Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanın dövlət sərhədini pozan iki İran vətəndaşı zərərsizləşdirilib

20 Mart 2020, 17:17 (GMT +4)

Bakı, 20 mart, SalamNews. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

DSX-nın Mətbuat Mərkəzindən SalamNews-a bildirilib ki, martın 19-da saat 22:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə olunub. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olunub və hər 2 sərhəd pozucusu zərərsizləşdirilib. Sərhəd pozucularının birinin üzərində “Vinçester” tipli tüfəng, digərinin üzərində “Glock” markalı tapança və bir ədəd gecə görmə cihazı, ərazidə patron gilizləri aşkar olunub. Hadisə yerində 2 ədəd böyük kisədə ümumi çəkisi təqribən 61 kiloqram olan əsasən heroin, tiryək və marixuanadan ibarət olan narkotik vasitələr aşkar olunub. Hadisə yerinin yaxınlığında Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakini 1972-ci il təvəllüdlü Miriyev Nicat Sabir oğlu ve 2-ci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Məmmədov Elşən Əli oğlu şübhəli şəxs qismində saxlanılıb.

İranın sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd pozucularının qonşu ölkə vətəndaşları olmaları müəyyən edilib.

Martın 20-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev həmin sərhəd zastavasında olaraq hadisə yerinə baxış keçirib, dövlət sərhədinin mühafizəsinin təşkili üzrə əlavə tapşırıqlar verib, silahlı sərhəd pozucularının zərərsizləşdirilməsində və narkotik qaçaqmalçılığının qarşısının alınmasında fərqlənmiş hərbi qulluqçuları təltif edib. E.Quliyev Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan xalqına ünvanladığı təbrik sözlərini sərhəd zastavasının şəxsi heyətinə çatdırıb və bayram münasibətilə təbrik edib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DSX: Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb

DSX: Ermənistana diversiyanın keçirilməsi barədə məlumat yalandır

DSX: Sərhəddə növbəti erməni təxribatının qarşısı alınıb

DSX rəisi Dağıstanın Sərhəd İdarəsinin rəhbəri ilə görüşüb (FOTO)

DSX-də "qanar xətt" yaradılıb

DSX: Erməni təxribatının növbəti dəfə qarşısı alınıb

DSX: Ermənistanla sərhəddə diversiya keçiril­məsi barədə məlumat həqiqətə uyğun deyil

DSX: Türkiyə-Naxçıvan sərhədi açılıb

DSX: Qazax və Ağstafada erməni təxribatlarının qarşısı alınıb

DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb

DSX: Sərhədboyu ərazilərdə gizlədilən silahlar aşkarlanaraq götürülüb

DSX rəisi təmas xəttində yerləşən döyüş məntəqələrinin vəziyyətini yoxlayıb (FOTOLAR)

DSX rəisi Ermənistanla sərhədə gedib, düşmən təxribatlarının qarşısının alınması barədə tapşırıq verib

DSX: Düşmən təxribatı nəticəsində mülki şəxs həlak olub

DSX: Azərbaycan-İran sərhədində silahlı insident baş verib, 3 sərhəd pozucusu öldürülüb

DSX və DİN birgə əməliyyat keçirib

DSX və "ASAN Xidmət"in birgə təşkilatçılığ ilə “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsi açılıb

Prezident İlham Əliyev DSX-nin şəxsi heyətini təbrik edib

DSX-nın hərbi qulluqçuları və mülki işçilərinə fəxri adlar verilib

DSX-nın üç hərbçisinə general, ikisinə kontr-admiral rütbəsi verilib

06 Aprel 2020, 21:25 (GMT +4)
Evində sosial xidmətlə təmin olunan vətəndaş: Dövlətimiz sağ olsun (FOTOLAR)

06 Aprel 2020, 18:45 (GMT +4)
Operativ Qərargah: Bəzi KİV əməkdaşı olmayan şəxslərə saxta vəsiqələr verir

06 Aprel 2020, 18:10 (GMT +4)
Azərbaycanda 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib

06 Aprel 2020, 18:00 (GMT +4)
İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib

06 Aprel 2020, 17:54 (GMT +4)
Gənclər Fondu növbəti maraqlı layihəyə start verib

06 Aprel 2020, 17:49 (GMT +4)
Neftçala Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə yardım edib

06 Aprel 2020, 17:45 (GMT +4)
BANM-ın tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

06 Aprel 2020, 17:43 (GMT +4)
İngiltərə kəşfiyyatı koronavirusun yayılma versiyalarını nəzərdən keçirir 

06 Aprel 2020, 17:32 (GMT +4)
Agentlik: Şayiə xarakterli məlumatların yayımlanması xüsusi karantin rejiminin tələblərinə ziddir

06 Aprel 2020, 17:26 (GMT +4)
Kraliça II Yelezaveta xalqa müraciət edib

06 Aprel 2020, 17:14 (GMT +4)
Sabiq MTN generalı Sübahir Qurbanov əfv edilib

06 Aprel 2020, 17:10 (GMT +4)
Ruhani Fəramiz Abbasov azadlığa çıxıb

06 Aprel 2020, 17:04 (GMT +4)
AB pandemiya fonunda Rusiyaya qarşı sanksiyaların ləğvini dəyərləndirib

06 Aprel 2020, 17:02 (GMT +4)
Vidadi Zeynalov əfv edilib

06 Aprel 2020, 16:55 (GMT +4)
Akif Çovdarov əfv edilib

06 Aprel 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

06 Aprel 2020, 16:45 (GMT +4)
"Bizim Tarla" 65 yaşdan yuxarı şəxslərə sovqat paylayıb

06 Aprel 2020, 16:40 (GMT +4)
Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət edib

06 Aprel 2020, 16:37 (GMT +4)
Dünya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən OPEK+ toplantısının zamanı açıqlanıb

06 Aprel 2020, 16:23 (GMT +4)
Putin və Paşinyan koronavirusla mübarizə barədə danışıq aparıb 

06 Aprel 2020, 16:10 (GMT +4)
Azərbaycan Prezidenti xalqa müraciət edib

06 Aprel 2020, 15:56 (GMT +4)
Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayan şəxs tutulub

06 Aprel 2020, 15:53 (GMT +4)
Yaponiya 7 apreldən fövqəladə rejim elan edəcək

06 Aprel 2020, 15:51 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 640-ı keçib

06 Aprel 2020, 15:46 (GMT +4)
Operativ Qərargah: Karantində 4 369 nəfər var

06 Aprel 2020, 15:37 (GMT +4)
İran krornavirusa görə ABŞ-a xahiş etməyəcəyini bildirib

06 Aprel 2020, 15:35 (GMT +4)
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxub

06 Aprel 2020, 15:20 (GMT +4)
Apple tibb işçiləri üçün yeni çalışma hazırlayıb

06 Aprel 2020, 15:07 (GMT +4)
Koronavirusa görə vətəndaşlara psixoloji yardım göstərilməsinə başlanıb

06 Aprel 2020, 14:44 (GMT +4)
Maykl Ceksonun ağ əlcəyi hərracda 104 min dollara satılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66