"Apple" Çindən kənarda yerləşən mağazalarını bağlayır14 Mart 2020, 15:43 (GMT +4) Bakı, 14 mart, SalamNews. ABŞ-da fəaliyyət göstərən "Apple" koronavirusun yayılmasının qarşısını almaq tədbiləri çərçivəsində iki həftəlik müddətə Çindən kənarda yerləşən pərakəndə satış mağazalarını bağlayır.
SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə "Apple" şirkətinin direktoru Tim Kuk məlumat verib.
Bundan əvvəl şirkət, Çində koronavirusun yayılması səbəbiylə mağazaların müvəqqəti bağlanması barədə məlumat vermişdi.
"Hazırda Çində (ÇXR daxilində) mağazalarımızın hamısı artıq açıqdır. Xəstəliyin artması digər yerlərdə böyüməyə davam etdiyi üçün komandamızın üzvlərini, həm də müştərilərimizi qorumaq üçün əlavə tədbirlər görürük. Xaricdəki bütün pərakəndə mağazalarımızı bağlayacağıq. Martın 27-dək bağlı olacaq", açıqlamada deyilir.
|