Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Polis Bakı, Sumqayıt və Abşerona aparan ara yollarda postlar qurub

25 Mart 2020, 16:53 (GMT +4)

Bakı, 25 mart, SalamNews.Magistrallardan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə paytaxt Bakı, Sumqayıt şəhəri və Abşeron rayonuna nəqliyyat vasitələrinin daxil olmaması üçün polis postları təşkil olunub.

Daxili İşlər Nazirliyindən SalamNews-a verilən məlumata görə, bildiyiniz kimi koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün xüsusi karantin rejimi elan edilib. Bu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Bu məqsədlə paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu istiqamətindəki yollarda polis əməkdaşları tərəfindən stasionar postlar fəaliyyət göstərir. Bakı-Ələt, Bakı-Quba və Bakı- Şamaxı yollarında yaradılan postlarda Baş Dövlət Yol Polisi İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları sutkalıq xidmət aparırlar.

Həmin məntəqələrdə hər hansı neqativ halın yaşanmaması üçün stasionar postlaradakı vəziyyətə Təhlükəsiz Şəhər Xidmətinin kameraları vasitəsi ilə real vaxt rejimində nəzarət olunur.

Qeyd edək ki, xüsusi karantin rejimi elan ediləndən bu günə qədər stasionar postlarda bölgələrdən gələn 6164 avtomobilin paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu ərazinə daxil olmasının qarşısı alınıb. Həmçinin bu müddət ərzində müəyyən edilmiş tələblər çərçivəsindən kənar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan bölgələrə doğru hərəkət etməyə çalışan 1746 nəqliyyat vasitəsi geri qaytarılıb.

Təəssüflə qeyd edək ki, bəzi sürücülərin xüsusi karantin rejiminin tələblərindən yayınaraq magistraldan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə paytaxta, Sumqayıt şəhəri və Abşeron rayonuna keçməyə cəhd göstəməsi hallarına da rast gəlinir. Belə neqativ hərəkətlərin qarşısının alınması üçün DİN rəhbərliyinin göstərişi ilə ara və köməkçi yollarda da postlar təşkil olunub. Bu postlarda Daxili Qoşunların və ərazi polis orqanlarının əməkdaşları fasiləsiz xidmət aparırlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Karantin rejimində jurnalistlərin fəaliyyətinə bir daha aydınlıq gətirilib

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

İsrail koronavirus qadağalarına laqeyd yanaşan yəhudi dini icmalarına görə iki qəsəbəni tam bağlayıb

ABŞ-da ilk koronavirus peyvəndinin test nəticələrini yayımlanıb

Səudiyyə Ərəbistanı Məkkə və Mədinədə komendant saatı tətbiq edib

DİN: “WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib

Tramp Bolsonaru ilə koronavirusa qarşı peyvəndin hazırlanmasını müzakirə edib

Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaradıb

Operativ Qərargah: Azərbaycanda koronvirusa yoluxma dinamikası gündəlik artmaqdadır

DİN xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb

Şaban ayının beşi imam Səccadın (ə) mövlududur

ABŞ Suriya-İordaniya sərhədində koronavirus adı ilə silahlı birləşmələrə hərbi yardım göndərir – Rusiya

SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub

AZAL Polşanın “LOT” aviaşirkətinin Azərbaycana çarter reysi ilə bağlı məlumatlara aydınlıq gətirib

KİV: İtaliya AB-nin COVID-19-a dair sənədini rədd edib

Külli miqdarda zərgərlik məmulatının qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb

DİN: Bərbərxana və gözəllik salonlarının iş rejiminə məhdudiyyət qoyulmayıb

Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinə səfər edib (FOTO)

Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılıb

MN: Düşmənin təxribat cəhdinin qarşısı alınıb

03 Aprel 2020, 21:21 (GMT +4)
Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib

03 Aprel 2020, 19:40 (GMT +4)
Vitse-spiker: Biz xalq olaraq bu xəstəliyin öhdəsindən gəlməliyik

03 Aprel 2020, 19:25 (GMT +4)
«Azəriqaz»ın baş direktorunun iştirakı ilə onlayn CEO Forum təşkil olunub

03 Aprel 2020, 19:01 (GMT +4)
Karantin rejimində jurnalistlərin fəaliyyətinə bir daha aydınlıq gətirilib

03 Aprel 2020, 18:23 (GMT +4)
Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

03 Aprel 2020, 18:07 (GMT +4)
"icaze.e-gov.az" portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb

03 Aprel 2020, 18:01 (GMT +4)
“Virtual məktəb” portalında qeydiyyatdan keçən şagirdlərin sayı açıqlanıb

03 Aprel 2020, 17:51 (GMT +4)
Sığorta xidmətləri onlayn qaydada göstərilir

03 Aprel 2020, 17:46 (GMT +4)
Virtual dünyada koronavirusla mübarizəyə yeni tərəfdaşlar qoşulub

03 Aprel 2020, 17:42 (GMT +4)
Səudiyyə Ərəbistanı karantin rejimini sərtləşdirir

03 Aprel 2020, 17:37 (GMT +4)
İsrail polisi fələstinli naziri həbs edib

03 Aprel 2020, 17:34 (GMT +4)
Azərbaycan Dövlət Dəniz Akademiyasında distant təhsil aparılır

03 Aprel 2020, 17:22 (GMT +4)
Sabiq deputat Prezidentin təşəbbüsünə qoşulub

03 Aprel 2020, 17:18 (GMT +4)
Azərbaycanda bir ailədən nə qədər adam çölə çıxırsa, o qədər icazə alınmalıdır (RƏSMİ)

03 Aprel 2020, 17:14 (GMT +4)
Mişustin: Rusiyada koronavirusun pik həddi hələ keçməyib

03 Aprel 2020, 17:05 (GMT +4)
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq

03 Aprel 2020, 16:56 (GMT +4)
Bloomberg: ABŞ-dakı "Apple" mağazaları mayın əvvəlinə qədər bağlı qalacaq

03 Aprel 2020, 16:44 (GMT +4)
Suriyada hökumətin nəzarətində bütün bölgələrdə komendant saatı tətbiq edilib

03 Aprel 2020, 16:44 (GMT +4)
Daha bir qrup əlilliyi olan şəxsə reabilitasiya vasitələri evlərinə aparılıb verilib (FOTO)

03 Aprel 2020, 16:21 (GMT +4)
Astarada narkotacirdən 4 kq narkotik götürülüb

03 Aprel 2020, 16:07 (GMT +4)
Angela Merkel karantindən çıxıb

03 Aprel 2020, 15:53 (GMT +4)
Azərbaycanın ən böyük strateji əhəmiyyətli yarımstansiyası yenidən qurulur

03 Aprel 2020, 15:37 (GMT +4)
Tramp Putin və SƏ şahzadəsi ilə neft hasilatının azaldılmasını müzakirə etmədiyini bildirib

03 Aprel 2020, 15:24 (GMT +4)
Twıtter Türkiyəni, İran və Qətəri təndiq edən 7,500 səhifəni bağlayıb

03 Aprel 2020, 15:22 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

03 Aprel 2020, 15:12 (GMT +4)
Rusiya Azərbaycana koronavirusun yoxlanması üçün  test sistemləri verib

03 Aprel 2020, 14:55 (GMT +4)
Qırğızıstanda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

03 Aprel 2020, 14:46 (GMT +4)
Şəmkirdə ağac kəsən şəxs cəzalandırılıb

03 Aprel 2020, 14:33 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 53 mini ötüb

03 Aprel 2020, 14:30 (GMT +4)
DSX: Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66