Tramp və Si Tsinpin koronavirusla bağlı vəziyyəti müzakirə edib27 Mart 2020, 12:51 (GMT +4) Bakı, 27 mart, SalamNews. ABŞ prezidenti Donald Tramp ilə Çin prezidenti Si Tszinpin arasında telefon danışığı baş tutub.
SalamNews xəbər verir ki, Amerika prezidentinin Tvitter-də verdiyi məlumata görə, onlar COVID-19 koronavirus pandemiyası mövzusunu müzakirə edblər.
“Ərtaflı şəkildə planetimizin çox hissəsini məhv edən koronavirusu müzakirə etdik. Çin çox şeydən keçib və bu virusla əlaqədar hər şeyi yaxşı bilir. Birlikdə yaxından işləyirik. Qarşılıqlı hörmət çərçivəsində!", Tramp yazıb.
Si Tszinpin Çinin koronavirus pandemiyası ilə əlaqədar bütün ölkələrlə, o cümlədən ABŞ ilə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.
O bildirib ki, Pekin Vaşinqtona hər cür kömək və dəstək verməyə hazırdır.
|