Azərbaycan nefti ucuzlaşıb16 Mart 2020, 09:51 (GMT +4) Bakı, 16 mart, SalamNews.Ötən həftə ərzində (9-13 mart) dünya bazarında "Azeri Light" (CIF) markalı neft 33,8%-ə yaxın ucuzlaşıb.
SalamNews-un məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 17,83 ABŞ dolları və ya 33,8% azalaraq orta hesabla 34,92 dollara bərabər olub.
Həftə ərzində ən yüksək göstərici – 36,62 dollar təşkil edib, ən minimal göstərici isə 32,35 dollara bərabər olub.
|