Son 9 ildə ilk dəfə olaraq BƏƏ vəliəhdi Bəşər Əsədə zəng vurub28 Mart 2020, 10:35 (GMT +4) Bakı, 28 mart, SalamNews, B.Samid. Birləşmiş Ərəb Əmirliyinin vəliəhdi Məhəmməd bin Zayid Suriya prezidenti Bəşər Əsədlə telefon təmasında olub.
SalamNews xəbər verir ki, bu barədə BƏƏ-nin vəliəhdi Məhəmməd bin Zayid rəsmi twıtter səhifəsində məlumat verib.
BƏƏ-nin vəliəhdi bildirib ki, koronavirus pandemiyasının bölgə və dünyanı bürüdüyü zamanda onlar qardaş Suriya dövləti və xalqını yaddan çıxarmayacaqlar.
Suriyanın Prezident Administrasiyası da məlumatı təsdiqləyib və BƏƏ vəliəhdi Bin-Zayidin Bəşər Əsədlə qarşılıqlı əlaqələri və koronavirusa qarşı mübarizə yollarını müzakirə etdiyini bildirib.
Qeyd edək ki, Suriya münaqişəsi başlayandan sonra əksər ərəb dövlətləri rəsmi Dəməşqlə diplomatik əlaqələri dayandırıblar. Ötən il BƏƏ və Bəhreyn Dəməşqdə səfirliklərini yenidən açıblar.
Əlcəzair, Tunis və Livan kimi dövlətlər də Ərəb Dövlətləri Liqasının qarşıda gələn toplantısı çərçivəsində rəsmi Dəməşqin liqaya qayıtmasını təmin etməyə çalışırlar.
|