İsraildə koronavirusa yoluxanların sayı 3 mini ötüb27 Mart 2020, 12:42 (GMT +4) Bakı, 27 mart, SalamNews, B.Samid. İsraildə koronavirusa yoluxma halı kəskin şəkildə artır. Bu ölkədə koronavirusdan ölənlər 10, yoluxanlar isə 3 mini ötüb.
SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi bəyanat verib.
Səhiyyə Nazirliyi bu gün səhər yayımladığı bəyanatda ötən sutkada əlavə 400 nəfərin koronavirusa yoluxduğu və yoluxanların ümumi sayının 3 mini ötdüyünü bəyan edib.
Onlardan 49-nun vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edək ki, Yaxın Şərq ölkələrindən İrandan sonra İsrail daha çox yoluxmanın şahid olduğu ölkədir.
İsraildə hərbi hissələrdə indiyədək 45 hərbçinin koronavirusa yoluxduğu qeydə alınıb.
|