"Brent" markalı neftin qiyməti 28 dollardan aşağı düşüb18 Mart 2020, 15:10 (GMT +4) Bakı, 18 mart, SalamNews. "Brent" markalı neftin qiyməti 10 yanvar 2016-cı ildən bəri ilk dəfə olaraq 28 dollardan aşağı düşüb.
SalamNews -un məlumatına görə, may fyuçerslərinin qiyməti 2,44 faiz azalaraq 27,98 dollar təşkil edib.
Martın 17-də hərrac zamanı "Brent" markalı neftin barrelinin qiyməti 29 dollardan aşağı düşüb.
|