Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN Azərbaycan vətəndaşlarına xəbərdalıq edib

15 Mart 2020, 18:49 (GMT +4)

Bakı, 15 mart, SalamNews. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına xəbərdarlıq edib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, xəbərdarlıqda deyilir: Dünyada COVİD-19 infeksiyasının geniş yayıldığını və qlobal müstəvidə bu xüsusda təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, o cümlədən bəzi ölkələrdə fövqəladə vəziyyətin elan olunduğunu diqqətə alaraq, Azərbaycan vətəndaşlarından xarici səfərlərdən çəkinmələrini və yalnız ciddi zərurət olduğu halda bu səfərləri həyata keçirmələrini ciddi şəkildə tövsiyə edirik.

Vətəndaşlarımızdan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu xüsusda yaydığı məlumatları ilə tanış olmalarını və ÜST-ün yeni koronavirustan qorunmaq üçün tövsiyələrinə əməl etmələrini xahiş edirik.

https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/advice-for-public.

Hazırda Azərbaycan hökuməti tərəfindən COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ciddi tədbirlər görülür və istər Azərbaycan, istərsə də xarici ölkələrdəki bütün vətəndaşlarımızın sağlamlığının təmin edilməsi məqsədilə görülən bu tədbirlər barədə məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən mütəmadi şəkildə yayılır.

Xarici ölkələrdəki vətəndaşlarımızdan hazırda olduqları ölkələrin COVİD-19 virusu ilə əlaqədar müəyyən etdikləri karantin qaydalarına riayət etmələri, bu ölkələrdəki Azərbaycan Respublikasının Səfirlik və Konsulluqlarının yaydığı məlumatları izləmələrini və üzləşdikləri hər hansı problemlə bağlı diplomatik nümayəndəliklərimiz ilə əlaqə saxlamalarını xahiş edirik. Diplomatik nümayəndəliklərimiz tərəfindən bu xüsusda "qaynar xət"lər fəaliyyət göstərir. Vətəndaşlarımız, həmçinin müraciətlərini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin workinggroup@mfa.gov.az elektron ünvanına göndərə bilər.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

COVİD-19 infeksiyasının yayılma təhlükəsi ilə əlaqədar, Azərbaycan Respublikasının bəzi ölkələr ilə hava və quru yolları ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırılmışdır. Bu xüsusda, xarici ölkələrdəki və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlarımızın ölkəyə geri qayıtmaq mexanizmləri barədə məlumatlar əlavə olaraq vətəndaşlarımızın diqqətinə çatdırılacaqdır. COVİD-19 infeksiyasının yayıldığı ölkələrdən geri qayıdan vətəndaşlarımız müayinədən keçiriləcəklər və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaqlar.

Üzləşdiyimiz çətinliklər müvəqqəti xarakter daşıyır və onların öhdəsindən gəlmək üçün hər birimizin səfərbər olması və müəyyən olunan qaydalara əməl etməsi zəruridir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

XİN: Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilərin” keçirilməsi heç bir hüquqi qüvvəyə malik deyil

Türkiyə işğal altında olan Dağlıq Qarabağdakı qondama seçkiləri tanımır - XİN

XİN Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Nazirlər Kabineti: İnsanlar yalnız yaxın market və apteklərə gedə bilər

Operativ Qərargah: Koronavirusa görə 30 minə yaxın insanda test aparılıb

Nəqliyyat axınına müsbət təsir edən yol yenidən qurulub

Husilər Səudiyyəyə maraqlı təklif veriblər: HƏMAS üzvlərini buraxın zabitlərinizi azad edək (VİDEO)

Nazirlik Lerikdə 30-a yaxın ağacın kəsildiyini aşkar edib

İranlı gənc ruhanilər Avropada yaşlı insanlara kömək məqsədilə ezam olunmaq üçün XİN-ə müraciət ediblər

Azərbaycan XİN Yunanıstanın Müstəqillik Gününü təbrik edib

XİN: Həmvətənlərimiz olduqları ölkənin karantin qaydalarına əməl etsinlər

Fransanın XİN rəhbəri: ABŞ İran sanksiyalarının ləğvinə ehtiyac var

İspaniyada sutka ərzində 500-ə yaxın insan koronavirusdan ölüb 

Cənubi Koreyada koronavirusa yoluxmuşların sayı 9 minə yaxınlaşıb

Azərbaycan XİN Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

“Azərsun Holdinq”: Ölkədə qida təminatı ilə bağlı sıxıntı olmayacaq (FOTO)

Putin 22 aprel tarixini Konstitusiya dəyişikliyinə dair səsvermə günü təyin edib 

İran ABŞ mənafeyini təmsil edən İsveçrə səfirini XİN-ə çağırıb

İraq hökuməti ABŞ və Britaniya səfirlərini XİN-ə çağırıb

Çin XİN Uxana koronavirusun ABŞ-ın gətirdiyini istisna etməyib

31 Mart 2020, 23:15 (GMT +4)
Mais Ağayev: Hazırda müharibənin açıq şəkildə getdiyini düşünmək lazımdır

31 Mart 2020, 18:01 (GMT +4)
AzTU tərəfindən daha 3000 manat ianə edilib

31 Mart 2020, 17:56 (GMT +4)
Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

31 Mart 2020, 17:51 (GMT +4)
Azərbaycanla Rusiya arasında hava uçuşları və dəmiryol daşımaları dayandırılıb

31 Mart 2020, 17:48 (GMT +4)
Kreml Putin və Tramp arasında koronavirusla bağlı danışıqları konstruktiv adlandırıb

31 Mart 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanı husiləri danışıqlar üçün ər-Riyada dəvət edib

31 Mart 2020, 17:29 (GMT +4)
BŞBPİ paytaxt sakinlərinə müraciət edib

31 Mart 2020, 17:10 (GMT +4)
Qazaxıstan Rusiyadan yanacaq idxalına müvəqqəti olaraq qadağa qoyur

31 Mart 2020, 17:00 (GMT +4)
“Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilib

31 Mart 2020, 16:50 (GMT +4)
Lukaşenko prezident seçkilərini təxirə salmaq üçün səbəb olmadığını bildirib

31 Mart 2020, 16:48 (GMT +4)
Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq

31 Mart 2020, 16:45 (GMT +4)
Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın müddəti uzadılıb

31 Mart 2020, 16:40 (GMT +4)
Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlanıb

31 Mart 2020, 16:30 (GMT +4)
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

31 Mart 2020, 16:23 (GMT +4)
Operativ Qərargah: 4602 nəfər karantinə alınıb

31 Mart 2020, 16:20 (GMT +4)
İraqda ABŞ qüvvələrinin olduğu qərargaha iki raket atılıb, havadan müdafiə cavab verib

31 Mart 2020, 16:15 (GMT +4)
BANM nüfuzlu qlobal distant təhsil proqramının lisenziyasını əldə edib

31 Mart 2020, 16:13 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 298-ə çatıb, 5 nəfər vəfat edib

31 Mart 2020, 16:12 (GMT +4)
İndoneziya xaricilər üçün ölkəyə girişi bağlayır

31 Mart 2020, 15:56 (GMT +4)
Rusiyada əcnəbilərin vizası 90 gün müddətinə uzadılacaq

31 Mart 2020, 15:54 (GMT +4)
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib

31 Mart 2020, 15:45 (GMT +4)
Operativ Qərargah xarici ölkələrin Azərbaycandakı diplomatlarına müraciət edib

31 Mart 2020, 15:42 (GMT +4)
Rusiyada son sutka ərzində 500 koronavirusa yoluxma halı qeydə alınıb

31 Mart 2020, 15:42 (GMT +4)
Gənclər və İdman Nazirliyi gənclərə çağırış edib

31 Mart 2020, 15:39 (GMT +4)
Operativ Qərargah: Azərbaycanda koronvirusa yoluxma dinamikası gündəlik artmaqdadır

31 Mart 2020, 15:36 (GMT +4)
Koronavirusa görə İsrail polisi ilə radikal yəhudi qrupları arasında qarşıdurma baş verib (VİDEO)

31 Mart 2020, 15:18 (GMT +4)
Banklar xüsusi rejim dövründə fəaliyyət göstərəcək

31 Mart 2020, 14:55 (GMT +4)
AB Azərbaycanın işğal olunmuş ərazilərindəki "seçki"ləri tanımır

31 Mart 2020, 14:46 (GMT +4)
XİN: Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilərin” keçirilməsi heç bir hüquqi qüvvəyə malik deyil

31 Mart 2020, 14:35 (GMT +4)
"Azərkosmos” xüsusi gücləndirilmiş iş rejimində keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66