ABŞ-da koronavirusa yoluxanların sayı 70 minə çatıb26 Mart 2020, 10:49 (GMT +4) Bakı, 26 mart, SalamNews, B.Samid. ABŞ-da koronavirusa yoluxanların sayı 70 min və bu virusdan ölənlərin sayı azı min nəfərdir.
SalamNews BBC-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın səhiyyə mənbələri məlumat veriblər.
Məlumata görə ABŞ-da koronavirusun yoluxma halı kəskin artaraq, 70 minə çatıb.
ABŞ prezidenti Donald Tramp bir sıra əyalətlərdə fövqəladə vəziyyət elan edib.
Tramp son açıqlamasında koronavirusla bağlı ən təhlükəli bölgənin Nyu-York olduğunu deyib.
Qeyd edək ki, ABŞ Senatı Tramp Administrasiyasının koronavirusla bağlı təcili dəstək layihəsini müzakirə edir.
|