Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Qüdrət Nuriyev: Xalqımız bu sınaqdan da üzüağ çıxacaq

29 Mart 2020, 20:10 (GMT +4)

Bakı, 29 mart, SalamNews. "Bildiyimiz kimi, bəşəriyyəti bürümüş Koronavirus bəlası bizim ölkəmizdən də yan keçməmişdir. İranda, Çində, İtaliyada olduğu kimi Azərbaycanda bu virus təhlükəli həddə çatmasa da, hökümət bu təhlükəyə qarşə önləyici addımları vaxtında atdı. Ölkə ərazisində infeksiya tam yayılmamış sərhədlərimizdə tibbi karantin vəziyyətinin tətbiqi, sərhəd-keçid məntəqələrindən xarici ölkə vətandaşlarının ölkəmizə buraxılmaması, uşaq baxçalarının, orta və ali təhsil müəssisələrinin fəaliyyətinin dayandıraraq evdə təhsil proqramının həyata keçiriməsinə başlanması, dövlət başçısının infeksiyaya qarşı həssas yanaşaraq bir sıra sərancamlar imzalaması, göstərişlər verilməsi, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaradılması dövlətin hər zamankı kimi, bu ağır günlərdə də xalqın yanında olmasının göstəricisi idi".

Bu fikirləri SalamNews açıqlamasında Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev bildirib.

Q.Nuriyev deyib ki, ölkə prezidenti Cənab İlham Əliyevin Koronavirusla Mübarizə Fondunun yaradılması haqqında sərancam imzalaması və ilkin olaraq öz bir illik məvacibini bu fonda keçirilməsi bu prosesi intensif məcraya yönəltdi.

Belə ki, başda Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla dövlət, hökümət orqanları, özəl müəssisələr, iş adamları, millət vəkilləri, sadə insanlar bu fonda ianələr köçürmələri millət olaraq dar gündə birliyimizin nümayişi idi.

Koronavirusla mübarizədə ilk gündən ən böyük fədakarlığı bu işə cəlb edilmiş həkimlər və tibbi personal göstərdi. Xalqımızın bu dəhşətli infeksiya ilə sinağa çəkildiyi zamanda ən böyük məsuliyyət məhz həkimlərimizin üzərinə düşdü. Onların öz işlərinin öhdəsindən layiqincə gəlmələrinin nəticəsidir ki, Azərbaycan əhalisinə bu virus öz qonşuları ilə müqayisədə daha az təsir etdi. Statistikaya diqqət yetirsək görərik ki, Ermənistan, Gürcüstan, Rusiya, İrandan fərqli olaraq bizdə Koronavirusa yoluxanlar və bu virusdan dünyasın dəyişənlərin sayı çox azdı. Təbii ki, burda həkimlərimiz ilə yanaşı Nazirlər Kabinetinin yanında Operativ Qərargahın da fəaliyyətini yüksək qiymətləndirmək lazımdır.

Koronavirusdan əziyyət çəkən ölkələrin əksəriyyətindən fərqli olaraq, Azərbaycanda iqtisadi böhranın yaşanmaması, sosial layihələrin icrasının dayanmaması onu göstərir ki, ölkəmizdə iqtdisadi və maliyyə dayanaqlığı möhkəmdir. Mart ayı üçün bütün pensiya, sosial müavinətlərin, əmək haqlarının vaxtında ödənilməsi dediyimizə əyani sübutdur. Dünən ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 575 çarpayılıq "Yeni Klinika" adlı səhiyyə ocağının fəaliyyətə başlaması onu göstərir ki, hökümətimiz öz əhalisinin Koronavirusa yoluxmasının qarşısını maksimum dərəcədə almağa çalışır. Belə ki, həmin klinikada ən ağır vəziyyətdə gətirilən Koronovirus infeksiyasına yoluxmuş xəstələr müalicə alacaq. Burada ən müasir süni nəfəs aparatları, tibbi ləvazimatlar var. Bunlara da müalicənin aparılmasına kömək edəcək.

Biz millət olaraq əsrlər və illər boyu çox ağır və amansız sınaqlara sinə gəlmişik. Hər dəfə, milli birliyimiz, həmrəyliyimiz nəticəsində bu sanaqlardan üzüağ çıxmışıq. İnanıram ki, dövlət başçımızın müdrik siyasəti, hökümətimizn operativ fəaliyyəti, həkimlərimizin, güc orqanlarında çalışanlarımızın, bütövlükdə millət olaraq birliyimizin, fərd olaraq isə sosial məsuliyyətimiz sayəsində xalqımız bu sınaqdan da üzüağ çıxacaq.

Cənab Prezidentimiz ifadə etdi kimi: "Biz birlikdə güclüyük!"


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Alpaqut Federasiyası Prezidentin çağırışına qoşulan ilk idman federasiyası olub

Alpaqut Turan döyüş sənəti üzrə ümumrespublika seminarı keçirilib (FOTOLAR)

Alpaqut Federasiyasının prezidenti deputatlığa namizədliyini irəli sürüb

Alpaqut üzrə IV Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Alpaqut üzrə Azərbaycan kubokunun açılış mərasimi olub

Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kubokunda 300-dən artıq idmançı çıxış edəcək

Alpaqut Turan döyüş sənəti üzrə beynəlxalq konfrans keçirilib

Azərbaycan Alpaqut Federasiyası İdarə Heyətinin iclası keçirilib (FOTOLAR)

Millət vəkili Qənirə Paşayeva Alpaqut Federasiyasının rəsmiləri ilə görüşüb (FOTOLENT)

Azərbaycan Alpaqut Federasiyasında kadr islahatları aparılıb

Alpaqut turan döyüş sənəti üzrə açıq Bakı şəhər turniri keçirilib (FOTOLAR)

Alpaqut turan döyüş sənəti üzrə Azərbaycan birinciliyi keçirilib (FOTOLAR)

Qənirə Paşayeva Dünya Alpaqut Federasiyasının 1-ci vitse-prezidenti seçilib

Azərbaycan yığma komandası alpaqut döyüş növü üzrə dünya kubokunun qalibi olub

04 İyun 2020, 22:20 (GMT +4)
"ASAN Xidmət" mərkəzlərində smart apteklər fəaliyyət göstərəcək

04 İyun 2020, 21:45 (GMT +4)
Prezident: Biz bütün ölkəmizi “ASAN xidmət” mərkəzləri ilə əhatə edəcəyik

04 İyun 2020, 19:21 (GMT +4)
Milli Olimpiya Komitəsi yazı müsabiqəsi elan edib

04 İyun 2020, 18:00 (GMT +4)
TƏBİB: Xəbər saytlarının əməkdaşları ev şəraitində fəaliyyət göstərməlidir

04 İyun 2020, 17:46 (GMT +4)
BMT ABŞ-ı irqçilikdə ittiham edib 

04 İyun 2020, 17:35 (GMT +4)
İyunda Azərbaycanın bütün hava limanları sərnişin reysləri üçün bağlı olacaq

04 İyun 2020, 17:26 (GMT +4)
Putin Rusiyada koronavirusla bağlı vəziyyətin yaxşılaşdığını açıqlayıb

04 İyun 2020, 17:21 (GMT +4)
Turizm istiqaməti üzrə düzgün peşə seçimi və iş imkanları müzakirə olunacaq

04 İyun 2020, 17:13 (GMT +4)
Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

04 İyun 2020, 17:10 (GMT +4)
Sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolu yenidən qurulur

04 İyun 2020, 17:08 (GMT +4)
Rusiya mətbuatı azərbaycanlı «qanuni oğru» barədə dezinformasiya yayıb

04 İyun 2020, 16:59 (GMT +4)
Türkiyə İran və İraq sərhədlərində iki keçidi beynəlxalq nəqliyyat üçün açıq elan edib

04 İyun 2020, 16:53 (GMT +4)
Braziliyada son sutka ərzində 1,3 mindən çox insan COVID-19-dan ölüb

04 İyun 2020, 16:34 (GMT +4)
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır

04 İyun 2020, 16:30 (GMT +4)
Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərini təltif edib

04 İyun 2020, 16:21 (GMT +4)
Onlayn imtahanların keçirilməsi üçün proqram hazırlanıb

04 İyun 2020, 16:06 (GMT +4)
Dünyada son sutka ərzində 93 mindən çox insan COVID-19-a yoluxub

04 İyun 2020, 15:58 (GMT +4)
«Liviya Milli Razılıq Hökuməti» Tripolinin bütün inzibati ərazilərini geri aldığını bildirib

04 İyun 2020, 15:53 (GMT +4)
Dövlət maliyyə dəstəyi üçün 141 mindən çox vergiödəyicisi müraciət edib

04 İyun 2020, 15:43 (GMT +4)
“Nəqliyyat Könüllüləri” proqramı yekunlaşdırılıb

04 İyun 2020, 15:40 (GMT +4)
Füzuli Dövlət Dram Teatrının aktyoru vəfat edib

04 İyun 2020, 15:37 (GMT +4)
Tramp Si Tzinpinə qarşı sanksiya tətbiq etmə ehtimalını hələ nəzərdən keçirməyib

04 İyun 2020, 15:10 (GMT +4)
Ağcabədidə yol tikintisinə 5 milyon manat ayrılıb

04 İyun 2020, 15:05 (GMT +4)
ABŞ etirazlarında saxlanılan və həbs edilənlərin sayı 10 mini keçib

04 İyun 2020, 15:03 (GMT +4)
"Kapital Bank" "Sberbank" ilə əməkdaşlığını davam etdirir

04 İyun 2020, 14:51 (GMT +4)
Həftəsonu market və apteklər işləməyəcək

04 İyun 2020, 14:43 (GMT +4)
Kim Çen Inın bacısı Seulu hərbi anlaşmanın pozulması ilə hədələyib

04 İyun 2020, 14:30 (GMT +4)
Vətəndaşlar vacib halda evdən çıxarkən 102-yə zəng vurmalıdır

04 İyun 2020, 14:23 (GMT +4)
Yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə alacaqlar

04 İyun 2020, 14:18 (GMT +4)
Həftəsonu Bakıda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti qadağan edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66