Rusiya ABŞ-ı İrana qarşı sanksiyaları koronavirus səbəbiylə ləğv etməyə çağırır17 Mart 2020, 09:58 (GMT +4) Bakı, 17 mart, SalamNews. ABŞ İranın koronavirusla mübarizəsini bilərəkdən əngəlləyir,Moskva Vaşinqtonu İrana tətbiq edilən sanksiyalarını dərhal ləğv etməyə çağırır.
SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyində məlumat verilib.
Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
"COVID-19 virusunun yaratdığı pandemiyanın artması ilə əlaqədar gələn xəbərlər fonunda, İran İslam Respublikasının - bizim yaxşı qonşumuz və tərəfdaşımızın düşdüyü haqsız vəziyyətdən danışmaya bilmərik.
|