Yunanlar nasist cinayətlərini təkrarlayır - Ərdoğan11 Mart 2020, 15:14 (GMT +4) Bakı, 11 mart, SalamNews. Yunanlar nasist cinayətlərini təkrarlayırlar. SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Ərdoğan Türkiyədən Avropa Birliyi ölkələrinə keçən qaçqın axınından danışıb.
Dövlət başçısı Yunanıstan hərbçilərinin Türkiyə ilə sərhəddə qaçqınlara qarşı hərəkətlərini nasistlərin cinayətləri ilə müqayisə edib.
"Bu arada, nasistlərin etdikləri ilə yunan tərəfinin sərhəddə etdiyi hərəkətlərin arasında heç bir fərq yoxdur" Ərdoğan deyib.
Türkiyə prezidenti bildirib ki, Avropa İttifaqı ilə sərhədlər Avropa tərəfinin 2016-cı il müqaviləsi çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirənə qədər açıq qalacaq.
|