“Kurtlar vadisi”nin məşhur aktyoru koronavirusdan dünyasını dəyişib01 Aprel 2020, 13:11 (GMT +4) Bakı, 1 aprel, SalamNews. İstanbulun Kadıköy rayonunda yaşayan, “Kurtlar vadisi” teleserialının “Ordinarius” adı ilə tanınan qəhrəmanı aktyor Turhan Kaya (69) dünyasını dəyişib.
SalamNews "Hürriyet"ə istinadən xəbər verir ki, o, təxminən 10 gün əvvəl öskürək şikayəti ilə Sultan Hamid xəstəxanasına yerləşdirilmişdi. Ancaq bütün tibbi müdaxilələrə baxmayaraq aktyoru xilas etmək mümkün olmayıb.
Onun oğlu atasının ölümünə koronavirusa yoluxmanın səbəb olduğunu bildirib.
Kaya anası, bacısı və oğlu ilə təmasda olduğu üçün onlara da testlər edilib, nəticələr neqativ çıxıb.
|