-ın Sent-Luis şəhərində etirazlarda atışma zamanı 4 polis yaralanıb (VİDEO)

02 İyun 2020, 14:33 (GMT +4)
“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi sosial aksiya keçirib

02 İyun 2020, 14:20 (GMT +4)
Nazirlər Kabineti koronavirusa görə vəsait ayırıb

02 İyun 2020, 14:15 (GMT +4)
ABŞ-da polislərə atəş açılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66