Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda dörd İşçi Qrup yaradılır

20 Mart 2020, 11:35 (GMT +4)

Bakı, 20 mart, SalamNews. Prezident İlham Əliyevin koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamına əsasən dörd İşçi Qrup yaradılır.

SalamNews xəbər verir ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılacaq İşçi Qrup pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etməli, pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb, eləcə də mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edib Nazirlər Kabinetinə təqdim etməlidir.

Maliyyə nazirinin rəhbərliyi ilə yaradılacaq İşçi Qrupa tapşırılır ki, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinə, sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlasın və Nazirlər Kabinetinə təqdim etsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılacaq İşçi Qrup pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi, yaxın və orta müddətdə məşğulluq tədbirlərinin gücləndirilməsi, bu Sərəncamda qeyd olunan problemlərlə əlaqədar ölkə əhalisinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.

Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə yaradılacaq İşçi Qrupa isə pandemiyanın Azərbaycanın bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsinin həyata keçirilməsi, Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həyata keçirilməli əlavə tədbirlərə dair təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Çin koronavirus epidemiyasının sona çatdığını açıqlayıb

Azərbaycanda daha 27 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirusa görə 25 mindən artıq test edilib

Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Rusiyada gün ərzində 228 yeni koronavirusa yoluxma qeydə alınıb

İspaniyada son sutkada koronavirusdan 832 nəfər həyatını itirib

Ukraynada koronavirusa yoluxanların sayı 311-ə çatıb

ABŞ Suriya-İordaniya sərhədində koronavirus adı ilə silahlı birləşmələrə hərbi yardım göndərir – Rusiya

ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar ayırıb

İranda 35 min koronavirus xəstəsindən 11, 679-u sağalıb

Rusiyada koronavirus şübhəsi ilə 166 min nəfər nəzarət altında saxlanılır

İran koronavirusla mübarizə məqsədilə ölkə büdcəsinin 20 faizi miqdarında pul ayırıb

ABŞ-da koronavirusa yoluxmuşların sayı 100 mini keçib

Çin Azərbaycana koronavirusla mübarizə üçün yardım təklif edib

ABŞ koronavirusla mübarizə üçün Ermənistana 1,1 milyon dollar yardım edəcək

ABŞ koronavirusla bağlı tələblərə baxmayaraq İranın dondurulmuş hesablarını açmaqdan imtina edib

Cəlilabad rayon İcra başçısının müavini koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Rusiya hərbçiləri İtaliyada koronavirusla mübarizəyə davam edir

Türkiyə koronavirusa görə xarici ölkələrlə uçuşlarını dayandırıb

Azercell koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb

29 Mart 2020, 21:10 (GMT +4)
Şaban ayının beşi imam Səccadın (ə) mövlududur

29 Mart 2020, 21:00 (GMT +4)
ƏƏSMN vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib

29 Mart 2020, 20:25 (GMT +4)
KOBİA əl dezinfeksiya edici vasitə istehsalına dəstək göstərib

29 Mart 2020, 20:10 (GMT +4)
Qüdrət Nuriyev: Xalqımız bu sınaqdan da üzüağ çıxacaq

29 Mart 2020, 19:45 (GMT +4)
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı "Evdə qal" kampaniyasına qoşulur (FOTO)

29 Mart 2020, 18:15 (GMT +4)
Çin koronavirus epidemiyasının sona çatdığını açıqlayıb

29 Mart 2020, 17:33 (GMT +4)
Azərbaycanda daha 27 nəfər koronavirusa yoluxub

29 Mart 2020, 16:51 (GMT +4)
Bakıda avtobus tuneldə idarəetmədən çıxaraq yol qəzası törədib (FOTO)

29 Mart 2020, 16:20 (GMT +4)
Nazirlik: Bakıda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib

29 Mart 2020, 16:00 (GMT +4)
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur

29 Mart 2020, 15:45 (GMT +4)
Səbail rayon icra başçısı şəxsən özü sakinlərə çağırış edib (FOTO, VİDEO)

29 Mart 2020, 11:30 (GMT +4)
Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib

29 Mart 2020, 11:00 (GMT +4)
Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb

29 Mart 2020, 10:58 (GMT +4)
Seyid Camal Əzimbəyli: Operativ Qərargahın tətbiq etdiyi qaydaları yerinə yetirməliyik

29 Mart 2020, 10:45 (GMT +4)
İsmayıllı sakinindən silah götürülüb

29 Mart 2020, 09:02 (GMT +4)
Bu gündən Bakı metrosu sutkada 5 saat işləyəcək

29 Mart 2020, 08:25 (GMT +4)
Bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib

28 Mart 2020, 21:30 (GMT +4)
İlham Əliyev: Dövlət bütün xərcləri öz üzərinə götürüb

28 Mart 2020, 20:50 (GMT +4)
Prezident: Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!

28 Mart 2020, 20:40 (GMT +4)
Prezident: Karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır

28 Mart 2020, 20:30 (GMT +4)
Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda dezinfeksiya işləri aparılıb

28 Mart 2020, 20:01 (GMT +4)
ƏƏSMN: Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

28 Mart 2020, 19:50 (GMT +4)
Azərbaycanda koronavirusa görə 25 mindən artıq test edilib

28 Mart 2020, 19:44 (GMT +4)
Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

28 Mart 2020, 19:12 (GMT +4)
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır

28 Mart 2020, 18:51 (GMT +4)
Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür

28 Mart 2020, 18:45 (GMT +4)
Məktəblilərin gündəlik gigiyenik tələbləri (VİDEO)

28 Mart 2020, 17:40 (GMT +4)
Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

28 Mart 2020, 17:36 (GMT +4)
Nazirlik: Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66