Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasından 101 il ötür

28 Mart 2020, 11:08 (GMT +4)

Bakı, 28 mart, SalamNews. Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 101-ci ildönümüdür.

SalamNews-un məlumatına görə, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncamla hər il martın 28-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd edirlər.

Azərbaycanda ilk milli təhlükəsizlik orqanı 1919-cu il martın 28-də yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib.

Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya ("ÇK") adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının ("NKVD") tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. 1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik ediblər.

Həmin il general Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələr təşkil edir.

Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

05 İyun 2020, 18:21 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

05 İyun 2020, 18:01 (GMT +4)
DİN: Evlərdən silah-sursat aşkarlanaraq götürülüb

05 İyun 2020, 17:57 (GMT +4)
“Nar” sərt karantin rejimində abunəçilərinə xidmət göstərəcək

05 İyun 2020, 17:56 (GMT +4)
AZAL: Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

05 İyun 2020, 17:51 (GMT +4)
Energetika naziri “OPEC+” nazirlərinin iclasında iştirak edəcək

05 İyun 2020, 17:49 (GMT +4)
Yaponiyada isti havalar ilə əlaqədar küçədə maskaların çıxarılması tövsiyə olunur

05 İyun 2020, 17:40 (GMT +4)
Səudiyyə koronavirusa görə komendant saatını yenidən tətbiq etməyə başlayıb

05 İyun 2020, 17:22 (GMT +4)
Bill Geyts insanlara çiplərin implantasiya edilməsi iddialarına cavab verib

05 İyun 2020, 17:22 (GMT +4)
Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

05 İyun 2020, 17:03 (GMT +4)
Cavad Zərif Trampın danışıqlar aparmaqla bağlı təklifinə cavab verib

05 İyun 2020, 17:00 (GMT +4)
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb

05 İyun 2020, 16:59 (GMT +4)
AB-də xarici sərhədləri iyunun sonuna qədər açmamaq təklif edilib

05 İyun 2020, 16:31 (GMT +4)
Azərbaycan Prezidenti İsveç Kralına məktub göndərib

05 İyun 2020, 16:28 (GMT +4)
Ərdoğan həftə sonu Türkiyədə komendant saatını ləğv edib

05 İyun 2020, 16:13 (GMT +4)
Braziliyada sutka ərzində 30 mindən çox insan COVID-19-a yoluxub

05 İyun 2020, 16:10 (GMT +4)
Azərbaycan çempionatının oyunlarında salamlaşma ləğv olunub

05 İyun 2020, 16:01 (GMT +4)
ADY ətraf mühitin qorunması istiqamətində fəaliyyətini genişləndirir

05 İyun 2020, 15:48 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 805-ə çatıb

05 İyun 2020, 15:40 (GMT +4)
Suriya ilə Ermənistan arasında uçuşlar 8 ildən sonra yenidən bərpa edilib

05 İyun 2020, 15:32 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans keçirilib

05 İyun 2020, 15:23 (GMT +4)
Bayden: Amerikalıların 10-15 faizi çox yaxşı insanlar deyil

05 İyun 2020, 15:06 (GMT +4)
Əfqanıstanın cənubunda Talibanın hücumu nəticəsində ordu 10 əsgərini itirib

05 İyun 2020, 15:04 (GMT +4)
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

05 İyun 2020, 14:50 (GMT +4)
Təhsil Nazirliyi yay imtahan sessiyasının ləğvi ilə bağlı rəsmi açıqlama yayıb

05 İyun 2020, 14:39 (GMT +4)
Uxan xəstəxanalarında koronavirus xəstələri qalmayıb

05 İyun 2020, 14:22 (GMT +4)
Dövlət Sərhəd Xidməti Ermənistan Müdafiə Nazirliyinə cavab verib

05 İyun 2020, 14:20 (GMT +4)
Merkel beşinci müddətə namizədliyini irəli sürməyəcəyini açıqlayıb

05 İyun 2020, 14:15 (GMT +4)
İranda son gündə koronavirusa 2,886 nəfər yoluxub, 63 nəfər ölüb

05 İyun 2020, 14:14 (GMT +4)
Azərbaycanda Cənubi Qafqazda ilk biosfer rezervat yaradılır

05 İyun 2020, 13:56 (GMT +4)
İradə İbrahimova: Cəmiyyətimizdə ətraf mühitə dəyişən münasibət bizə ruh verir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66