Azərbaycan neftinin qiyməti artıb01 Aprel 2020, 11:53 (GMT +4) Bakı, 1 aprel, SalamNews.Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,20 ABŞ dolları, yaxud 1,04% artıb.
SalamNews xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 19,43 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
|