Rusiyada daha 57 nəfər koronavirusa yoluxub24 Mart 2020, 16:25 (GMT +4) Bakı, 24 mart, SalamNews. Rusiyada, COVID-19 koronavirus infeksiyasına 57 yeni yoluxma halı qeydə alınıb, ümumi yoluxmuşların sayı 495-ə yüksəlib.
"Son 24 saat ərzində Rusiyada 14 bölgədə 57 koronavirus infeksiyasına yoluxma qeydə alınıb", - deyə SalamNews-un TASS-a istinadən verdiyi məlumatda deyilir.
Qeyd olunduğu kimi, gün ərzində 5 nəfər xəstəxanadan buraxılıb, ümumilikdə sağalmış insanların sayı 22-yə çatıb.
|