Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlətin koronavirus təhlükəsi ilə bağlı hansı kriteriyalara cavab verən sahibkarlara dəstək göstərəcəyi açıqlanıb

25 Mart 2020, 14:12 (GMT +4)

Bakı, 25 mart, SalamNews.Azərbaycan hökuməti dəstək tədbirlərinin müəyyən edilməsi zamanı, həmçinin yaranmış şəraitdə dövlətin çağırışlarına adekvat cavab verən, iş yerlərinin və əməkhaqqı fondunun azalmasına yol verməyən, fəaliyyətini şəffaf quran və sosial məsuliyyət nümayiş etdirən hüquqi şəxslərə və sahibkarlara üstünlük verəcək.

SalamNews-un məlumatına görə, bu, koronavirus (COVID-19) pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi, yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanması üçün yaradılmış İşçi Qrupunun videokonfrans formatında keçirilən iclasında bildirilib.

Qeyd edilib ki, ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərilməsi kompleks tədbirlər sistemini əhatə edəcək. Bu, iqtisadiyyatda likvidliyin təmin edilməsi, sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsi, dövlət kreditləşdirmə resurslarının əlçatanlığının asanlaşdırılması, maliyyə bazarlarının sabitliyinin qorunması, ünvanlı dövlət sifarişləri sisteminin tətbiqi və s. kimi istiqamətləri əhatə edəcək.

İclasda qeyd olunub ki, dövlət ölkə vətəndaşlarının sağlamlığının qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qısa müddətdə iqtisadiyyatın daralmasına səbəb ola biləcək iqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gedəcək. Dövlət bu prosesi qarşılamağa hazırdır və yaranmış şəraiti, həmçinin pandemiyanın yayılmasının qarşısının alınmasından sonra iqtisadiyyatın yeni bir inkişaf xətti olaraq görməkdədir. Daxili tələbatı ödəyən və xarici idxalı əvəzləyən istehsal və emal sahələrinin, bu istiqamətlərdə yeni istehsalın qurulması təşviq ediləcək.

Qeyd edək ki, İşçi Qrupun üzvləri sırasına Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Mədəniyyət, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər nazirlərinin müavinləri, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri və sahibkarların ictimai birliklərinin nümayəndələri daxildir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İqtisadiyyat Nazirliyi vergiödəyicilərinə müraciət edib

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

İqtisadiyyat Nazirliyi iri ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparıb

İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

İqtisadiyyat Nazirliyində bir sıra kadr təyinatları aparılıb

İqtisadiyyat Nazirliyinə 27 mindən çox vergi ödəyicisi müraciət edib

İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

İqtisadiyyat Nazirliyi: Çətin vaxtlarda sahibkarlara dəstək göstəriləcək

İqtisadiyyat Nazirliyi və “Azərmaş” ASC yeni sosial layihəyə start verib

İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə İşçi Qrupu yaradır

Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

Qazaxıstanın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub

İqtisadiyyat Nazirliyi “Bakcell”i mükafatlandırıb

İqtisadiyyat Nazirliyində Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib

İqtisadiyyat Nazirliyi müsabiqə elan edib

İqtisadiyyat Nazirliyi müsabiqə elan edib

İqtisadiyyat Nazirliyində “Diqlas”dakı yanğından zərər çəkmiş 441 sahibkar qəbul edilib

İqtisadiyyat Nazirliyi ilə Gömrük Komitəsi anlaşma memorandumu imzalayıb

İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 10 mindən çox müraciət daxil olub

03 Avqust 2020, 18:10 (GMT +4)
Yaqut Qarayeva: Yeni laboratoriyaalrın açılması və aparılan testlərin artırılıması gözlənilir

03 Avqust 2020, 17:55 (GMT +4)
Operativ Qərargah çimərliklərdən istifadə qaydasını açıqlayıb

03 Avqust 2020, 17:46 (GMT +4)
İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb

03 Avqust 2020, 17:44 (GMT +4)
Livanın yeni xarici işlər nazirinin kimliyi müəyyənləşib

03 Avqust 2020, 17:41 (GMT +4)
İndoneziyada 22,5 mindən çox insan daşqınların yaratdığı fəsadlardan əziyyət çəkir

03 Avqust 2020, 17:40 (GMT +4)
Hikmət Hacıyev: Avqustun 5-dən etibarən müvafiq qrafik əsasında imtahanlar təşkil olunacaq

03 Avqust 2020, 17:23 (GMT +4)
KİV: Dünyanın ən zəngin ölkələri kütləvi şəkildə COVID-19 peyvəndi alır

03 Avqust 2020, 17:15 (GMT +4)
Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxub, 647 nəfər sağalıb

03 Avqust 2020, 16:58 (GMT +4)
Kolumbiyada koronavirusa yoluxmada rekord artım qeydə alınıb

03 Avqust 2020, 16:50 (GMT +4)
Azərbaycanda avqustun 31-dək qüvvədə olan məhdudiyyətlər açıqlanıb

03 Avqust 2020, 16:43 (GMT +4)
Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verib

03 Avqust 2020, 16:28 (GMT +4)
Xüsusi karantin rejimi 13 şəhər və rayonda tətbiq olunacaq

03 Avqust 2020, 16:26 (GMT +4)
Əfqanıstanda həbsxanaya hücumda ölənlərin sayı 30-u keçib, doqquz İŞİD-çi məhv edilib

03 Avqust 2020, 16:24 (GMT +4)
DİN sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib

03 Avqust 2020, 16:18 (GMT +4)
KİV: Somalinin paytaxtında partlayış baş verib

03 Avqust 2020, 15:58 (GMT +4)
Kiyevdə naməlum şəxs iş mərkəzini partlatmaqla hədələyir

03 Avqust 2020, 15:53 (GMT +4)
General Polad Həşimov haqqında kitab nəşr olunub

03 Avqust 2020, 15:32 (GMT +4)
El Pais: Bolton Trampı "mənəviyyatsız" prezident hesab edir

03 Avqust 2020, 15:26 (GMT +4)
MN: Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açıb

03 Avqust 2020, 15:15 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 17 mini ötüb

03 Avqust 2020, 15:10 (GMT +4)
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub

03 Avqust 2020, 14:58 (GMT +4)
Braziliyada koronavirusa yoluxanların sayı 2,7 milyonu keçib

03 Avqust 2020, 14:45 (GMT +4)
İraqda növbədənkənar parlament seçkilərinin zamanı açıqlanıb

03 Avqust 2020, 14:40 (GMT +4)
BDYPİ: 688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

03 Avqust 2020, 14:18 (GMT +4)
Çin ABŞ-ı milli təhlükəsizlik bəhanəsilə xarici şirkətlərə təzyiq göstərməməyə çağırıb

03 Avqust 2020, 13:57 (GMT +4)
Lukaşenko xalqa və Parlamentə müraciət ünvanlayacaq

03 Avqust 2020, 13:51 (GMT +4)
Polis ictimai nəqliyyatda nəzarət tədbirlərini davam etdirir

03 Avqust 2020, 13:46 (GMT +4)
Suriya Hərbi Hava Qüvvələri İdlibdə «Ən-Nusra»nın böyük silah anbarını hədəfə alıb

03 Avqust 2020, 13:25 (GMT +4)
ABŞ Rusiya əleyhinə sanksiyaların ləğvi üçün şərtlərini açıqlayıb

03 Avqust 2020, 13:20 (GMT +4)
DİM abituriyentlərə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66