Azərbaycanlı milyarderlər Prezident İlham Əliyevin çağırışına qoşulublar25 Mart 2020, 19:11 (GMT +4) Bakı, 25 mart, SalamNews. Professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürüblər.
SalamNews xəbər verir ki, bu barədə News24.az-a professor İlham Rəhimovun Mətbuat Xidmətindən məlumat verilib.
“Kiyevskaya ploşad” Şirkətinin təsisçiləri – hüquq elmləri doktoru, professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüblər.
|