Rusiyada dollar bahalaşıb18 Mart 2020, 17:43 (GMT +4) Bakı, 18 mart, SalamNews. Rusiyada 18 martda keçirilən hərracda rublun məzənnəsi dollar və avroya nisbətdə kəskin şəkildə aşağı düşüb.
SalamNews "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu, qlobal iqtisadiyyatın vəziyyəti ilə əlaqədar olaraq investorların riskli aktivlərdən imtina etməsi və neftin düşməsi fonunda baş verib.
Beləliklə, dolların məzənnəsi 12 fevral 2016-cı ildən bəri ilk dəfə olaraq 79 rubl səviyyəsini üstələyib.
Avro 1,1 rubl bahalaşaraq 84 rubla yüksəlib.
|