Mobil versiya RU AZ
_




DÜNYA » DİN

İslam dünyası İmam Əlinin (ə) mövlud gününü qeyd edir

07 Mart 2020, 20:28 (GMT +4)

Bakı, 7 mart, SalamNews. Bu gün hicri-qəməri tarixi ilə rəcəb ayının 13-ü həzrət İmam Əli ibn Əbu-Talibin (ə) mövlud günüdür.

SalamNews-un verdiyi xəbərə görə, Həzrət Əli (ə) "Fil" ilindən 30 il sonra, miladi təqvimlə təxminən 600-cü ildə dünyanın ən müqəddəs məkanı hesab edilən Kəbədə dünyaya gəlib.

Həzrət İmam Əli ibn Əbu-Talib (ə) Kəbədə dünyaya gəlmiş, tərbiyəsini və təlimini Peyğəmbərdən (s) almış, Peyğəmbərin (s) yerində yatmağı qəbul edərək onun həyatını xilas etmiş, barəsində çoxsaylı ayələrin nazil olduğu, Əhli-beytin üzvü, imamlar atası, Bədr döyüşündə bütpərəstlərin məğlubiyyətə uğramasına əsas səbəb, Xəndək döyüşündə bütpərəstlərin sərkərdəsi Əmr ibn Əbdəvüddü məğlub edən, Xeybər döyüşünün qəhrəmanı, Peyğəmbərin (s) müsəlmanlara təyin etdiyi xəlifə və digər yüzlərlə fəzilətlərə malik olan yeganə şəxsdir. 

Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. İslam peyğəmbəri Həzrət Məhəmmədə (s) ilahi vəhy ilk dəfə nazil olan zaman Həzrət Əli (ə) İslamı qəbul edən ilk kişi olmuş və həyatını bu dinə həsr etmişdir.

İmam Əli (ə) İslam peyğəmbərindən (s) qısa müddət sonra Məkkədəki təzyiqlər səbəbilə Mədinə şəhərinə köçmüş və burada Peyğəmbərin (s) qızı Həzrət Fatimeyi-Zəhra (ə) ilə ailə həyatı qurmuşdur. Mədinədə Həzrət Məhəmməd (s) peyğəmbərlə keçirdiyi 10 illik müddət ərzində müharibələrdə sərkərdə kimi iştirak etmiş, İslam peyğəmbərinə nazil olmuş ilahi bildiriş və əmrləri çatdırmış və demək olar ki, bütün döyüşlərdə iştirak edərək İslam dinin müdafiəsində və güclənməsində fəal rol oynamışdır.   

İmam Əlinin (ə) Həzrət Fatimədən (ə) 4 övladı olub, bir övladı isə hələ dünyaya gəlməmiş Həzrət Fatimənin (ə) bətnində həyatını itirmişdir. 

Həzrət Əli (ə) İslam peyğəmbərinin sağlığında Təbuk döyüşündən başqa bütün döyüşlərdə iştirak etmişdir. Bəzi döyüşlərdə sıravi bir döyüşçü kimi iştirak etsə də, bəzilərində ona rəhbərlik məsuliyyəti tapşırılmışdır. Ühüd döyüşündə müsəlmanların bəziləri meydanı tərk edərkən Həzrət Məhəmməd (s) peyğəmbəri qorumaqla xüsusi rol ifa etmişdi. Həzrət İslam peyğəmbəri (s) də onun barəsində "Əlidən başqa igid, Zülfüqardan savayı qılınc yoxdur" ifadəsini işlətmişdir.

İmam Əli (ə) miladi 656-cı ildə Xəlifə Osman ibn Əffanın öldürülməsindən sonra Mədinə məscidində xalq tərəfindən xəlifə seçilmişdir. Beş ilə yaxın müsəlmanlara xəlifəlik edən Həzrət Əli (ə) 661-ci ilin Ramazan ayında Kufə məscidində sui-qəsd nəticəsində şəhid edilmişdir.

İmam Əlinin (ə) fəzilətləri barədə həm Qurani-kərimdə çoxlu ayələr nazil olmuş, həm də Həzrət Məhəmməd (s) peyğəmbərdən çoxlu mənbələrdə xeyli sayda hədislər nəql olunmuşdur. Həmçinin məzhəbindən, dinindən, təfəkkür tərzindən asılı olmayaraq, müxtəlif yazıçı və mütəfəkkirlər tərəfindən İmam Əli (ə) barədə qələmə alınmış çoxlu əsərlər mövcuddur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Noyabr 2020, 22:33 (GMT +4)
Azərbaycan İran nüvə aliminə qarşı terroru pisləyib

29 Noyabr 2020, 10:04 (GMT +4)
Türkiyə Xarici İşlər Nazirliyi və Parlamenti iranlı nüvə aliminə qarşı terroru pisləyiblər

28 Noyabr 2020, 16:56 (GMT +4)
Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib

28 Noyabr 2020, 16:48 (GMT +4)
Yaşayış yerini tərk edən COVID-19 xəstələri saxlanılıb

28 Noyabr 2020, 16:39 (GMT +4)
Səudiyyənin kralı Netanyahunun ölkəyə gizli səfərindən xəbərsiz olub - Reuters

28 Noyabr 2020, 16:33 (GMT +4)
Ağsuda COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb

28 Noyabr 2020, 16:18 (GMT +4)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri xarici işlər naziri ilə görüşüb

28 Noyabr 2020, 16:03 (GMT +4)
“Qarabağ”ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb

28 Noyabr 2020, 15:53 (GMT +4)
İqtisadi Şuranın iclasında işğaldan azad olunmuş ərazilərin bərpası müzakirə edilib

28 Noyabr 2020, 15:44 (GMT +4)
Bərdədə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

28 Noyabr 2020, 15:43 (GMT +4)
Avropa Birliyi İranda nüvə aliminə qarşı terror aktını pisləyib

28 Noyabr 2020, 15:30 (GMT +4)
Yaşayış yerini tərk edən COVID-19 daşıyıcılarına cinayət işi başlanılıb

28 Noyabr 2020, 15:11 (GMT +4)
Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir

28 Noyabr 2020, 14:53 (GMT +4)
Tovuzda yaşadığı evi tərk edən koronavirus xəstəsi saxlanılıb

28 Noyabr 2020, 14:40 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib

28 Noyabr 2020, 14:25 (GMT +4)
Gürcüstanda 24 saat ərzində 4.472 nəfərdə koronavirusa yoluxma aşkar edilib

28 Noyabr 2020, 14:12 (GMT +4)
Ermənilərin Tərtəri vurduğu “Smerç” meriyanın muzeyində saxlanılır

28 Noyabr 2020, 13:55 (GMT +4)
Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb

28 Noyabr 2020, 13:46 (GMT +4)
Ayətullah Xamenei nüvə aliminin intiqamı ilə bağlı göstəriş verib

28 Noyabr 2020, 13:40 (GMT +4)
DİN: Gəncəyə polis rəisi təyin edilməsi xəbəri həqiqəti əks etdirmir

28 Noyabr 2020, 13:21 (GMT +4)
Azərbaycan neftinin orta qiyməti həftə ərzində 8% artıb

28 Noyabr 2020, 13:09 (GMT +4)
Ermənistan prezidenti Moskvaya səfər edib

28 Noyabr 2020, 13:00 (GMT +4)
Hikmət Hacıyev: Elə günlər olurdu ki, Tərtər şəhərinə 2 400-dən artıq mərmilər düşürdü

28 Noyabr 2020, 12:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

28 Noyabr 2020, 12:42 (GMT +4)
Ərdoğan: Müsəlmanlar İslama düşmənçilik virusu ilə mübarizə aparmaq məcburiyyətindədirlər

28 Noyabr 2020, 12:30 (GMT +4)
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb

28 Noyabr 2020, 12:17 (GMT +4)
Bir sıra dünya siyasətçiləri iranlı nüvə aliminin terrora məruz qalmasına münasibət bildiriblər

28 Noyabr 2020, 12:15 (GMT +4)
Oğuzda qiymətli ağac növlərini qanunsuz kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib (VİDEO)

28 Noyabr 2020, 12:11 (GMT +4)
Pompeo, Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edilməsinin səbəblərindən danışıb

28 Noyabr 2020, 12:00 (GMT +4)
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək üçün səsvermə keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66