Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Futzal üzrə ölkə çempionatı keçiriləcək

14 Mart 2020, 16:46 (GMT +4)

Bakı, 14 mart, SalamNews. Ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək futzal üzrə ölkə çempionatının püşkatma mərasimi baş tutub. Mərasimdə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi, Təhsil Nazirliyi, Azərbaycan Futzal Federasiyası Assosiasiyasının əməkdaşları, ali və orta ixtisas təhsili müəssisələrinin idman klublarının rəhbərləri iştirak edib.

Bildirilib ki, çempionatın mövcud beynəlxalq qaydalar əsasında cari ilin 4 aprel tarixində start götürməsi və 10 may tarixində yekunlaşması nəzərdə tutulur. Çempionatda 35 ali və orta ixtisas təhsil müəssisələrinin komandaları iştirak edəcək. Komandaların 22-si Bakı şəhərini, 13-ü isə regionları əhatə edir. Yarışların birinci mərhələsində komandalar püşkatma yolu ilə 8 yarımqrupa bölünərək mübarizə aparacaq. Yarımqrup oyunlarının beşi Bakı şəhərində, ikisi isə regionlarda (Şirvan və Gəncə şəhərləri) keçiriləcək. Sonrakı mərhələlər 1/16, 1/8, 1/4, yarımfinal və final oyunlarını əhatə edir. Oyunlar Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Göygöl Olimpiya İdman Kompleksinin idman zallarında keçiriləcək. Oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq. I, II və III yeri tutan komandalar müvafiq diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Bundan başqa, təsis edilmiş 5 nominasiya üzrə seçiləcək tələbə futzalçılar da xüsusi mükafatlarla təltif olunacaq.

Çempionatın keçirilməsində əsas məqsəd Azərbaycan ali və orta ixtisas təhsili müəssisələri tələbələri arasında futbol idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçilməsinin təminatı, tələbələr arasında ən güclü futzal komandasının müəyyən edilməsi, həmçinin, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

Qeyd edək ki, futzal üzrə çempionat Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və Azərbaycan Futzal Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Futzal Federasiyasının dəstəyi ilə keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakcell eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək verib

Eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri” keçiriləcək

Futzal üzrə Birinci və İkinci liqaların oyunlarına üç hakim təyin olunacaq

Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib

Bakcell eşitmə qüsurlu əlillər arasında futzal turnirinə dəstək verib

AFFA İntizam Komitəsi 2 futzalçını 10 oyunluq cəzalandırıb

“Bakcell”in dəstəyi ilə futzal turniri təşkil edilib (FOTO)

Futzal üzrə FIFA hakimi Hikmət Qafarlı yeni təyinat alıb

Futzal üzrə Azərbaycan millisi reytinq cədvəlindəki mövqeyini qoruyub

Milli Mətbuat Gününə həsr olunmuş futzal üzrə yoldaşlıq görüşü keçirilib

İdman jurnalistləri və güləşçilər arasında futzal üzrə yoldaşlıq görüşü keçiriləcək

Azərbaycan Futzal Federasiyasının prezidenti AFFA İcraiyyə Komitəsinə üzv seçilib

Eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Payız turniri” keçiriləcək

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib

Bakıda futzal üzrə respublika birinciliyinin final mərhələsi keçirilib

DGK-nın qurumları arasında keçirilən futzal yarışının qalibi müəyyənləşib

Bakıda futzal üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib

Futzal üzrə Avropa çempionatında millimiz Çexiya yığmasına qalib gəlib

BDU tələbələri futzal üzrə Respublika çempionu olub

Azərbaycanlı hakim futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsinə təyinat alıb

26 Noyabr 2020, 11:30 (GMT +4)
Beyləqanda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

26 Noyabr 2020, 11:24 (GMT +4)
Dünyada COVID-19-dan sağalanların sayı 42 milyonu keçib

26 Noyabr 2020, 11:15 (GMT +4)
Şamaxıda COVID-19 xəstələri barəsində cinayət işi başlanılıb

26 Noyabr 2020, 11:00 (GMT +4)
Azərbaycan nefti bahalaşmaqda davam edir

26 Noyabr 2020, 10:45 (GMT +4)
AMB: Azərbaycan manatının effektiv məzənnələri artıb

26 Noyabr 2020, 10:41 (GMT +4)
Fransada məhkəmə polis zorakılığında hökuməti təqsirləndirib

26 Noyabr 2020, 10:31 (GMT +4)
Səudiyyə Ərəbistanı sahilində bir neft tankeri partlayışa məruz qalıb

26 Noyabr 2020, 10:30 (GMT +4)
AFFA türkiyəli futbolçular üçün TFF ilə danışıqlar aparır

26 Noyabr 2020, 10:15 (GMT +4)
Cəbhəyanı ərazilərdə onlarla tank və piyada əleyhinə mina, bombacıqlar aşkarlanıb

26 Noyabr 2020, 10:00 (GMT +4)
Azərbaycan XİN: Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur

26 Noyabr 2020, 09:49 (GMT +4)
İran bir İsrail «cəsusu» qarşılığında üç vətəndaşını azad etdiyini bildirib

26 Noyabr 2020, 09:47 (GMT +4)
Maradonnanın oğlu reanimasiyaya düşüb

26 Noyabr 2020, 09:45 (GMT +4)
Bu gün Milli Məclisin iclası keçiriləcək

26 Noyabr 2020, 09:30 (GMT +4)
Xocavənd rayonunun Tsakuri kəndi Hünərli kəndi adlandırılıb

26 Noyabr 2020, 09:18 (GMT +4)
Tramp seçkilərdə qazandığını açıqlayıb

26 Noyabr 2020, 09:15 (GMT +4)
Hikmət Hacıyev: Fransa Senatının qətnaməsi kağız parçasından başqa bir şey deyil

26 Noyabr 2020, 09:00 (GMT +4)
MN işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb (VİDEO)

26 Noyabr 2020, 08:50 (GMT +4)
Azərbaycanın xarici işlər naziri iranlı həmkarına təşəkkür edib

25 Noyabr 2020, 22:17 (GMT +4)
Fransa Senatı “Dağlıq Qarabağ”ı tanımağa çağıran qərarı qəbul edib

25 Noyabr 2020, 21:48 (GMT +4)
Dieqo Armando Maradona dünyasını dəyişib

25 Noyabr 2020, 18:05 (GMT +4)
Çempionlar Liqasında 1/8 finala ilk 4 vəsiqənin sahibi bilinib

25 Noyabr 2020, 18:05 (GMT +4)
Cavid Qurbanov Kəlbəcər rayonunun azad olunması münasibətilə kəlbəcərliləri təbrik edib

25 Noyabr 2020, 18:03 (GMT +4)
ƏƏSMN müharibədə yaralanmış Elçin Səmədovun ailəsinə ev tikilməsini öhdəsinə götürüb

25 Noyabr 2020, 17:53 (GMT +4)
BNA: Paytaxtda bəzi yerlərdə parklanmanın pulsuz olması tıxaca səbəb olur

25 Noyabr 2020, 17:43 (GMT +4)
Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandırılıb

25 Noyabr 2020, 17:25 (GMT +4)
Azərbaycanın azad edilmiş ərazilərindəki aeroportlar ICAO reyestrinə daxil ediləcək

25 Noyabr 2020, 17:09 (GMT +4)
Vəkillər Kollegiyasının onlarla əməkdaşı koronavirusa yoluxub

25 Noyabr 2020, 16:55 (GMT +4)
Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan və Şuşada qələbə tədbirləri keçirilib

25 Noyabr 2020, 16:48 (GMT +4)
BƏƏ Türkiyə və İran da daxil olmaqla 13 ölkənin vətəndaşlarına viza verməyi dayandırıb

25 Noyabr 2020, 16:40 (GMT +4)
Astarada çayda batan şəxsin meyiti tapılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66