Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Koronavirus pandemiyasından ən çox mənfi təsirə məruz qalan 12 fəaliyyət sahəsi müəyyən edilib

25 Mart 2020, 11:21 (GMT +4)

Bakı, 25 mart, SalamNews.Koronavirus (COVID-19) pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi, yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanması üçün yaradılmış İşçi Qrupun iclası keçirilib.

SalamNews-un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, iclas videokonfrans formatında aparılıb.

İşçi qrupun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyanın qarşısının alınması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verib. Nazir qeyd edib ki, yaranmış şəraitdə milli iqtisadiyyata bır sıra faktorlar təsir edir. Bu, pandemiyanın bilavasitə təsiri altında dünya iqtisadiyyatında və xarici ticarət əlaqələrində müşahidə olunan durğunluq, dünya enerji bazarlarında neftin qiymətlərində kəskin dalğalanmalar, həmçinin pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırıcı tədbirlərlə bağlı iqtisadi fəallığın azalmasıdır. Bütün bu amillər bir sıra iqtisadi fəaliyyət sahələrində özünü daha qabarıq göstərir.

Nazir mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üçün qısa müddət ərzində İşçi Qrupun intensiv və böyük həcmdə iş aparmalı olduğunu diqqətə çatdırıb. İlkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib.

İqtisadiyyat naziri vurğulayıb ki, dövlət çevik və operativ qərarlar qəbul etməyə hazırdır. Bununla belə, zərər çəkən fəaliyyət sahələrinin dəqiq müəyyən edilməsi üçün, ilk növbədə, aydın və şəffaf qiymətləndirmə meyarları hazırlanmalıdır. Bu meyarlar həm sahəvi, həm də subyektlər üzrə ümumi və spesifik xarakter daşıya bilər.

Videokonfransda ayrı-ayrı sahələrdə yaranmış vəziyyət müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib. Qeyd olunub ki, dəymiş zərərin qiymətləndirilməsi üçün sahibkarlıq subyektlərinin hesabatları və dövlət qurumlarında olan göstəricilərin dərin təhlilinə zərurət var. Bu, həmçinin mart ayı üzrə təqdim ediləcək maliyyə hesabatlarının təhlili ilə müəyyən ediləcək. Hazırda İqtisadiyyat Nazirliyinin bütün strukturları biznes subyektləri, orta və iri biznes, sahibkarların ictimai birlikləri və ixtisaslaşmış assosiasiyalarla görüşlər keçirir.

Müzakirələrdə bildirilib ki, Azərbaycan hökuməti dəstək tədbirlərinin müəyyən edilməsi zamanı, həmçinin yaranmış şəraitdə dövlətin çağırışlarına adekvat cavab verən, iş yerlərinin və əmək haqqı fondunun azalmasına yol verməyən, fəaliyyətini şəffaf quran və sosial məsuliyyət nümayiş etdirən hüquqi şəxslərə və sahibkarlara üstünlük verəcək.

Ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərilməsi kompleks tədbirlər sistemini əhatə edəcək. Bu, iqtisadiyyatda likvidliyin təmin edilməsi, sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsi, dövlət kreditləşdirmə resurslarının əlçatanlığının asanlaşdırılması, maliyyə bazarlarının sabitliyinin qorunması, ünvanlı dövlət sifarişləri sisteminin tətbiqi və s. kimi istiqamətləri əhatə edəcək.

İclasda qeyd olunub ki, dövlət ölkə vətəndaşlarının sağlamlığının qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qısa müddətdə iqtisadiyyatın daralmasına səbəb ola biləcək iqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gedəcək. Dövlət bu prosesi qarşılamağa hazırdır və yaranmış şəraiti, həmçinin, pandemiyanın yayılmasının qarşısının alınmasından sonra iqtisadiyyatın yeni bir inkişaf xətti olaraq görməkdədir. Daxili tələbatı ödəyən və xarici idxalı əvəzləyən istehsal və emal sahələrinin, bu istiqamətlərdə yeni istehsalın qurulması təşviq ediləcək.

İşçi Qrupun üzvlərinə zərər çəkən sahələrin müəyyən edilməsi üçün 3 gün ərzində zəruri meyarlara və tətbiq ediləcək vahid yanaşma metodikasına dair təkliflərin hazırlanması tapşırılıb.

Qeyd edək ki, İşçi Qrupun üzvləri sırasına Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Mədəniyyət, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər nazirlərinin müavinləri, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri və sahibkarların ictimai birliklərinin nümayəndələri daxildir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

İqtisadiyyat Nazirliyi: Çətin vaxtlarda sahibkarlara dəstək göstəriləcək

İqtisadiyyat Nazirliyi və “Azərmaş” ASC yeni sosial layihəyə start verib

İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə İşçi Qrupu yaradır

Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

Qazaxıstanın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub

İqtisadiyyat Nazirliyi “Bakcell”i mükafatlandırıb

İqtisadiyyat Nazirliyində Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib

İqtisadiyyat Nazirliyi müsabiqə elan edib

İqtisadiyyat Nazirliyi müsabiqə elan edib

İqtisadiyyat Nazirliyində “Diqlas”dakı yanğından zərər çəkmiş 441 sahibkar qəbul edilib

İqtisadiyyat Nazirliyi ilə Gömrük Komitəsi anlaşma memorandumu imzalayıb

İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 10 mindən çox müraciət daxil olub

İqtisadiyyat Nazirliyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası İqtisadiyyat Nazirliyi ilə birgə təlim keçirib

İqtisadiyyat Nazirliyi elmi məqalə müsabiqəsi elan edib

İqtisadiyyat Nazirliyi elmi məqalə müsabiqəsi elan edib

07 Aprel 2020, 22:40 (GMT +4)
Heydər Əliyev Mərkəzi İrana dəstək olub (VİDEO)

07 Aprel 2020, 21:33 (GMT +4)
Ceyhun Məmmədov: İlk zərbəni öz üzərinə gömrükçülər götürdü (MÜSAHİBƏ)

07 Aprel 2020, 20:28 (GMT +4)
Son 10 gün ərzində əmək müqavilələrinin sayında ciddi artım qeydə alınıb

07 Aprel 2020, 20:02 (GMT +4)
Nazir Sahil Babayev jurnalistlərə müraciət edib

07 Aprel 2020, 18:36 (GMT +4)
Nazir: Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək

07 Aprel 2020, 18:06 (GMT +4)
Koronavirusla bağlı modul tipli 6 xəstəxana quraşdırılır - SƏRƏNCAM

07 Aprel 2020, 18:02 (GMT +4)
Əmək müqaviləsiz işləyənlərin sosial təminatı ilə bağlı tapşırıq verilib

07 Aprel 2020, 17:56 (GMT +4)
Lukaşenko pandemiyanı Belarusun gələcək mövcudluğu ilə əlaqələndirib

07 Aprel 2020, 17:54 (GMT +4)
Səudiyyə koalisiyası Yəmən paytaxtı və ətraf əyalətlərə 14 hava zərbəsi endirib

07 Aprel 2020, 17:47 (GMT +4)
Əbuzər İbrahimi Türkmən koronavirusla bağlı dünyanın dini liderlərinə müraicət edib

07 Aprel 2020, 17:35 (GMT +4)
Lukaşenko karantinin tətbiqi ehtimalı barədə danışıb: nə yeyəcəyik?

07 Aprel 2020, 17:25 (GMT +4)
İcazə sistemi ilə bağlı 2 yeni funksiya yaradılıb

07 Aprel 2020, 17:21 (GMT +4)
BNA-nın “Gəlin bir bayraq altında birləşək” aksiyasına DOST Agentliyi də qoşulub

07 Aprel 2020, 17:03 (GMT +4)
Azərbaycanda koronavirusa görə 53 300 test aparılıb

07 Aprel 2020, 16:51 (GMT +4)
Lukaşenko Belarusiyada COVID-19 diaqnozu ilə  xəstəxanaya yerləşdirilənlərin sayını açıqlayıb

07 Aprel 2020, 16:46 (GMT +4)
Trampın sədəqəsinə ehtiyacımız yoxdur, Onun özü koronavirusa görə digərlərinə möhtacdır – Cavad Zərif

07 Aprel 2020, 16:41 (GMT +4)
Pentaqon koronavirus peyvəndinin sınaqlarına başlayıb

07 Aprel 2020, 16:20 (GMT +4)
Azərbaycanda 717 nəfər koronavirusa yoluxub, onlardan 8-i ölüb

07 Aprel 2020, 16:12 (GMT +4)
Peskov Putinin koronavirusa görə vaxtaşarı testdən keçdiyini açıqlayıb  

07 Aprel 2020, 16:10 (GMT +4)
Çin Azərbaycana tibbi humanitar yardım göndərib

07 Aprel 2020, 16:10 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 76 nəfərdə koronavirus aşkarlanıb

07 Aprel 2020, 16:00 (GMT +4)
“Caspian European Club” “Online business training”in təşkilinə başlayıb

07 Aprel 2020, 15:48 (GMT +4)
Fələstində koronavirusa yoluxanların sayı 260-a çatıb

07 Aprel 2020, 15:43 (GMT +4)
Bakının daha bir küçəsində yenidənqurma işləri yekunlaşır

07 Aprel 2020, 15:20 (GMT +4)
Yaponiyanın yeddi prefekturasında fövqəladə rejim elan edilib

07 Aprel 2020, 15:12 (GMT +4)
Balakəndə civə satışı ilə məşğul olan şəxslər saxlanılıb

07 Aprel 2020, 14:48 (GMT +4)
YAP: Əfv sərəncamlarının imzalanması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir

07 Aprel 2020, 14:40 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 27 mini sağalıb

07 Aprel 2020, 14:38 (GMT +4)
Lukaşenko: Belarus neft oyunlarından asılı olmamalıdır

07 Aprel 2020, 14:36 (GMT +4)
Azərbaycanda tibbi maska istehsalına başlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66