Bakıda 1935-ci ildə tikilən körpü sökülüb (FOTOLAR)15 Mart 2020, 19:30 (GMT +4) Bakı, 15 mart, SalamNews. Bakının Nəsimi rayonu, Mehdi Mehdizadə və 28 May küçələrinin kəsişməsində yerləşən mövcud dəmir yolu körpüsü sökülüb.
SalamNews Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu səbəbdən avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçələrin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsində məhdudlaşdırılıb.
Məhdudlaşma bu gün səhər saatlarından tətbiq olunub və söküntü işləri bitənədək qüvvədə olacaq.
Qeyd edək ki, 1935-ci ildə tikilən körpü sonuncu dəfə 1978-ci ildə əsaslı təmir olunub.
|