COVID-19 pandemiyasından zərər çəkən ölkələrə yardım göstəririk - Ərdoğan31 Mart 2020, 11:30 (GMT +4) Bakı, 31 mart, SalamNews. Türkiyə, COVID-19 pandemiyasından zərər çəkən ölkələrə yardım göstərir. SalamNews "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus pandemiyası (Covid-19) ətrafında yaranan vəziyyətlə əlaqədar xalqa müraciətində bildirib.
Türkiyə dövlət başçısı yaxın günlərdə zəruri tibbi ləvazimatlar olan təyyarələrin İtaliya və İspaniyaya göndəriləcəyini də qeyd edib.
"Türkiyə nə qədər güclü olarsa, dostlarına bir o qədər kömək edə bilər", o deyib.
Prezident Ərdoğan, Türkiyənin mərhələlərlə xəstəliyin yayılmasının qarşısının alınması üçün tədbirlər görüldüyünü açıqlayıb.
O qeyd edib ki, Türkiyə virusla mübarizə aparan digər ölkələrə nisbətən daha inkişaf etmiş tibb müəssisələrə sahibdir.
O, Türkiyədə epidemiyaya qarşı mübarizə çərçivəsində "Biz bize yeteriz Türkiye" adlı kampaniya başlandığını bildirib.
Ərdoğan 7 aylıq maaşını koronavirusla mübarizə fonduna bağışladığını da qeyd edib.
|