Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Məşğulluq və sosial məsələlərlə əlaqədar İşçi Qrupun ilk iclası keçirilib

23 Mart 2020, 14:01 (GMT +4)

Bakı, 23 mart, SalamNews. Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, S.Babayev qeyd olunan pandemiyanın qarşısının alınması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan, əhalinin infeksiyadan qorunmasına, habelə dünya iqtisadiyyatına ciddi zərbə vuran bu virusun milli iqtisadiyyata mənfi təsirlərinin azaldılmasına yönələn kompleks tədbirləri diqqətə çatdırıb. O, bu tədbirlərin əsas prioritetlərindən birinin pandemiyanın milli iqtisadiyyata ehtimal edilən mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli olduğunu vurğulayıb.

İclasda pandemiyanın və bundan irəli gələn nəticələrin məşğulluq məsələlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər planının layihəsi müzakirə olunub. Eyni zamanda, işəgötürənlər tərəfindən indiki şəraitdə işçilərin sayının əsassız azaldılmasının qarşısının alınmasının vacibliyi vurğulanıb, bu məqsədlə fəaliyyət mexanizmlərinin geniş müzakirəsi aparılıb. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından işəgötürənlərin nəzərinə (“Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə) müvafiq məzmunda Bildirişin çatdırılması qərara alınıb.

Qeyd edək ki, İşçi Qrupun üzvləri sırasına Dövlət Miqrasiya Xidmətinin rəisi, İqtisadiyyat nazirinin müavini, Maliyyə nazirinin müavini, Daxili İşlər nazirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, Mərkəzi Bankın sədrinin müavini, Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri daxildir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Tramp sosial şəbəkələrdəki yazılarının müəllifinin kimliyini açıqlayıb

Azərbaycanda may ayı üzrə ünvanlı sosial yardımlar ödənilib

Sosial həssas ailələrdən olan tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

DYP sosial videoçarx hazırlayıb (VİDEO)

Sosial şəbəkələrdə onlayn «Qüds Günü 2020» həmrəylik aksiyası keçirilir

ASAN könüllüləri UNICEF-lə birgə sosial yardımları davam etdirirlər

Nazirlik: Sosial Sığınacağın karantin bölməsinə 12 nəfər qəbul olunub (FOTOLAR)

Azərbaycanda gənc müəllimlər üçün sosial mənzil almaq imkanı yaradılıb

Sosial məsafə qorunmasa, koronavirusa yoluxma arta, metro yenidən bağlana bilər

Göygöl və Şamaxıdakı sosial müəssisələr bu il istifadəyə veriləcək

Apreldə 2,3 milyon şəxsə sosial təminat növləri üzrə ödənişlər edilib

FHN sosial dəstək tədbirlərini davam etdirir (FOTO)

Nazirlik: Bu gün 82 300 ailəyə aprel ayı üzrə ünvanlı sosial yardım ödənilib

“Azərişıq” Ölkənin Şimal və Qərb regionlarında sosial aksiya həyata keçirir (FOTOLAR)

ASAN könüllüləri daha bir sosial yardım layihəsinə başlayırlar

Nazirlik: Ünvanlı sosial yardım alan ailələrin sayı 82 minə çatıb

Prezident: Biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik

Bərbərlərin və taksi sürücülərinin vergi və sosial yükü 2-4 dəfə azaldılacaq

Gömrük Akademiyasının tələbələri sosial aksiyalarda fəal iştirak edirlər

TƏBİB sosial şəbəkələrdə yayılan video ilə bağlı açıqlama yayıb

25 May 2020, 17:25 (GMT +4)
Prezident Pir Ömər Sultan ziyarətgahında görülən işlərlə tanış olub

25 May 2020, 17:00 (GMT +4)
Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış olub

25 May 2020, 16:48 (GMT +4)
Lukaşenko Belarusda pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırıb

25 May 2020, 16:43 (GMT +4)
İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

25 May 2020, 16:24 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir

25 May 2020, 16:21 (GMT +4)
CNN: Hiddətlənmiş kütlə Braziliya prezidentini qatil adlandırıb

25 May 2020, 16:08 (GMT +4)
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb

25 May 2020, 15:43 (GMT +4)
Honq Konq polisi yürüş təşkil etmək istəyən 120 nümayişçini saxlayıb

25 May 2020, 15:30 (GMT +4)
Teledərslərin sabaha olan cədvəli açıqlanıb

25 May 2020, 15:16 (GMT +4)
Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib

25 May 2020, 14:53 (GMT +4)
İsveçdə 5G şəbəkəsi istifadəyə verilib

25 May 2020, 14:48 (GMT +4)
Pandemiya Bakı sakinlərinin 44%-in maddi durumuna təsir edib (SORĞU)

25 May 2020, 14:19 (GMT +4)
İtaliyada COVID-19-a yoluxan 140 mindən çox xəstə sağalıb

25 May 2020, 14:06 (GMT +4)
Dağıstanda olan Azərbaycan vətəndaşlarının problemi tam həll ediləcək (RƏSMİ)

25 May 2020, 13:54 (GMT +4)
Bloomberg: Kim Çen In üç həftə ərzində ilk dəfə ictimaiyyətə çıxıb

25 May 2020, 13:45 (GMT +4)
Şamaxının icra başçısı karantinə alınıb

25 May 2020, 13:40 (GMT +4)
Prezident İlham Əliyev Salome Zurabişvilini təbrik edib

25 May 2020, 13:35 (GMT +4)
“Azərbaycan-Türkiyə” 3-cü beynəlxalq onlayn B2B forum keçirilib

25 May 2020, 13:25 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 350 mini keçib

25 May 2020, 13:00 (GMT +4)
ABŞ Braziliyaya səfər edən xarici vətəndaşların ölkəyə girişini dayandırıb

25 May 2020, 12:31 (GMT +4)
Tramp Putinin onun yenidən seçilməsini istəmədiyini açıqlayıb

25 May 2020, 12:25 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

25 May 2020, 11:58 (GMT +4)
Tramp sosial şəbəkələrdəki yazılarının müəllifinin kimliyini açıqlayıb

25 May 2020, 11:55 (GMT +4)
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb

25 May 2020, 11:20 (GMT +4)
Tuvanın başçısı koronavirusa yoluxub

25 May 2020, 11:05 (GMT +4)
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub

25 May 2020, 10:55 (GMT +4)
Dünyada neftin qiymətləri yüksəlib

25 May 2020, 10:32 (GMT +4)
Ermənilər sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub

25 May 2020, 10:20 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

25 May 2020, 10:08 (GMT +4)
ABŞ-da COVİD-19-dan ölənlərin sayı 100 minə yaxınlaşır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66