Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda zərər çəkən sektorlara, aztəminatlı insanlara dəstək veriləcək

20 Mart 2020, 17:30 (GMT +4)

Bakı, 20 mart, SalamNews. Azərbaycan Respublikası Prezidenti “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı imzalayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Kommunikasiya Departamentindən SalamNews-a verilən məlumata görə, sərəncamı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “dəstək proqramı”nda məqsəd makro-iqtisadi dayanıqlığın qorunması, əhalinin sosial rifahı və iqtisadi inkişafın təmin edilməsidir.

V. Qasımlı deyib ki, vəsait dövlət büdcəsindən ayrıldığından emissiya xarakteri daşımır və pulkütləsinin artımını şərtləndirmir, beləliklə, monetar şəraiti yumşaltmaqla manatın məzənnəsinə və qiymətlərə təzyiq göstərmir: “Ayrılan 1 milyard manat vəsait ÜDM-in 1,2 faizini və dövlət büdcəsinin 3,7 faizini təşkil etməkl əəhəmiyyətli təsir gücünə malik olacaq. Azərbaycanda “dəstəkproqramı”nın ÜDM-də vədövlət büdcəsində xüsusi çəkisi MDB məkanında bu göstərici üzrə ən yüksəkdir. Keçən il toplu maliyyə balansının gəlirlərinin (proqnozaəsasən) 34,1milyard manatı və ya 53,5 faizini müəssisə və təşkilatların resursları təşkil edib. Toplu maliyyə balansının təhlili göstərir ki, müəssiə resurslarının 86 faizini mənfəət, 14faizini isə amortizasiya ayırmaları təşkil edir. “Dəstək proqramı” ilk növbədə müəssisələrin dayanıqlılığını təmin etməlidir ki, biznes ayaqda qala bilsin. Çünki biznesin xilası, onun iflası nəticəsində yaranan sosial-iqtisadi təsirlərin aradan qaldıdılması ilə müqayisədə daha ucuz başa gəlir. “Dəstək proqramı”nın həyata keçirilməsi həm də “kölgə iqtisadiyyatı”nın azalmasına xidmət edəcək, çünki biznes dövlətdən dəstək almaq üçün həmdə balansını “ağartmalıdı”. Xüsusilə, məşğulluğu daha geniş miqyasda təmin edən biznesə dəstək daha geniş olmalıdır.

Məşğulluğun 14,5 faizini təmin edən ticarət və nəqliyyat vasitələrinin təmiri, 4,2 faizini təmin edən nəqliyyat və anbar təsərrüfatı, 1,6 faizini təmin edən turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizini təmin edən istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət “Dəstək proqramı”nın mərkəzində olacaq. Bütün hallarda ödənişli ictimai işlər, özünü məşğulluq və ünvanlı sosial yardım kimi layihələrin əhatə dairəsinin artırılması gündəmdədir. “Məhsul və xidmətlər hesabı”nın təhlili göstərir ki, ötən il 203,7 milyon manat təşkil edən “məhsula və idxala subsidiyalar”ı bu il daha da artırmaqla prioritet sektorları dəstəkləmək mümkündür. Qlobal şokların təsiri altında həm əhali, həm də müəssisələr səviyyəsində ödəməmələr və borclar problemi meydana çıxır. “Dəstək proqramı” zərər çəkən sektoralara, sahibkarlara, muzdlu işçilərə və aztəminatlı insanlarımıza dəstəyi nəzərdə tutur.

Azərbaycan dövləti koronaböhranla mübarizədə heç bir xarici dəstəyə arxalanmadan, yalnız öz resursları ilə fəaliyyət göstərir. Hansı ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı başda olmaqla beynəlxalq qurumlar koronaböhranla mübarizədə ehtiyacı olan dövlətlərə yardım etməyə başlayıblar. Azərbaycan ÜST-in “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı etməklə həm də qlobal səviyyədə sosial məsuliyyətini ifadə edib.”


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür”

Vüsal Qasımlı: Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır

Vüsal Qasımlı: Azərbaycanda fors-major halda əhalinin ərzaqla təminatı üçün kifayət qədər ehtiyat var

Vüsal Qasımlı: Manatın real effektiv məzənnəsi yüksəlir

Vüsal Qasımlı: Azərbaycanda ÜDM-in artımı son 5 ildə ilk dəfə 2 faizi ötüb

Vüsal Qasımlı: Azərbaycanda e-ticarətin artım sürəti ildə 2 dəfəyə yaxındır

Vüsal Qasımlı: Azərbaycan qlobal istedad rəqabətliliyi indeksində MDB-də liderdir

Vüsal Qasımlı: Azərbaycan MDB-də sosial göstəricilərə görə liderdir

Vüsal Qasımlı startapçılarla görüşüb

Vüsal Qasımlı UNDP missiyasını qəbul edib 

Vüsal Qasımlı VİSA İnternational şirkətinin nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı: Prezident İlham Əliyevin fəaliyyətinin son 1 ili köklü islahatlarla yadda qaldı

Vüsal Qasımlı: Martın 15-dək problemli krediti olanlara kompensasiyanın ödənilməsi ilə bağlı qaydalar təsdiqlənəcək

Vüsal Qasımlı İtaliyada beynəlxalq konfransda çıxış edib

Vüsal Qasımlı Parisdə “Avrasiya həftəsi” tədbirində çıxış edib

Vüsal Qasımlı ölkə başçısı tərəfindən təltif olunub

Vüsal Qasımlı "enterpriseazerbaijan.com" portalını Silikon Vadisində təqdim edib

Vüsal Qasımlı beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb

Vüsal Qasımlı Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı BP-nin nümayəndə heyətini qəbul edib

31 Mart 2020, 23:15 (GMT +4)
Mais Ağayev: Hazırda müharibənin açıq şəkildə getdiyini düşünmək lazımdır

31 Mart 2020, 18:01 (GMT +4)
AzTU tərəfindən daha 3000 manat ianə edilib

31 Mart 2020, 17:56 (GMT +4)
Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

31 Mart 2020, 17:51 (GMT +4)
Azərbaycanla Rusiya arasında hava uçuşları və dəmiryol daşımaları dayandırılıb

31 Mart 2020, 17:48 (GMT +4)
Kreml Putin və Tramp arasında koronavirusla bağlı danışıqları konstruktiv adlandırıb

31 Mart 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanı husiləri danışıqlar üçün ər-Riyada dəvət edib

31 Mart 2020, 17:29 (GMT +4)
BŞBPİ paytaxt sakinlərinə müraciət edib

31 Mart 2020, 17:10 (GMT +4)
Qazaxıstan Rusiyadan yanacaq idxalına müvəqqəti olaraq qadağa qoyur

31 Mart 2020, 17:00 (GMT +4)
“Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilib

31 Mart 2020, 16:50 (GMT +4)
Lukaşenko prezident seçkilərini təxirə salmaq üçün səbəb olmadığını bildirib

31 Mart 2020, 16:48 (GMT +4)
Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq

31 Mart 2020, 16:45 (GMT +4)
Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın müddəti uzadılıb

31 Mart 2020, 16:40 (GMT +4)
Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlanıb

31 Mart 2020, 16:30 (GMT +4)
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

31 Mart 2020, 16:23 (GMT +4)
Operativ Qərargah: 4602 nəfər karantinə alınıb

31 Mart 2020, 16:20 (GMT +4)
İraqda ABŞ qüvvələrinin olduğu qərargaha iki raket atılıb, havadan müdafiə cavab verib

31 Mart 2020, 16:15 (GMT +4)
BANM nüfuzlu qlobal distant təhsil proqramının lisenziyasını əldə edib

31 Mart 2020, 16:13 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 298-ə çatıb, 5 nəfər vəfat edib

31 Mart 2020, 16:12 (GMT +4)
İndoneziya xaricilər üçün ölkəyə girişi bağlayır

31 Mart 2020, 15:56 (GMT +4)
Rusiyada əcnəbilərin vizası 90 gün müddətinə uzadılacaq

31 Mart 2020, 15:54 (GMT +4)
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib

31 Mart 2020, 15:45 (GMT +4)
Operativ Qərargah xarici ölkələrin Azərbaycandakı diplomatlarına müraciət edib

31 Mart 2020, 15:42 (GMT +4)
Rusiyada son sutka ərzində 500 koronavirusa yoluxma halı qeydə alınıb

31 Mart 2020, 15:42 (GMT +4)
Gənclər və İdman Nazirliyi gənclərə çağırış edib

31 Mart 2020, 15:39 (GMT +4)
Operativ Qərargah: Azərbaycanda koronvirusa yoluxma dinamikası gündəlik artmaqdadır

31 Mart 2020, 15:36 (GMT +4)
Koronavirusa görə İsrail polisi ilə radikal yəhudi qrupları arasında qarşıdurma baş verib (VİDEO)

31 Mart 2020, 15:18 (GMT +4)
Banklar xüsusi rejim dövründə fəaliyyət göstərəcək

31 Mart 2020, 14:55 (GMT +4)
AB Azərbaycanın işğal olunmuş ərazilərindəki "seçki"ləri tanımır

31 Mart 2020, 14:46 (GMT +4)
XİN: Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilərin” keçirilməsi heç bir hüquqi qüvvəyə malik deyil

31 Mart 2020, 14:35 (GMT +4)
"Azərkosmos” xüsusi gücləndirilmiş iş rejimində keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66