Qasim Süleymaninin xələfinin Suriyadan görüntüləri yayımlanıb (FOTO)10 Mart 2020, 10:26 (GMT +4) Bakı, 10 mart, SalamNews, B.Samid. İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı İsmail Qəaninin Suriyadan görüntüləri yayımlanıb.
SalamNews xəbər verir ki, İran mətbuatı ABŞ-ın terror etdiyi Qasim Süleymaninin xələfi İsmail Qəaninin Suriyadan görüntülərini yayımalyıblar.
Məlumata görə İsmail Qəani Suriya səfərində bu ölkə rəsmilərilə görüşlə yanaşı radikal qruplaşmalarla döyüşlərin getdiyi cəbhələrə də baş çəkib.
Xatırladaq ki, ABŞ Ordusu Donald Trampın göstərişi ilə ötən yanvar ayının 3-də Bağdad hava limanına düşən Sepah generalı Qasim Süleymanini və onunla yanaşı 8 iraqlı və iranlı hərbi rəsmi şəxsi terror edib. Bundan sonra İran ABŞ-ın İraqdakı bazalarını ballistik raketlərlə vurub.
|