Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Müdafiə naziri Lələtəpə istiqamətindəki döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb

17 Mart 2020, 10:28 (GMT +4)

Bakı, 17 mart, SalamNews.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdən birində olublar.

Bu barədə SalamNews-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıqdan sonra zirehli döyüş texnikası üçün saxlanclara, avtoparka, zabit və əsgər yataqxanalarına, qazanxana, camaşırxana, tibb məntəqəsi, ərzaq və əşya anbarları, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirilib.

Müdafiə nazirinin əmri ilə döyüş texnikasının təlim-həyəcan siqnalı ilə əraziyə çıxarılması tapşırığı uğurla icra olunub.

Qoşunların təmas xəttindəki əməliyyat şəraiti barədə məruzələri dinlədikdən və bölmələrdəki vəziyyətlə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov və general-polkovnik M.Əliyev üzbəüz yerləşən düşmən mövqelərini müşahidə ediblər. Müdafiə naziri bölmələrin daim döyüşə hazır vəziyyətdə olması barədə müvafiq tapşırıqlar verib.

Sonra Horadiz şəhərində yerləşən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.

Ön xətdə olan Müdafiə naziri Lələtəpə istiqamətindəki döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Şəxsi heyətlə görüş zamanı Ali Baş Komandanın rəhbərliyi altında aparılan genişmiqyaslı hərbi islahatlar, həmçinin hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması barədə danışan general-polkovnik M.Əliyev bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Sonda Novruz bayramı münasibətilə Ali Baş Komandanın təbrikləri şəxsi heyətə çatdırılıb, ön xətdə xidmət edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim olunub və onlarla bayram süfrəsi arxasında söhbət aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət Sərhəd Xidməti Ermənistan Müdafiə Nazirliyinə cavab verib

Müdafiə Nazirliyi: Azərbaycan tərəfin atəşkəsi pozması barədə yayılan məlumat yalandır

Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanıb

Müdafiə Nazirliyi müddətli hərbi qulluqçuların nə vaxt tərxis olunacağını açıqlayıb

Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Müdafiə Nazirliyi vətəndaş qəbulunu dayandırıb

Rusiya Müdafiə Nazirliyi İdlibdə onlarla Türkiyə əsgərinin həlak olmasına münasibət bildirib

Ukrayna Müdafiə Nazirliyinin mütəxəssisləri İrana yola düşüb

Türkiyə Gürcüstan Müdafiə Nazirliyinə 17 milyon dollar ayıracaq

Müdafiə Nazirliyində yeni təyinatlar olub

Müdafiə Nazirliyi: “Ermənistan tərəfinin yaydığı məlumat əsassızdır”

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək

Rusiya Müdafiə Nazirliyi S-400 kompleksini alıb

Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib

Azərbaycan Müdafiə Nazirliyi Pakistan tərəfinə başsağlığı verib

Müdafiə Nazirliyi: Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir (FOTOLAR)

Müdafiə Nazirliyi: Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırılıb

Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb

Müdafiə Nazirliyi: ABŞ indiyədək Azərbaycana heç bir silah satmayıb

Türkiyə Müdafiə Nazirliyi  S-400 üçün yer axtarmağa başlayıb

06 İyun 2020, 21:10 (GMT +4)
Neftçalada su peroblemi ilə bağlı tədbirlər həyata keçirilib (FOTOLAR)

06 İyun 2020, 19:45 (GMT +4)
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb

06 İyun 2020, 19:08 (GMT +4)
Deputat: Avropanın qarşısında duran bir sıra vəzifələr yeni bir yanaşma tələb edir

06 İyun 2020, 18:53 (GMT +4)
MOK: "Maklarenin hesabatı"nda Azərbaycanla bağlı iddialar əsassız və qərəzlidir

06 İyun 2020, 17:00 (GMT +4)
Mərkəzi Bank depozit hərracı keçirəcək

06 İyun 2020, 16:58 (GMT +4)
Tramp Almaniyadakı ABŞ qüvvələrindən 9500 hərbçinin çıxarılması göstərişini verib

06 İyun 2020, 16:50 (GMT +4)
DİM ali məktəblərə sənəd verənlərin sayını açıqlayıb

06 İyun 2020, 16:47 (GMT +4)
Karantin günlərində Bakı - FOTOLENT

06 İyun 2020, 16:35 (GMT +4)
Rusiya Qələbə Paradında NATO-nun mümkün təxribatını istisna etmir

06 İyun 2020, 16:20 (GMT +4)
İki rayonda qanunsuz qaz qoşulmaları aşkarlanıb

06 İyun 2020, 16:03 (GMT +4)
Suriyanın şimal-şərqində partlayış nəticəsində 8 mülki şəxs həlak olub

06 İyun 2020, 16:00 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxan analardan doğulan körpələrdə virus aşkarlanmayıb

06 İyun 2020, 15:58 (GMT +4)
Gürcüstanda daha 3 nəfər koronavirusa yoluxub

06 İyun 2020, 15:30 (GMT +4)
Xaçmazda həyətində çətənə becərən şəxs saxlanılıb

06 İyun 2020, 15:27 (GMT +4)
Versal sarayı karantin bitdikdən sonra açılıb

06 İyun 2020, 15:05 (GMT +4)
General Haftar ordusunun Liviyada geriləməsindən sonra Misirə gedib

06 İyun 2020, 15:00 (GMT +4)
DİN 7,3 ton narkotiki məhv edib

06 İyun 2020, 14:48 (GMT +4)
ABŞ diplomatik obyektləri Rusiyaya qaytarmaqdan imtina edib

06 İyun 2020, 14:32 (GMT +4)
"Dərs vaxtı"nın iyunun 8-nə olan cədvəli açıqlayıb

06 İyun 2020, 14:27 (GMT +4)
G20 ölkələri COVID-19 ilə mübarizə üçün 20 milyard dollardan çox vəsait ayıracaq

06 İyun 2020, 14:11 (GMT +4)
İranda son sutkada 75 nəfər koronavirusdan vəfat edib

06 İyun 2020, 14:03 (GMT +4)
Sabah Azərbaycanda 37 dərəcə isti gözlənilir

06 İyun 2020, 13:54 (GMT +4)
Azərbaycanda aparılan taxıl biçini ilə bağlı son statistika açıqlanıb

06 İyun 2020, 13:45 (GMT +4)
BANM Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarını onlayn keçirir

06 İyun 2020, 13:45 (GMT +4)
Braziliya ÜST-ü tərk etməyə hazırdır

06 İyun 2020, 13:29 (GMT +4)
Liviyaya silah idxalının qadağası müddəti daha bir il artırılıb

06 İyun 2020, 13:28 (GMT +4)
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

06 İyun 2020, 13:26 (GMT +4)
Trüdo ABŞ-dakı etirazçılarla həmrəylik üçün diz çöküb

06 İyun 2020, 13:10 (GMT +4)
Azərbaycanda 6 871 müəllim iş yerini dəyişmək istəyir

06 İyun 2020, 12:51 (GMT +4)
Rusiyada son sutkada 8 mindən çox insan COVID-19-a yoluxub 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66