Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev: Fövqəladə vəziyyət də elan oluna bilər

19 Mart 2020, 14:28 (GMT +4)

Bakı, 19 mart, SalamNews. "Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək".

SalamNews-un xəbərinə görə, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edən zaman deyib.

"Təəssüflər ki, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur. Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər. Hər kəs bunu bilsin. Bizim siyasətimiz birmənalıdır, bizim iradəmiz qətidir. Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın.

Əziz həmvətənlər, bacılar və qardaşlar, dünya yeni dövrə qədəm qoyur. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq", - dövlət başçısı əlavə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

Həsən Ruhani Prezident İlham Əliyevə məktub göndərib

Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir

Prezident İlham Əliyev Salome Zurabişvilini təbrik edib

Vladimir Putin prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyevlə “Signify”nin rəhbərləri arasında videokonfrans keçirilib

Prezident İlham Əliyev DTX ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev DOST mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev: “Koronavirusun ikinci dalğası baş verdiyi halda Azərbaycanda kifayət qədər əlavə çarpayı mövcuddur”

ÜST-nin Baş direktoru prezident İlham Əliyevə məktub ünvanlayıb

Prezident İlham Əliyev Sumqayıtda tibbi maska fabrikinin açılışında iştirak edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndərin doğum günü münasibətilə ağac əkiblər

Prezident İlham Əliyev və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər

Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib

Prezident İlham Əliyev: Rusiya-Azərbaycan münasibətlərinin çox möhkəm təməli qoyulub

Prezident İlham Əliyev: Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verib

29 May 2020, 22:05 (GMT +4)
Deputat: Yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir

29 May 2020, 18:14 (GMT +4)
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

29 May 2020, 17:55 (GMT +4)
Mayın 31-dən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

29 May 2020, 17:54 (GMT +4)
Azərbaycanda bəzi qadağalar qüvvədə qalacaq - Siyahı

29 May 2020, 17:50 (GMT +4)
Restoran, kafe və çay evlərində xidmət saatları artırılır

29 May 2020, 17:46 (GMT +4)
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib

29 May 2020, 17:15 (GMT +4)
Xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

29 May 2020, 17:10 (GMT +4)
Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunur

29 May 2020, 17:01 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

29 May 2020, 17:00 (GMT +4)
Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

29 May 2020, 16:50 (GMT +4)
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlanıb

29 May 2020, 16:40 (GMT +4)
Trampla Twitter-in qarşıdurması qızışıb – Prezidentin son paylaşımı məhdudlaşdırılıb

29 May 2020, 16:37 (GMT +4)
Nazirlər Kabineti: Maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq

29 May 2020, 16:30 (GMT +4)
Azərbaycanda dayanacaqlarda maskadan istifadə məcburi oldu

29 May 2020, 16:25 (GMT +4)
Qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı açıqlanıb

29 May 2020, 16:20 (GMT +4)
COVID-19 infeksiyasına qarşı mübarizədə ictimai nəzarət sistemi yaradılıb

29 May 2020, 16:08 (GMT +4)
Netanyahu Fələstin ərazilərinin İsrailə əlavə edilməsinin zamanını açıqlayıb

29 May 2020, 16:07 (GMT +4)
Azərbaycan dövlət sərhədinin bağlanması müddəti uzadılır

29 May 2020, 15:57 (GMT +4)
Kim Çen In Azərbaycan Prezidentini təbrik edib

29 May 2020, 15:40 (GMT +4)
“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirilib (FOTO)

29 May 2020, 15:36 (GMT +4)
İradə İbrahimova: Ağac kəsənlər cəmiyyət qarşısında utansınlar

29 May 2020, 15:17 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı azalır, yoluxanlar sürətlə artır

29 May 2020, 15:15 (GMT +4)
Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

29 May 2020, 15:01 (GMT +4)
Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb

29 May 2020, 14:45 (GMT +4)
Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini tutulub

29 May 2020, 14:30 (GMT +4)
Kolleclərə 47 734 nəfər sənəd verib

29 May 2020, 14:20 (GMT +4)
Sabirabad sakinindən 4 kq-a yaxın narkotik götürülüb

29 May 2020, 14:01 (GMT +4)
ADU tələbə qəbulu elan edib

29 May 2020, 13:38 (GMT +4)
Tramp Minnesotada gərginliyin davam edəcəyi təqdirdə «iğtişaşçılar»a atəş açılacağını deyib  (VİDEO)

29 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66