Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Şaban ayının beşi imam Səccadın (ə) mövlududur

29 Mart 2020, 21:10 (GMT +4)

Bakı, 29 mart, SalamNews, B. Samid. Müsəlmanların 4-cü imamı həzrət Əli ibni Hüseyn əs-Səccadın mövlududur.

SalamNews xəbər verir ki, imam hicri-qəməri təqvimi ilə 38-ci ildə şaban ayının 5-də müqəddəs Mədinə şəhərində dünyaya gəlib və elə Mədinədə də şəhid edilib.

İmamın şəhid edilmə tarixi də hicri-qəməri təqviminin 95-ci ilinin məhərrəm ayına təsadüf edir.

Dördüncü imamın məzarı Mədinədə Bəqi qəbirsanlığında əmisi İmam Həsən, övladı İmam Baqir və nəvəsi İmam Sadiqin məzarlarının yanındadır.

İmam Səccad Kərbəla hadisəsində 22 yaşında idi. Xəstə olduğundan Yezid və Ubeydullah ibni Ziyadın məmurları onu öldürməkdə israrlı deyildilər.

Dördüncü imam həzrət Səccad Kərbəladan Mədinəyə döndükdən sonra ömrünün qalan hissəsini (34 il) tələbələr yetişdirmək, qullar alıb təlim-tərbiyə edib daha sonra cəmiyyətə fayda verə bilən bir insan kimi onları azad etmək, dualar və münacatları yazmaq və onları təlim etmək, pərakəndə olmuş Əli övladlarını başına yığmaq və sair xidmətlərlə həsr etdi.

İmamın ləqəbləri onun mənəvi məqamının göstəricisidir. Onun ləqəbləri arasında “Səcdə edənlərin ağası”, “Abidlərin zinəti”, “Səccad” , Zus-Səfinat” və sair ləqəblər var.

Maraqlı budur ki,  “Zus-Səfinat” ləqəbi tanınmış Avropa alimlərindən olan Etan Kolberqın 1987-ci ildə çap edilmiş “Western studies of Shi`a Islam” əsərində gəlib. Alim İmam Səccadın həyatını qələmə alarkən bu ləqəbin üzərində daha çox dayanır və onu izah etməyə çalışır.

"Səfinat" sürtülmə səbəbindən insanın bədənində yaranan döyənək və qabarlara deyilir. "Zu" isə sahib və malik anlamındadır. Avropalı alim imamın bədənində bu əlamətlərin olmasını gecələri ibadətlə keçirmək və çiynində yoxsullara durmadan ərzaq daşımaqla əlaqələndirib.

İmamın ibadəti o qədər çox idi ki, ona abidlərin zinəti, çox səcdə edən ləqəbləri verilmişdi. Məhz bu ibadətlər səbəbindən imamın əl, ayaq, alın və bədəninin başqa yerlərində qabarıqlar var idi.

Dördüncü imamın məzarı digər 3 imamla birgə Mədinə şəhərində Peyğəmbər məzarından 300-400 metr kənarda Bəqi qəbirsanlığında yerləşir. Sonuncu dəfə 1926-cı ildə radikal vəhhabilər 4 imamın məzarları üzərində olan məqbərəni dağıblar. İndiyədək hələ də bu məzarlar acınacaqlı vəziyyətdə qalmaqdadır.

Müxtəlif müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da inanclılar 4-cü imamın mövludunu qeyd edirlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şaban ayının 15-i on ikinci imamın mübarək mövlud günüdür

Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür

Bu gün şaban ayının üçü İmam Hüseynin (ə) mövlududur

Bu gündən Şaban ayı başlayır - Ramazana bir ay qalıb

Bu gün şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın mövlud günüdür

Bu gecə mübarək Nimeyi-Şaban daxil olur

Bu gündən Şaban ayı başlayıb - Ramazan ayına 1 ay qalır

Sabahdan İslamda müqəddəs sayılan üç aydan biri - Şaban ayı başlayır

Bu gecə mübarək "Nimeyi-Şaban" daxil olur

Sabahdan İslamda müqəddəs sayılan üç aydan biri - Şaban ayı başlayır

Xorvatiyadan Azərbaycana gəmi ixracı ilə bağlı danışıqlar aparılır - Refik Şabanoviç

Refik Şabanoviç: Xorvatiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası gələn iş baş tutacaq

İlham Şaban: "Biznes forumları hökmətlərarası əlaqələrin inkişafına şərait yaradır"      

Azərbaycan və Xorvatiya arasında ticarət dövriyyəsini genişləndirmək üçün potensial var - Refik Şabanoviç

Əsədin Krımı tanıması Rusiyanın Suriyayla bağlı mövqeyinə təsir etmir - İlham Şaban

Kommersiya maraqları üst-üstə düşəcəyi halda İran qazı Cənub Qaz Dəhlizi üzrə hərəkət edəcək - İlham Şaban

İlham Şaban: "Azərbaycan neftinin qiymətinin qalxması, neft hasilatının azalmasının nəticəsidir"

Neftin qiymətində son iki ay ərzində yaranmış stabillik kəskin pozulacaq - İlham Şaban

OPEC ölkələri neft kvotalarında dəyişiklik etməyəcəklər - İlham Şaban

Bu gecə mübarək "Nimeyi-Şaban" daxil olur

22 Yanvar 2021, 18:02 (GMT +4)
"Azercell" müştəri müraciətlərinin operativ cavablandırma sistemini tətbiq edib

22 Yanvar 2021, 18:00 (GMT +4)
“Where is Karabakh” platorması istifadəyə verilib

22 Yanvar 2021, 17:54 (GMT +4)
Forbes: "Alibaba"nın qurucusu ictimaiyyət qarşısına çıxmaqla milyard dollar qazanıb

22 Yanvar 2021, 17:45 (GMT +4)
ARDNF-in 2020-ci il üzrə gəlir və xərcləri açıqlanıb

22 Yanvar 2021, 17:30 (GMT +4)
Samuxda 40 km-lik yerli əhəmiyyətli yol yenidən qurulub

22 Yanvar 2021, 17:26 (GMT +4)
Rusiya Azərbaycandan olan beş şirkətdən pomidor idxalına qadağa qoyub

22 Yanvar 2021, 17:15 (GMT +4)
MN Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndindən videogörüntülər yayıb (VİDEO)

22 Yanvar 2021, 17:00 (GMT +4)
Azərbaycan ilə Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

22 Yanvar 2021, 16:55 (GMT +4)
Zinəddin Zidan koronavirusa yoluxub

22 Yanvar 2021, 16:45 (GMT +4)
Qeyri-sabit hava şəraitində "Azərişıq" ASC-nin Qəza xidməti 24 saat fasiləsiz iş başında olub (VİDEO)

22 Yanvar 2021, 16:42 (GMT +4)
BMT Suriyada kürd bölmələrinin nəzarətindəki düşərgələrin vəziyyətilə bağlı xəbərdarlıq edib

22 Yanvar 2021, 16:30 (GMT +4)
Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

22 Yanvar 2021, 16:25 (GMT +4)
Almaniyada koronavirusdan ölənlərin sayı 50 mini keçib

22 Yanvar 2021, 16:16 (GMT +4)
Gənclər təşkilatları beynəlxalq əməkdaşlığın genişlənməsi istiqamətində hərəkətə keçir

22 Yanvar 2021, 16:15 (GMT +4)
Bakıda 6 evdən oğurluq edən şəxs saxlanılıb

22 Yanvar 2021, 16:00 (GMT +4)
XİN Avropa Parlamentinin qətnaməsini şərh edib: Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb

22 Yanvar 2021, 15:58 (GMT +4)
Türkiyə NATO-nun Əfqanıstan və İraqdakı missiyasına dəstək verməyə davam edəcək 

22 Yanvar 2021, 15:45 (GMT +4)
Gömrükçülər qanunsuz dərman preparatları və mobil telefonlar aşkarlayıb

22 Yanvar 2021, 15:39 (GMT +4)
İranda son sutkada 75 nəfərin Covid-19 virusundan ölümü qeydə alınıb

22 Yanvar 2021, 15:30 (GMT +4)
Şuşada yeni yarımstansiya tikilir (VİDEO)

22 Yanvar 2021, 15:28 (GMT +4)
Putin və AŞ rəhbəri Navalnı ilə bağlı vəziyyəti müzakirə edib

22 Yanvar 2021, 15:15 (GMT +4)
Energetika Nazirliyi və qurumları ötən il 4 mindən çox müraciətə baxıb

22 Yanvar 2021, 15:00 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxmuş şagird və təhsil işçilərinin sayı açıqlanıb

22 Yanvar 2021, 14:57 (GMT +4)
Çində son sutkada 222 nəfər koronavirusa yoluxub

22 Yanvar 2021, 14:45 (GMT +4)
MN Füzuli rayonunun Qarğabazar kəndindən videogörüntülər yayıb (VİDEO)

22 Yanvar 2021, 14:36 (GMT +4)
Əfqanıstanda qarşılıqlı hücumlar davam edir, Baqlan və Nimruzda 8 hərbçi həlak olub

22 Yanvar 2021, 14:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti məlum olub

22 Yanvar 2021, 14:27 (GMT +4)
ABŞ-da soyuducunun səhvən söndürülməsi nəticəsində 2000 doz peyvənd korlanıb

22 Yanvar 2021, 14:15 (GMT +4)
Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb

22 Yanvar 2021, 14:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66