Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda mövcud şəraitdən sui-istifadə edib işçiləri çıxardanlara qarşı ciddi tədbirlər görüləcək

22 Mart 2020, 18:30 (GMT +4)

Bakı, 22 mart, SalamNews. İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası birgə İşəgötürənlərə Bildiriş ünvanlayıb.

SalamNews həmin məlumatı təqdim edir:

Koronavirus (COVID-19) infeksiyasının dünyada əhatə dairəsi və coğrafiyasının genişləndiyi şəraitdə bu pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin qorunması, eyni zamanda, milli iqtisadiyyata, əmək bazarına və əhalinin məşğulluğuna, özəl sektora zərərlərinin minimallaşdırılması üçün Azərbaycan dövləti kompleks və məqsədyönlü tədbirlər həyata keçirir.

Dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkədə makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə 1 (bir) milyard manat vəsait ayrılıb, habelə müvafiq Fərmanla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Sərəncamla pandemiyanın biznes mühitinə fəsadlarının azaldılması, zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət tərəfindən dəstəyin göstərilməsi, muzdlu işçilərin sosial müdafiəsi, məşğulluq tədbirlərinin gücləndirilməsi və s. nəzərdə tutulub.

Göründüyü kimi, milli sahibkarlığın davamlı inkişafı istiqamətində fəal siyasət həyata keçirən dövlətimiz indiki şəraitdə də hər bir sahibkarın yanında olmaqla, öz dəstəyini təmin edir. Bunun qarşılığında isə hər bir işəgötürən sosial həmrəylik və sosial məsuliyyət prinsiplərini yüksək tutaraq, xüsusilə hazırki şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşmalı, işçilərin əmək hüquqlarına etinasız münasibətə, onların işdən çıxarılması, ixtisarı hallarına yol verməməlidirlər.

İşəgötürənlərin diqqətinə çatdırırıq ki, pandemiyanın biznes mühitinə mənfi təsirini azaltmaq üçün sahibkarlara dəstəyin göstərilməsi təmin olunmaqla yanaşı, eyni zamanda, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verən işəgötürənlərlə bağlı qanunverciliyə uyğun ciddi tədbirlər görüləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub

Bakıda COVID-19-a yoluxma göstəricisi açıqlanıb

BMT Baş katibi COVID-19 peyvəndinin istehsalını artırmağa çağırıb

Rusiyada COVID-19-dan ölənlərin sayı 70 minə yaxınlaşıb

Ukraynada ötən gün 5000-dək COVID-19 xəstəsi qeydə alınıb

ÜST COVID-19-un yeni növündən ölüm sayının artmasına münasibət bildirib

Türkiyə COVID-19-un yeni növünün yayılmasına görə Braziliya ilə uçuşları dayandırıb

İranda son sutkada 75 nəfərin Covid-19 virusundan ölümü qeydə alınıb

Yaponiya COVID-19 səbəbiylə Tokio Olimpiadasını ləğv etmək istəyir

Azərbaycanda son sutkada 770 nəfər COVID-19-dan sağalıb, 9 nəfər vəfat edib

Yaponiya 300 milyondan çox COVID-19 peyvənd dozası alacaq

Daha 2 COVID-19 xəstəsinə cinayət işi başlanılıb

Nazir müavini: COVID-19-a qarşı vaksinasiya prosesi mərhələli şəkildə ölkə üzrə davam etdiriləcək

Azərbaycanda son sutkada 949 nəfər COVID-19-dan sağalıb, 10 nəfər vəfat edib

ABŞ-da COVID-19-a yoluxanların sayı 24 milyonu keçib

Azərbaycanda COVID-19-a yoluxanların 6 %-i xəstəliyi ağır keçirir, ölüm halı 1,1 %-dir

Braziliya iki COVID-19 peyvəndinin istifadəsinə icazə verib

Rusiyada COVID-19-dan ölənlərin sayı 66 mini keçib

Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək

COVİD-19 əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli qruplar açıqlanıb

27 Yanvar 2021, 13:40 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

27 Yanvar 2021, 13:30 (GMT +4)
“Qaçqınkom”da bir neçə şöbə ləğv olunub, yeniləri yaradılıb

27 Yanvar 2021, 13:25 (GMT +4)
İsrail və İran bir-birini qarşılıqlı şəkildə təhdid ediblər

27 Yanvar 2021, 13:20 (GMT +4)
Koronavirus: Merkel pandemiyaya qarşı mübarizədə yol verilən səhvlərini etiraf edib

27 Yanvar 2021, 13:11 (GMT +4)
Azərbaycan Prezidentinin Şuşada xüsusi nümayəndəsi təyin edilib

27 Yanvar 2021, 13:00 (GMT +4)
Məktəblərdə qış tətili başlayıb

27 Yanvar 2021, 12:45 (GMT +4)
"Azercell"in rəqəmsal məhsulları "IBA Mobile" tətbiqinə inteqrasiya olunub

27 Yanvar 2021, 12:30 (GMT +4)
Samuxda silahlı şəxs saxlanılıb

27 Yanvar 2021, 12:20 (GMT +4)
Almaniya XİN: Muzdlular Dağlıq Qarabağda Azərbaycanın tərəfində döyüşməyib

27 Yanvar 2021, 12:15 (GMT +4)
Cəbrayılın Həsənli kəndində 80 ədəd tank əleyhinə mina zərərsizləşdirilib

27 Yanvar 2021, 12:06 (GMT +4)
İranın xarici işlər naziri regiona səfəri çərçivəsində Yerevana gedib (FOTO)

27 Yanvar 2021, 12:00 (GMT +4)
Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

27 Yanvar 2021, 11:58 (GMT +4)
Gürcüstan XİN rəhbəri koronavirusa yoluxub

27 Yanvar 2021, 11:44 (GMT +4)
Kabildə təhlükəsizlik qüvvələrinin maşını partladılıb, ölənlər var

27 Yanvar 2021, 11:30 (GMT +4)
Azərbaycan nefti yenidən bahalaşıb

27 Yanvar 2021, 11:15 (GMT +4)
EBRD Azərbaycanda bərpa olunan enerji sahəsinə investisiya yatıracaq

27 Yanvar 2021, 11:12 (GMT +4)
Paşinyanın diplomatik pasportu azərbaycanlıların əlinə kecib - erməni ekspert

27 Yanvar 2021, 11:00 (GMT +4)
DİN: Ötən gün 2 yol qəzası olub, 2 nəfər ölüb

27 Yanvar 2021, 10:52 (GMT +4)
Qarabağdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyətə başlayır

27 Yanvar 2021, 10:45 (GMT +4)
ANAMA: Ermənilərin ərazilərimizdə basdırdıqları minalar, patronlar aşkarlanıb

27 Yanvar 2021, 10:38 (GMT +4)
İranda cari ildə keçiriləcək prezident seçkilərinin bəzi namizədlərinin adı açıqlanıb

27 Yanvar 2021, 10:30 (GMT +4)
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" aktiv fəaliyyətə keçib

27 Yanvar 2021, 10:22 (GMT +4)
Dünyada koronavirusa yoluxma hallarının sayı 100 milyonu keçib

27 Yanvar 2021, 10:15 (GMT +4)
MN işğaldan azad olunan Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndindən videogörüntülər yayıb (VİDEO)

27 Yanvar 2021, 10:00 (GMT +4)
Dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşının cənazəsi Bakıya göndərilib

27 Yanvar 2021, 09:53 (GMT +4)
Tunisdə intensiv etirazlardan sonra 11 yeni nazir təyin və təsdiq edilib

27 Yanvar 2021, 09:45 (GMT +4)
Putinlə Bayden arasında telefon danışığı keçirilib

27 Yanvar 2021, 09:45 (GMT +4)
XİN: Ermənistanın AŞPA-nın qətnaməsinə düzəlişləri təşkilat tərəfindən rədd edilib

27 Yanvar 2021, 09:30 (GMT +4)
Azərbaycanın XİN başçısı Fransanın dövlət katibini qəbul edib

27 Yanvar 2021, 09:22 (GMT +4)
Səudiyyə Ərəbistanı son sutkada Yəmənə 14 hava zərbəsi endirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66