Rusiya Böyük Britaniya, ABŞ və BƏƏ-yə uçuşları məhdudlaşdırır18 Mart 2020, 17:18 (GMT +4) Bakı, 18 mart, SalamNews. Rusiyanın Baş naziri Mixail Mişustin 20 mart tarixindən etibarən İngiltərə, ABŞ və BƏƏ-yə uçuşlarda müvəqqəti məhdudiyyətlərin tətbiqinə dair təlimat verib.
SalamNews bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 26 bölgədə 114 nəfərə çatıb. Rusiya hökuməti koronavirusun yoxlanması üçün bölgələrə 427 min test-sistem göndərib.
Yoluxmuşlardan 104-ü xaricdən gələnlərdir, 10-u Rusiya Federasiyasının ərazisində yoluxub.
|