Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Caspian European Club” Gürcüstan-Azərbaycan biznes forumunda iştirak edib

07 Mart 2020, 12:25 (GMT +4)

Bakı, 7 mart, SalamNews. Azərbaycanlı sahibkarlardan ibarət nümayəndə heyəti “Caspian European Club”/”Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi altında Gürcüstan-Azərbaycan biznes forumunda iştirak edib. Gürcüstan-Azərbaycan biznes forumunun təşkilatçısı “EU-Georgia Business Council”dır.

Klubdan SalamNews-a bildirilib ki, əsas məqsədi Gürcüstanla Azərbaycan arasında ikitərəfli işgüzar əlaqələrin inkişafı olan biznes forumda Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin birinci müavini Yekaterina Mikabadze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, “SOCAR Energy Georgia”nın baş direktoru, “Pasha Bank Georgia”nın direktorlar şurasının üzvü Asaf Hüseynov, “AZEBI”nin sədri Nəriman Qurbanov, “Caspian European Club”/”Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev və digərləri çıxış ediblər.

Forumda Telman Əliyev “Caspian European Club”un fəaliyyəti və beynəlxalq biznes-netvorkinqi üçün daimi platformanın yaradılmasına kömək edən tədbirlərin formatı barədə danışıb.
“Gürcüstanla Azərbaycan arasındakı münasibətlər digər ölkələrə nümunə ola bilər. Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən regional səviyyədə birgə layihələrin həyata keçirilməsi daha fəal işgüzar əməkdaşlıq üçün stimul olmalıdır”, - deyə T.Əliyev əlavə edib.

O deyib: “Azərbaycan biznesi Gürcüstan ərazisində geniş təmsil olunur. Təəssüf ki, eyni sözləri Gürcüstan biznesinin Azərbaycan bazarındakı iştirakı ilə bağlı deyə bilmirəm. “Caspian European Club” bu missiyanı öz üzərinə götürməyə və Gürcüstan şirkətlərinin Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər ölkə bazarlarına çıxmasına yardım etməyə hazırdır”.

“Biz “Caspian European Club”un fəaliyyətini aktivləşdirməyi planlaşdırırıq və artıq aprelin 3-də inşaat sektoruna həsr olunmuş B2B forumu keçirəcəyik. Həmçinin turizm obyektləri üçün aparıcı sənaye müəssisələrinə və turizm üçün cəlbedici olan obyektlərə baş çəkməklə Gürcüstan regionlarında biznes-turlar keçirməyi nəzərdə tuturuq. Bütün biznes-turlar çərçivəsində eyni zamanda həmin regionların rəhbərlərinin iştirakı ilə B2B forum və “CEO Lunch” təşkil olunacaq”, - deyə Telman Əliyev çıxışına yekun vurub.

“EU-Georgia Business Council” Gürcüstan və Azərbaycan tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində yuxarıda qeyd olunan forumu hər il keçirməyi planlaşdırır. Tədbirin 2021-ci ildə Bakıda təşkili nəzərdə tutulub.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. “Caspian European Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Çexiya Özbəkistan və Latviyada səlahiyyətli nümayəndələri var.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Caspian European Club” rebrendinq keçirir

Caspian European Club Anar Cəbrayıllının iştirakı ilə Online Round Table keçirib

Caspian European Club Zakir Fərəcovun iştirakı ilə B2G Online forumu keçirib

Caspian European Club Cavad Qasımovun iştirakı ilə Online Round Table keçirib

Caspian European Club növbəti onlayn B2G forum keçirib

Caspian European Clubun yeni strukturunun təqdimatı keçirilib

Caspian European Club Vüsal Hüseynovun iştirakı ilə online B2G forum keçirib

Caspian European Club Elmir Vəlizadənin iştirakı ilə B2B Transport forum təşkil edib

Caspian European Club onlayn B2B FMCG forum təşkil edib

"Caspian European Club"un üzvü olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib

Caspian European Club iki tematik Onlayn B2B Forum təşkil edib

KOBİA və Caspian European Club ilk onlayn B2G forum təşkil edib

Caspian European Club-un ilk ümumi onlayn iclası keçirilib

“Caspian European Club” “Online business training”in təşkilinə başlayıb

Caspian European Club müvəqqəti onlayn rejimdə fəaliyyət göstərəcək

Caspian European Club B2B Forum təşkil edib

DGK və Caspian European Club-un birgə işçi qrupunun növbəti iclası keçirilib

Telman Əliyev Caspian European Club-un yeni sədri seçilib

Caspian European Club biznes-tur təşkil edib

Caspian European Club biznes-tur təşkil edib

31 İyul 2021, 17:00 (GMT +4)
Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib

31 İyul 2021, 16:45 (GMT +4)
Bakıda iki avtomobil toqquşub, ölən var

31 İyul 2021, 16:40 (GMT +4)
Gürcüstanda son sutkada COVID-19-a yoluxanların sayı 3 mindən çox olub

31 İyul 2021, 16:35 (GMT +4)
“Şahdəniz”dən hasil edilən 98 mlrd kubmetr qaz ixrac edilib

31 İyul 2021, 16:24 (GMT +4)
İranda Qədir-Xum bayramı münasibətilə minlərlə məhbus əfv edilib

31 İyul 2021, 16:23 (GMT +4)
Prezident Ərdoğan meşə yanğınınlarının baş verdiyi bölgələri ziyarət edəcək 

31 İyul 2021, 16:15 (GMT +4)
“Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)

31 İyul 2021, 16:00 (GMT +4)
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub

31 İyul 2021, 15:50 (GMT +4)
AÇG və “Şahdəniz”dən 567 mln tondan çox neft hasil edilib

31 İyul 2021, 15:43 (GMT +4)
Bayden Kuba hökumətinə qarşı yeni sanksiyalar vəd edib

31 İyul 2021, 15:40 (GMT +4)
Azərbaycan Ordusunun əsgəri şəhid olub

31 İyul 2021, 15:30 (GMT +4)
FHN-də yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib

31 İyul 2021, 15:27 (GMT +4)
Tokio Olimpiadasında COVID-19-a yoluxanların sayı 246-ya çatıb

31 İyul 2021, 15:15 (GMT +4)
Bakıda onlayn yolla "patı" satan şəxs saxlanılıb

31 İyul 2021, 15:02 (GMT +4)
Əlcəzair Səudiyyənin əl-Ərəbiyyə telekanalının nümayəndəliyinin bağlanılması barədə qərar verib

31 İyul 2021, 15:00 (GMT +4)
Sabunçuda dənizdə batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib

31 İyul 2021, 14:50 (GMT +4)
Bu il Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib

31 İyul 2021, 14:44 (GMT +4)
Rusiyada son sutkada 23 807 koronavirusa yoluxma aşkar edilib

31 İyul 2021, 14:40 (GMT +4)
Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

31 İyul 2021, 14:30 (GMT +4)
İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərib

31 İyul 2021, 14:24 (GMT +4)
Çavuşoğlu: Azərbaycandan yanğınların söndürülməsinə kömək üçün 102 nəfər gəlib

31 İyul 2021, 14:20 (GMT +4)
Müəllim olmaq istəyənlər üçün təkrar imtahanların keçiriləcəyi tarix açıqlanıb

31 İyul 2021, 14:11 (GMT +4)
Tokio-2020: Çin medal sıralamasına liderlik edir

31 İyul 2021, 14:10 (GMT +4)
MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

31 İyul 2021, 14:00 (GMT +4)
Yarım ildə Azərbaycanda 3,3 milyon ton neft emal edilib

31 İyul 2021, 13:52 (GMT +4)
Türkiyə Tokio-2020-də ilk qızıl medalını qazanıb

31 İyul 2021, 13:50 (GMT +4)
Bu il Azərbaycan 14 mln ton neft ixrac edib

31 İyul 2021, 13:40 (GMT +4)
Masallı polisi əməliyyat keçirib, saxlanılan var

31 İyul 2021, 13:38 (GMT +4)
Müəmmər Qəddafinin oğlu son 10 ildə ilk dəfə olaraq kamera qarşısına çıxıb (FOTO)

31 İyul 2021, 13:30 (GMT +4)
Polis akkumulyator oğrularını saxlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66