İspaniyada təxminən 9,5 min həkim koronavirusa yoluxub27 Mart 2020, 17:42 (GMT +4) Bakı, 27 mart, SalamNews. İspaniyada təxminən 9,5 min həkim COVID-19-a yoluxub.
SalamNews "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyinin fövqəladə hallar üzrə koordinasiya mərkəzinin direktoru Fernando Simon bildirib.
"9444 tibb işçisi xəstəiyə yoluxub. Bu, digər ölkələrlə müqayisədə yüksək rəqəmdir. Bu, bizi narahat edən məsələlərdən biridir, üzərində işləyirik", o deyib.
Məlumata əsasən, həmçinin 282 mülki mühafizəçi və 172 hərbçi də virusa yoluxub.
Avropada ölənlərin sayı və yoluxma hallarına görə İspaniya İtaliyadan sonra ikinci yerdədir.
|