İraq hökuməti İŞİD üzvlərinin 248 övladını Azərbaycana təhvil verdiyini bildirib13 Mart 2020, 11:40 (GMT +4) Bakı, 13 mart, SalamNews, B.Samid. İraq hökuməti ölkədə həbs edilən və ya öldürülən İŞİD üzvlərinin 248 övladını Azərbaycan hökumətinə təhvil verdiyini açıqlayıb.
SalamNews xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd əs-Səhaf rəsmi twitter səhifəsində məlumat verib.
İraq rəsmisi, bəyan edib ki, son günlərdə İŞİD üzvlərinin 940 övladının öz ölkələrinə göndərilməsi həyata keçirilib ki, onlardan 248-i azərbaycanlı olub.
Ə.s-Səhafın sözlərinə görə prosesə, İraq rəsmi qurumları ilə yanaşı Azərbaycanın İraqdakı səfirliyinin nümayəndələri də nəzarət ediblər.
Məlumata görə İŞİD üzvlərinin övladlarının Azərbaycana təhvil verilməsi iki mərhələdə həyata keçirilib.
Qeyd edək ki, İraq XİN-in Mətbuat Xidməti ötən həftə belə bir prosesin həyata keçiriləcəyi haqda açıqlama vermişdi.
|