ABŞ-da prezidentliyə namizəd İrana qarşı sanksiyaların dayandırılmasını istəyib19 Mart 2020, 12:36 (GMT +4) Bakı, 19 mart, SalamNews, B.Samid. “İrana qarşı sanksiyalar, koronavirusla mübarizədə maneə yaradır. Onlar dayandırılmalıdır.”
SalamNews xəbər verir ki, bunu ABŞ-ın Vermont ştatından senator, demokratların prezident seçkilərində əsas və möhtəməl namizədlərindən biri Berni Sanders rəsmi twıtter səhifəsində yazıb.
Berni Sanders koronavirusa qarşı mübarizə fonunda İrana tətbiq edilən sanksiyaları qınayıb və bu sanksiyaların dayandırılmasını istəyib:
O yazıb:
“İran, dünyada epidemiya olmuş koronavirusla mübarizədə çətin günlərini yaşayır. Amerikanın sanksiyaları bu məsələdə böhranın həllinə heç bir kömək edə bilməz. Əgər biz ürək yandıran olacağıqsa gərək, İranın koronavirusa qarşı mübarizəsini zəiflədən hər bir sanksiyanı, o cümlədən maliyyə məsələlərilə bağlı sanksiyaları ləğv edək."
|